Rəqəmsal Marketinq Kursu – Digital Marketing Təlimi

Rəqəmsal Marketinq Kursu ilə Digital Marketing kanallarını peşəkar səviyyədə idarə etməyi öyrənəcəksiniz. Hazırki dövrün ən çox tələb olunan digital marketing alətləri və real yanaşmalar rəqəmsal marketinq kursu ilə A-dan Z-ə tədris olunur.

Rəqəmsal Marketinq Kursu - Digital Marketing Təlimi və Dərsləri

Bu kurs sayəsində texniki bilikləriniz və marketinqə strateji yanaşma mövqeniz təkmilləşəcək. Xüsusi olaraq sillabus hazırladığım Rəqəmsal Marketinq Kursu ilə rəqabətli sektorda digərlərindən fərqinizi ortaya qoyacaqsınız.

Rəqəmsal Marketinq Kursu Nəyi Öyrədir?

Rəqəmsal Marketinq kursu ilə digital alətlərdən istifadə edərək marketinq hədəflərinizə çatmaq üçün lazım olan biliklərə sahib olacaqsınız. Facebook və Instagram Reklamları, SEO, Google Ads, Google Analytics, Google Tag Manager və Google Looker Studio, SMM – Sosial media marketinqi və idarə edilməsini mənimsəyəcəksiniz. Bütün bunlarla qalmayıb, rəqəmsal marketinq strategiyalarını quraraq yüksək səviyyədə reklam kampaniyalarının idarə edilməsi, büdcə idarəolunmasını real proyektlərlə işləyərək öyrənəcəksiniz.

Rəqəmsal Marketinq Kursu Kimlər Üçündür?

Bu sahənin bütün ehtiyacları, təcrübə səviyyələri və maraqlarına uyğun olaraq hazırlanmış sillabus ilə A-dan Z-ə Rəqəmsal Marketinq Kursu hər kəsə uyğundur. Rəqəmsal marketinq sahəsi üzrə ixtisaslaşmaq istəyən hər kəs bu təlimdə iştirak etməlidir:

  • Bu sahəyə yeni başlayan şəxslər
  • Biznes sahibləri və rəhbər şəxslər
  • Ənənəvi və ya rəqəmsal marketinq üzrə mütəxəssislər
  • Universitet tələbələri və ya məzunlar
  • Karyerasını bu sahəyə dəyişmək istəyən şəxslər

Digital marketing kursları şirkət sahibləri, biznes inkişaf mütəxəssisləri, rəhbər şəxslər və bu sahədə karyera qurmaq istəyən hər kəs üçün idealdır.

Təlim Proqramı

Rəqəmsal marketinqi 360° əhatə edən bu kurs tələbələri başlanğıc səviyyədən tam professional dərəcədə inkişaf etdirəcək sillabus əsasında hazırlanmışdır.  

1. Rəqəmsal Marketinqə Giriş

Bu modul rəqəmsal marketinqin əsas prinsiplərini əhatə edir. Potensial müştərilərə rəqəmsal marketinq kanalları ilə necə çatmağın yollarını, rəqəmsal araşdırmalar ilə hədəf kütlə və sektorunuz haqqında məlumatlar əldə etməyi öyrədir. Klassik və rəqəmsal marketinqin birlikdə necə işlədiyini, inbound və outbound marketinq arasındakı fərqləri izah edir.

Əhatə Olunan Mövzular:

  • Rəqəmsal Marketinq Nədir?
  • Inbound və Outbound Marketinq Növləri
  • Marketinqdə Media və Növləri
  • Ənənəvi Marketinq və Rəqəmsal Marketinq (Oxşar və Fərqli Cəhətləri)
  • Ənənəvi və Rəqəmsal Marketinq Kanalları
  • Düzgün Marketinq Məqsədlərinin Təyin Olunması
  • Rəqəmsal Analiz (Auditoriya, Rəqiblər, Trendlər)
  • Müştərinin Rəqəmsal Satınalma Prosesində Keçdiyi Yol

2. Kontent Marketinq

Bu modul düzgün zamanda və düzgün rəqəmsal marketinq kanalları ilə auditoriyanızla əlaqə qura biləcək kontentin necə hazırlanacağını öyrədəcək. Kontent marketinqin əsas prinsipləri, strategiya, kontent marketinq planı hazırlamaq, düzgün kontentin yaradılması, optimizasiyası, planlaşdırılması və doğru kanallarda yayımlanması əhatə olunur.

Əhatə Olunan Mövzular:

  • Kontent Marketinq Nədir, Hansı Üstünlükləri Var?
  • Cəlbedici Kontent Necə Hazırlanır?
  • Kontentin Hansı Növləri Var?
  • Kontentin Rəqəmsal Kanallar Arasında Düzgün Paylanması
  • Kontentin Biznesə Dəyərinin Ölçülməsi
  • Kontent Marketinq Planının Hazırlanması

3. SMM - Sosial Media Marketinqi

Bu modul brend inkişafı üçün rəqəmsal marketinqin əsas hissəsi olan sosial media kanallarının seçilməsini, onları marketinq hədəflərinə çatmaq üçün idarə edilməsini əhatə edir. Sosial media kanallarında izləyici kütləsini böyütməyin üsullarını, data əsaslı effektiv reklam kampaniyaları hazırlamaq və onları necə optimizasiya etməyi öyrədir.

Əhatə Olunan Mövzular:

  • Sosial Media Marketinqi Nədir, Hansı Üstünlükləri Var?
  • Rəqəmsal Marketinqdə Hansı Sosial Media Kanalları Var?
  • Facebook Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Instagram Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Linkedin Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Twitter Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Sosial Şəbəkələrdə Biznes Səhifələrinin Analitikası

Facebook və Instagram (Meta) Üzrə:

  • Meta Business Manager-in Qurulması, Konfiqurasiyası, Təhlükəsizliyi
  • Reklam Hesabının Yaradılması və Meta-da Reklam Növləri
  • Hədəfləmə (Targeting) və Yenidən Hədəfləmə (Retargeting)
  • Reklam Büdcəsinin Təyin Olunması və Təklif (Bidding) Növləri
  • Meta Pixel-in Konfiqurasiyası, Xüsusi Event-lərin Yaradılması
  • Reklamların Yayımlanması, Optimizasiyası və Effektivliyin Ölçülməsi
  • Reklam Hesabatlarının Hazırlanması

LinkedIn Üzrə:

  • LinkedIn Business Manager-in Qurulması və Ümumi Tanışlıq
  • LinkedIn-də Reklam Növləri və Reklamların Yayımlanması

Twitter Üzrə:

  • Twitter Ads Manager ilə Ümumi Tanışlıq
  • Twitter-də Reklam Növləri və Reklamların Yayımlanması

Əlavə:

  • Sosial Media Kanalları Üzrə Paylaşımların Planlanması
  • Sosial Media Səhifələrinin İdarə Edilməsi Üçün Əlavə Alətlər

4. Vebsayt Qurulması (Wordpress ilə)

Bu modul sadə və diqqət çəkici dizaynla hazırlanmış, optimizasiya edilmiş WordPress CMS ilə vebsayt qurmağı özündə birləşdirir. Veb sayt dizaynının əsasları və sayt kontentinin tərtibatı, istifadəçi davranışlarına uyğun dizayn seçilməsi və optimizasiya olunması, istifadəçi davranışları və statistikadan məqsədyönlü istifadəni əhatə edir.

Əhatə Olunan Mövzular:

  • Veb Sayt Nədir, Hansı Növləri Var və Biznesdə Rolu
  • Veb Sayt Daxilində Olmalı Əsas və Əlavə Səhifələr, Elementlər
  • UI/UX Nədir? İstifadəçi Təcrübələrinə Görə Veb Sayt Necə Hazırlanmalıdır?
  • Düzgün Domen, Hosting Seçimi və Wordpress-in Qurulması
  • Korporativ E-Mail Ünvanının Əldə Edilməsi
  • İdarəetmə Paneli ilə Tanışlıq, Biznesə Uyğun Tema Seçimi
  • Oxuma, Yazma, Url Uzantıları, Kateqoriya Tənzimləmələri
  • Menyu, Widjet, Header və Footer Tənzimləmələri
  • Font, Rəng və Sütunların Tənzimləmələri
  • Mövcud və ya Əlavə Alətlərlə (Elementor və s.) Səhifə Yaratmaq
  • Səhifə və Bloq Yazıları Üçün Link Strukturunun Qurulması
  • Veb Sayt Üçün Lazım Ola Bilcək Nümunə Səhifələrin Yaradılması
  • Analitika Alətlərinin Qurulması (Tag Manager, Google Analytics, Meta Pixel və s.)
  • Veb Sayt Sürətinin Artırılması və SSL Sertifikatının Alınması
  • Veb Sayt Təhlükəsizliyi və Backup-ların Alınması

5. SEO - Axtarış Motoru Optimizasiyası

Bu modul SEO-nun təməlində nələrin dayandığını və axtarış motorlarının işləmə alqoritmalarını əhatə edir. Açar söz araşıdrması və kontent plan hazırlama, performansın ölçülməsi və dəyərləndirilməsi, biznes məqsədlərinə uyğun SEO strategiyasının hazırlanması və tətbiqi, səhifə daxili, səhifə xarici və texniki optimizasiyalar tam şəkildə izah olunur.

Əhatə Olunan Mövzular:

  • SEO Nədir? Üstünlükləri Nələrdir?
  • SEO ilə PPC Arasındakı Fərqlər Və Oxşar Cəhətlər
  • Axtarış Motorlarının İşləmə Prinsipləri
  • Açar Söz Nədir? Hansı Növləri Var? Açar Söz Araşdırması

Səhifədaxili SEO:

  • Səhifə Başlığı və Açıqlama Mətnləri (Title və Description)
  • Url Strukturunun Qurulması və Daxili Linkləndirmə
  • Səhifə Daxili Məzmun və Elementlər (Vizuallar və Videolar)

Səhifəxarici SEO:

  • Backlink Nədir? Nə Üçün Vacibdir? Necə Əldə Edilir?
  • Anchor Text Nədir? Backlink-də Rolu Nədən İbarətdir?
  • Noindex, Nofollow, Do Follow və No Follow Nədir?
  • Backlink Əldə Etmə Strategiyaları (Guest Posting, Forum, Commenting və s.)

Texniki SEO:

  • Google Search Console-un Qurulması və İstifadəsi
  • Robots.txt və xml Sayt xəritəsi nədir?
  • Duplicate Content Nədir? Necə Aradan Qaldırılır?
  • Broken Link Nədir? Necə Aradan Qaldırılır? Yönləndirmə Metodları
  • Sayt Sürətinin Artırılması, Faylların Sıxışdırılması Və Optimizasiyası
  • Schema, Rich Snippet və Featured Snippetlər

Əlavə Alətlər:

  • Semrush və Screaming Frog ilə Sayt Auditi, Rəqib Analizi və Daha Çoxu
  • WordPress SEO üçün Rankmath və ya Yoast istifadəsi
  • SEO Uyumlu Bloq Yazsının Hazırlanması
  • Süni İntellekt ilə Bloq Yazılarının Hazırlanması

6. Google Reklamları

Bu modulda Google Ads ilə axtarış motoru, displey və video reklamların yaradılması, optimizasiyası və dönüşümlərin (conversion) izlənilməsi əhatə olunur. Auksiyona uyğun reklamlara qiymət təklifinin verilməsi, hədəfləmə strategiyalarının hazırlanması, reklam büdcəsinin optimallaşdırılması, reklamların analizi, hesabatların hazırlanması izah olunur.

Əhatə Olunan Mövzular:

  • Google Reklamları Nədir? Hansı Üstünlükləri Var?
  • Google Ads Hesabının Qurulması və Strukturu ilə Tanışlıq

Axtarış Motoru Reklamları:

  • Kampaniya və Reklam Qruplarının Qurulması
  • Reklam Üçün Açar Söz Araşdırması və Qarşılaşdırma (Match) Növləri
  • Axtarış Motoru Reklamının Qurulması və Optimizasiyası
  • Axtarış Termləri və Neqativ Açar Sözlər
  • Reklamın Keyfiyyət Dərəcəsi, Ölçülməsi və Optimizasiyası
  • Telefon Zəngi üçün Axtarış Motoru Reklamının Qurulması
  • Təklif (Bidding) Strategiyaları (Avtomatik və ya Manual) və Auksiyon
  • Dönüşümlərin (Conversion) Qurulması və Google Ads-ə Tanıdılması (Tag Manager)
  • Reklam Uzantıları (Snippetlər, Ünvan, Telefon Nömrəsi, Endirim və s.)

Görüntülü Şəbəkə Reklamları:

  • Hədəf Kütlə Yaratmaq və Növləri
  • Görüntülü Şəbəkə Reklamlarının Qurulması və Optimizasiyası
  • Gmail Reklamlarının Qurulması və Optimizasiyası
  • Xüsusi Hədəf Kütlələr və Yenidən Hədəfləmə (Remarketinq)
  • Təklif (Bidding) Strategiyaları (Avtomatik və ya Manual)

Video Reklamlar (YouTube):

  • Video Reklamları Növləri
  • Video Reklam Kampaniyalarının Qurulması

Əlavə olaraq:

  • Mobil Tətbiq Reklam Kampaniyalarının Qurulması
  • Reklam Hesabatlarının Hazırlanması

7. Veb Analitika

Bu modul Google Analytics və digər analitika alətlərinin veb sayta qurulmasını və necə istifadə olunmasını əhatə edir. Analitika alətlərinin (Google Analytics, Yandex Metrica, Adobe Analytics və s.) konfiqurasiyası, hesabatların hazırlanması və kampaniyaları izləmək, xüsusi hədəflərin yaradılması, məlumatların analizi izah olunur.

Əhatə Olunan Mövzular:

  • Veb Analitika Nədir? Nə Üçün Lazımdır?
  • Google Analyticts Hesabının Qurulması
  • Google Analyticts-in Digər Alətlərə İnteqrasiyası (Google Search Console, Ads və s.)
  • Event və Conversionların (Dönüşümlərin) Qurulması
  • Real Time – Hesabat və İstifadəçi Hesabatı
  • Acquisition, Behavior, Conversion Analizi və Hesabatları
  • Seqmentasiyaların Yaradılması
  • Google Ads, Google Search Console və Digər Kanallar Üzrə Xüsusi Hesabatlar

Google Looker Studio:

  • Google Looker Studio (Data Studio) Nədir? Necə İstifadə Olunur?
  • Template-lərin İstifadəsi, Tənzimlənməsi və Xüsusi Template-lər
  • Digər Analitik Alətlərin Google Looker Studio-ya İnteqrasiyası və Xüsusi Hesabatlar

Bonus:

  • Google-dan Əlavə Digər Veb Analitika Alətlərinin Qurulması, İşləmə Prinsipləri və Üstünlükləri

8. E-mail Marketinq

Bu modul e-mail marketinq üçün müştəri məlumatlarının necə idarə olunmasını, seqmentləşdirməni, test edilməsini və geri dönüş dərəcəsinin maksimum səviyyəyə gətirilməsini əhatə edir. E-mail’lərin dizayn olunması, kampaniyaların test edilməsi və optimizasiyası, e-mail marketinq alətləri və strategiyanın qurulması, avtomatlaşdırılma izah olunur.

Əhatə Olunan Mövzular:

  • E-Mail Marketinq Nədir? Üstünlükləri Nələrdir?
  • Auditoriyaların Yaradılması
  • Qrupların, Seqmentlərin və Təq-lərin Yaradılması
  • Mailchimp Kampaniyalarının Yaradılması, Optimizasiyası
  • E-Mail Abunə Listinin İnkişaf Etdirilməsi
  • Kampaniyalar, Auditoriyalar Arasında A/B Testlərin Aparılması
  • Düzgün E-Mail Başlıqlarının və Kontentlərinin Yazılması
  • E-Maillərin Spama Düşməsinin Qarşısının Alınması
  • E-Maillərin Açılma və Tıklama Dərəcəsinin Yüksəldilməsi
  • E-Mail Marketinq Kampaniya Hesabatlarının Hazırlanması
  • Süni İntellekt ilə Kampaniyalar Üçün Kontentlərin Hazırlanması

Rəqəmsal Marketinq Kursundan Nə Əldə Edəcəksiniz?

Təlim proqramını bitirdikdə rəqəmsal marketinq sferasında digərlərindən daha yüksək potensiala malik olacaqsınız. Sadəcə digital marketinq alətlərini deyil, vaxt və layihələrin idarəolunmasını, strateji düşünmə, problem – həll yönümlü yanaşma bacarıqlarınızı da inkişaf etdirəcəksiniz.

Müasir Əsaslı Tədris Proqramı
Digital Marketinq təlim kursu hazırki dövrün tələblərinə uyğun olaraq hazırlanıb və mütəxəssisə lazım ola biləcək əlavələr daxil edilib.
Real Təcrübə və Praktika
Hər modul üzrə müxtəlif sektorlardakı şirkətlərin rəqəmsal marketinq fəaliyyətləri nəzərdən keçirilir və nəzəriyyənin praktiki tətbiqi təmin olunur.
100% Öyrənmək Prinsipi
Hər modul üzrə real keyslər üzrə ev tapşırıqları və sınaq imtahanları ilə hər bir tələbə öyrəndiklərini tam şəkildə tətbiq edəcək.
İstənilən An Əlçatan Tədris Materialları
Hər bir modul üzrə hazırlanmış tədris materialları (kitablar, e-vəsaitlər) və bütün dərslərin videoları onlayn formada tələbələrə göndərilir.
Daim Ünsiyyətdə Qalmaq
Hər təlim kursu üzrə WhatsApp qrupu yaradılır ki, tələbələr öz suallarını bölüşərək bir-birilərindən və təlimçidən yardım ala bilsin.
Sertifikat və Tövsiyə Məktubu
Tələbələr rəqəmsal marketinq kursunu bitirdikdə müəyyən olunmuş dərəcələr üzrə bitirmə sertifikatı və individual tövsiyə məktubu əldə edəcəklər.

Rəqəmsal Marketinq Təliminin Detalları

📅 Tədris Müddəti48 Saat – 3 Ay
👨‍🏫 Tədris NövüƏyani və ya Onlayn
🌍 Tədris DiliAzərbaycan və İngilis
📊 Tədris QrafikiHəftədə 2 gün – 2 Saat
🔔 HəftədəI və IV Günlər
🆙 SəviyyəBaşlanğıc – Peşəkar
📌 ÜnvanEVO Coding Center (AF Business Mall)

Təlimə Qeydiyyat

Rəqəmsal marketinq təlimi haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün vaxt itirmədən əlaqə saxlayın:

Mobil / WhatsApp: +99470 253 12 74

Digər Kurslara Göz Atın: Sosial Media Kursu
Back to top button

Təlim Proqramını (Sillabus) Əldə Et

Təlim Proqramını (Sillabus) Əldə Et

Leave this field blank