Rəqəmsal Marketinq Kursu

A-dan Z-ə Digital Marketing Təliminə Qoşularaq Bu Sahədə Axtarılan Mütəxəssis Ol!

Tələbələrin Çalışmış Olduğu Şirkətlər

Rəqəmsal Marketinq Kursu Sizə Nə Qazandıracaq?

Digital marketing təlimini bitirdikdə rəqəmsal marketinq sferasında digərlərindən daha yüksək potensiala malik olacaqsınız.

Müasir Əsaslı Tədris Proqramı

Digital Marketinq təlim kursu hazırki dövrün tələblərinə uyğun olaraq hazırlanıb və mütəxəssisə lazım ola biləcək əlavələr daxil edilib.

Real Təcrübə və Praktika

Hər modul üzrə müxtəlif sektorlarda rəqəmsal marketinq fəaliyyətləri nəzərdən keçirilir və nəzəriyyənin praktiki tətbiqi təmin olunur.

100% Öyrənmək Prinsipi

Hər modul üzrə real keyslər üzrə ev tapşırıqları və sınaq imtahanları ilə hər bir tələbə öyrəndiklərini tam şəkildə tətbiq edəcək.

Əlçatan Tədris Materialları

Hər bir modul üzrə hazırlanmış tədris materialları (kitablar, e-vəsaitlər) və bütün dərslərin videoları onlayn formada tələbələrə göndərilir.

Daim Ünsiyyətdə Qalmaq

Hər təlim kursu üzrə WhatsApp qrupu yaradılır ki, tələbələr öz suallarını bölüşərək bir-birilərindən və təlimçidən yardım ala bilsin.

Sertifikat və Tövsiyə Məktubu

Tələbələr rəqəmsal marketinq kursunu bitirdikdə müvafiq bitirmə sertifikatı və individual tövsiyə məktubu əldə edəcəklər.

Təlim Proqramı

Rəqəmsal marketinqi 360° əhatə edən bu kurs tələbələri başlanğıc səviyyədən tam professional dərəcədə inkişaf etdirəcək sillabus əsasında hazırlanmışdır.

1. Rəqəmsal Marketinqə Giriş

Bu modul rəqəmsal marketinqin əsas prinsiplərini əhatə edir. Potensial müştərilərə rəqəmsal marketinq kanalları ilə necə çatmağın yollarını, rəqəmsal araşdırmalar ilə hədəf kütlə və sektorunuz haqqında məlumatlar əldə etməyi öyrədir. Klassik və rəqəmsal marketinqin birlikdə necə işlədiyini, inbound və outbound marketinq arasındakı fərqləri izah edir.

  • Rəqəmsal Marketinq Nədir?
  • Inbound və Outbound Marketinq Növləri
  • Marketinqdə Media və Növləri
  • Ənənəvi Marketinq və Rəqəmsal Marketinq (Oxşar və Fərqli Cəhətləri)
  • Ənənəvi və Rəqəmsal Marketinq Kanalları
  • Düzgün Marketinq Məqsədlərinin Təyin Olunması
  • Rəqəmsal Analiz (Auditoriya, Rəqiblər, Trendlər)
  • Müştərinin Rəqəmsal Satınalma Prosesində Keçdiyi Yol

Bu modul düzgün zamanda və düzgün rəqəmsal marketinq kanalları ilə auditoriyanızla əlaqə qura biləcək kontentin necə hazırlanacağını öyrədəcək. Kontent marketinqin əsas prinsipləri, strategiya, kontent marketinq planı hazırlamaq, düzgün kontentin yaradılması, optimizasiyası, planlaşdırılması və doğru kanallarda yayımlanması əhatə olunur.

  • Kontent Marketinq Nədir, Hansı Üstünlükləri Var?
  • Cəlbedici Kontent Necə Hazırlanır?
  • Kontentin Hansı Növləri Var?
  • Kontentin Rəqəmsal Kanallar Arasında Düzgün Paylanması
  • Kontentin Biznesə Dəyərinin Ölçülməsi
  • Kontent Marketinq Planının Hazırlanması
  • Dizaynerlər üçün Düzgün Brief Formasının Hazırlanması
  • Süni İntellekt Alətlərindən İstifadə Edərək Keyfiyyətli Kontentin Hazırlanması

Bu modul brend inkişafı üçün rəqəmsal marketinqin əsas hissəsi olan sosial media kanallarının seçilməsini, onların marketinq hədəflərinə çatmaq üçün idarə edilməsini əhatə edir. Sosial media kanallarında izləyici kütləsini böyütməyin üsullarını, data əsaslı effektiv reklam kampaniyaları hazırlamaq və onları necə optimizasiya etməyi öyrədir.

Ümumi Mövzular:

  • Sosial Media Marketinqi Nədir, Hansı Üstünlükləri Var?
  • Rəqəmsal Marketinqdə Hansı Sosial Media Kanalları Var?
  • Facebook Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Instagram Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Linkedin Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Sosial Şəbəkələrdə Biznes Səhifələrinin Analitikası

Facebook və Instagram (Meta) Üzrə:

  • Meta Business Manager-in Qurulması, Konfiqurasiyası, Təhlükəsizliyi
  • Reklam Hesabının Yaradılması və Meta-da Reklam Növləri
  • Hədəfləmə (Targeting) və Yenidən Hədəfləmə (Retargeting)
  • Reklam Büdcəsinin Təyin Olunması və Təklif(Bidding) Növləri
  • Meta Pixel-in Konfiqurasiyası, Xüsusi Event-lərin Yaradılması
  • Reklamların Yayımlanması, Optimizasiyası və Effektivliyin Ölçülməsi
  • Reklam Hesabatlarının Hazırlanması

LinkedIn Üzrə:

  • LinkedIn Business Manager-in Qurulması və Ümumi Tanışlıq
  • LinkedIn-də Reklam Növləri və Reklamların Yayımlanması

Əlavə:

  • Sosial Media Kanalları Üzrə Paylaşımların Planlanması
  • Sosial Media Səhifələrinin İdarə Edilməsi Üçün Əlavə Alətlər

Bu modul sadə və diqqət çəkici dizaynla hazırlanmış, optimizasiya edilmiş WordPress CMS ilə vebsayt qurmağı özündə birləşdirir. Veb sayt dizaynının əsasları və sayt kontentinin tərtibatı, istifadəçi davranışlarına uyğun dizayn seçilməsi və optimizasiya olunması, istifadəçi davranışları və statistikadan məqsədyönlü istifadəni əhatə edir.

Ümumi Mövzular:

  • Veb Sayt Nədir, Hansı Növləri Var və Biznesdə Rolu
  • Veb Sayt Daxilində Olmalı Əsas və Əlavə Səhifələr, Elementlər
  • UI/UX Nədir? İstifadəçi Təcrübələrinə Görə Veb Sayt Necə Hazırlanmalıdır?

Veb Sayt Qurulması:

  • Düzgün Domen, Hosting Seçimi və Wordpress-in Qurulması
  • Korporativ E-Mail Ünvanının Əldə Edilməsi
  • İdarəetmə Paneli ilə Tanışlıq, Biznesə Uyğun Tema Seçimi

Tənzimləmələr və Digər Alətlərlə İş:

  • Oxuma, Yazma, Url Uzantıları, Kateqoriya Tənzimləmələri
  • Menyu, Widjet, Header və Footer Tənzimləmələri
  • Font, Rəng və Sütunların Tənzimləmələri
  • Mövcud və ya Əlavə Alətlərlə (Elementor və s.) Səhifə Yaratmaq
  • Səhifə və Bloq Yazıları Üçün Link Strukturunun Qurulması
  • Veb Sayt Üçün Lazım Ola Bilcək Nümunə Səhifələrin Yaradılması
  • Analitika Alətlərinin Qurulması (Tag Manager, Google Analytics, Meta Pixel və s.)
  • Veb Sayt Sürətinin Artırılması və SSL Sertifikatının Alınması
  • Veb Sayt Təhlükəsizliyi və Avtomatik Backup-ların Alınması

Bu modul SEO-nun təməlində nələrin dayandığını və axtarış motorlarının işləmə alqoritmalarını əhatə edir. Açar söz araşıdrması və kontent plan hazırlama, performansın ölçülməsi və dəyərləndirilməsi, biznes məqsədlərinə uyğun SEO strategiyasının hazırlanması və tətbiqi, səhifə daxili, səhifə xarici və texniki optimizasiyalar tam şəkildə izah olunur.

Ümumi Mövzular:

  • SEO Nədir? Üstünlükləri Nələrdir?
  • SEO ilə PPC Arasındakı Fərqlər Və Oxşar Cəhətlər
  • Axtarış Motorlarının İşləmə Prinsipləri
  • Açar Söz Nədir? Hansı Növləri Var? Açar Söz Araşdırması

Səhifədaxili SEO:

  • Səhifə Başlığı və Açıqlama Mətnləri (Title və Description)
  • Url Strukturunun Qurulması və Daxili Linkləndirmə
  • Səhifə Daxili Məzmun və Elementlər (Vizuallar və Videolar)

Səhifəxarici SEO:

  • Backlink Nədir? Nə Üçün Vacibdir? Necə Əldə Edilir?
  • Anchor Text Nədir? Backlink-də Rolu Nədən İbarətdir?
  • Noindex, Nofollow, Do Follow və No Follow Nədir?
  • Backlink Əldə Etmə Strategiyaları (Guest Posting, Forum, Commenting və s.)

Texniki SEO:

  • Google Search Console-un Qurulması və İstifadəsi
  • Robots.txt və xml Sayt xəritəsi nədir?
  • Duplicate Content Nədir? Necə Aradan Qaldırılır?
  • Broken Link Nədir? Necə Aradan Qaldırılır?
  • Yönləndirmə Metodları
  • Sayt SürətininArtırılması, Faylların Sıxışdırılması Və Optimizasiyası
  • Schema, Rich Snippet və Featured Snippetlər

SEO Alətləri ilə iş:

  • Semrush və Screaming Frog ilə Sayt Auditi, Rəqib Analizi və Daha Çoxu
  • WordPress SEO üçün Rankmath və ya Yoast istifadəsi

SEO-da Süni İntellekt İstifadəsi:

  • Süni İntellekt ilə Açar Söz Araşdırması, Mövzu Təyini
  • Süni İntellekt ilə Səhifədaxili Kontentlərin Hazırlanması
  • Süni İntellekt ilə Bloq Yazılarının Hazırlanması
  • Süni İntellekt ilə SEO-a Uyğun Title, Description və Link Quruluşunun Hazırlanması
  • Süni İntellekt ilə Daxili Link Strukturunun Qurulması

Əlavə:

  • SEO-a Uyğun Bloq Yazsının Hazırlanması üçün Checklist Formalaşdırmaq
  • Real Nümunə ilə YouTube SEO-su və Nəticələrin Analizi

Bu modulda Google Ads ilə axtarış motoru, displey və video reklamların yaradılması, optimizasiyası və dönüşümlərin (conversion) izlənilməsi əhatə olunur. Auksiyona uyğun reklamlara qiymət təklifinin verilməsi, hədəfləmə strategiyalarının hazırlanması, reklam büdcəsinin optimallaşdırılması, reklamların analizi, hesabatların hazırlanması izah olunur.

Ümumi Mövzular:

  • Google Reklamları Nədir? Hansı Üstünlükləri Var?
  • Google Ads Hesabının Qurulması və Strukturu ilə Tanışlıq

Axtarış Motoru Reklamları:

  • Kampaniya və Reklam Qruplarının Qurulması
  • Reklam Üçün Açar Söz Araşdırması və Qarşılaşdırma (Match) Növləri
  • Axtarış Motoru Reklamının Qurulması və Optimizasiyası
  • Axtarış Termləri və Neqativ Açar Sözlər
  • Reklamın Keyfiyyət Dərəcəsi, Ölçülməsi və Optimizasiyası
  • Təklif (Bidding) Strategiyaları (Avtomatik və ya Manual) və Auksiyon
  • Reklam Uzantıları (Snippetlər, Ünvan, Telefon Nömrəsi, Endirim və s.)

Görüntülü Şəbəkə (Displey) Reklamları:

  • Hədəf Kütlələr Yaratmaq və Növləri
  • Görüntülü Şəbəkə (Displey) Reklamlarının Qurulması və Optimizasiyası
  • Gmail Reklamlarının Qurulması və Optimizasiyası
  • Xüsusi Hədəf Kütlələr və Yenidən Hədəfləmə (Remarketinq)
  • Təklif (Bidding) Strategiyaları (Avtomatik və ya Manual)

Video Reklamlar (YouTube):

  • Video Reklamları Növləri
  • Video Reklam Kampaniyalarının Qurulması
  • YouTube Kanallarını və Videolarını Hədəfləmək

Əlavə:

  • Dönüşümlərin (Conversion) Qurulması və Google Ads-ə Tanıdılması (Tag Manager)
  • Azərbaycan Dilində Reklamların Yayımlanması və Problemlərin Həlli
  • Mobil Tətbiq Reklam Kampaniyalarının Qurulması
  • Reklam Hesabatlarının Hazırlanması

Bu modul Google Analytics və digər analitika alətlərinin veb sayta qurulmasını və necə istifadə olunmasını əhatə edir. Analitika alətlərinin (Google Analytics, Yandex Metrica, Adobe Analytics və s.) konfiqurasiyası, hesabatların hazırlanması və kampaniyaları izləmək, xüsusi hədəflərin yaradılması, məlumatların analizi izah olunur.

Ümumi Mövzular:

  • Veb Analitika Nədir? Nə Üçün Lazımdır?
  • Google Analyticts Hesabının Qurulması
  • Google Analyticts-in Digər Alətlərə İnteqrasiyası (Google Search Console, Ads və s.)
  • Event və Conversionların (Dönüşümlərin) Qurulması
  • Real Time – Hesabat və İstifadəçi Hesabatı
  • Acquisition, Behavior, Conversion Analizi və Hesabatları
  • Seqmentasiyaların Yaradılması
  • Google Ads, Google Search Console və Digər Kanallar Üzrə Xüsusi Hesabatlar

Google Looker Studio ilə Data Vizualizasiyası:

  • Google Looker Studio (Data Studio) Nədir? Necə İstifadə Olunur?
  • Template-lərin İstifadəsi, Tənzimlənməsi və Xüsusi Template-lər
  • Digər Analitik Alətlərin Google Looker Studio-ya İnteqrasiyası və Xüsusi Hesabatlar

Bonus:

  • Əlavə Digər Veb Analitika Alətlərinin Qurulması, İşləmə Prinsipləri və Üstünlükləri

Bu modul e-mail marketinq üçün müştəri məlumatlarının necə idarə olunmasını, seqmentləşdirməni, test edilməsini və geri dönüş dərəcəsinin maksimum səviyyəyə gətirilməsini əhatə edir. E-mail’lərin dizayn olunması, kampaniyaların test edilməsi və optimizasiyası, e-mail marketinq alətləri və strategiyanın qurulması, avtomatlaşdırılma izah olunur.

  • E-Mail Marketinq Nədir? Üstünlükləri Nələrdir?
  • Auditoriyaların Yaradılması
  • Qrupların, Seqmentlərin və Təq-lərin Yaradılması
  • Mailchimp Kampaniyalarının Yaradılması, Optimizasiyası
  • E-Mail Abunə Listinin İnkişaf Etdirilməsi
  • Kampaniyalar, Auditoriyalar Arasında A/B Testlərin Aparılması
  • Düzgün E-Mail Başlıqlarının və Kontentlərinin Yazılması
  • E-Maillərin Spama Düşməsinin Qarşısının Alınması
  • E-Maillərin Açılma və Tıklama Dərəcəsinin Yüksəldilməsi
  • E-Mail Marketinq Kampaniya Hesabatlarının Hazırlanması
  • Süni İntellekt ilə Kampaniyalar Üçün Kontentlərin Hazırlanması

Bu modul biznes və marketinq hədəflərinə çatmaq üçün rəqəmsal marketinq strategiyasının əsas istiqamətlərini izah edir. Düzgün hədəflər təyin olunaraq bu hədəflərə çatmaq üçün rəqəmsal kanalların seçimi, bu kanallarda istifadə olunacaq kontent planın hazırlanması, resursların və büdcənin düzgün bölüşdürülməsi, ROAS və ROI və daxil olmaqla KPI-ların öncədən proqnozlaşdırılmasını əhatə edir.

Ümumi Mövzular:

  • Rəqəmsal Marketinq Strategiyası və Onun İstiqamətləri
  • Rəqəmsal Marketinq üzrə Məqsədlərin Təyin Olunması
  • Rəqəmsal Marketinq Kanallarının Təyin Olunması
  • Kontent və Media Strategiyalarının Hazırlanması
  • Resursların, Büdcənin və Xərclərin Bölüşdürülməsi
  • Əsas KPI-ların Təyini və Proqnozlaşdırılması
  • Rəqəmsal Marketinq Metriklərinin Təyini və Hesablanması

Real Brief’lər Əsasında İş:

  • Real Briefə Uyğun Məhsul Kateqoriyası üzrə Strategiya və Hazırlanması
  • Real Briefə Uyğun Mobil Tətbiq Kateqoriyası üzrə Strategiya Hazırlanması
  • Real Briefə Uyğun Lead Generation üzrə Strategiya Hazırlanması

Bu modul təlim proqramını yekunlaşdırmış tələbələrə digital marketing sahəsində düzgün karyera qurmaq üçün atılacaq addımları əhatə edir. Beynəlxalq sertifikatlar və onların əldə edilməsi, karyera istiqamətləri və planlanması, şəxsi brendinqin qurulması və inkişafı, düzgün CV hazırlamaq, iş axtarmaq üçün ipuçlar, müxtəlif alətlərdən istifadə edərək əlavə gəlirin əldə edilməsi yollarını izah edir.

  • Beynəlxalq dərəcəli sertifikatların əldə edilməsi üsulları
  • Rəqəmsal marketinq sahəsində karyera planlanması
  • Rəqəmsal marketoloq olaraq şəxsi brendinqin inkişafı
  • Düzgün CV tərtibatı və iş axtarışı platformalarından düzgün istifadə
  • Rəqəmsal alətlərdən istifadə edərək internetdən pul qazanmağın üsulları

Təlimçi: Elvin Paşa

8 ildən çoxdur ki, Rəqəmsal Marketinq sahəsində fəaliyyət göstərir və beynəlxalq dərəcəli sertifikata sahibdir. Rəsmi Google Partnyorudur.

Karyerasına ilk vaxtlarda Sosial Media sahəsində başlamış, daha sonra Rəqəmsal Marketinq sahəsində iş fəaliyyətini davam etdirmişdir. 

40-dan çox yerli və qlobal markanın rəqəmsal kanallarda fəaliyyətini uğurla həyata keçirmişdir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində iş fəaliyyətini Qrup Rəhbəri olaraq davam etdirir.

Tədris Müddəti

48 Saat - 3 Ay

Tədris Növü

Əyani və Onlayn

Tədris Dili

Azərbaycan və İngilis

Tədris Qrafiki

Həftədə 2 gün - 2 saat

Səviyyə

Başlanğıc - Peşəkar

Supergücünü Ortaya Çıxar

Vaxt İtirmə, Digital Marketing Dünyasına İlk Addımını At!

Təlimlərdən Şəkillər

Növbəti Start Veriləcək Qrup

25 Sentyabr 2025
II və IV günlər | 19:00

Ən Çox Soruşulan Suallar

Tədris olunan bütün modullar başlanğıc səviyyədən başlayaraq nəzəri və praktiki şəkildə tədris olunur. Buna görə də bu sahədə hər-hansı təcrübəyə ehtiyac yaranmır.

Kursun 24 dərs günü müddətində tamamlanması nəzərdə tutulur. Həftə ərzində 2 dəfə tədris müddətinin olmasını nəzərə alaraq 3 aylıq müddət ərzində kurs yekunlaşır.

Kurs həm əyani, həm də Google Meet vasitəsilə onlayn olaraq paralel şəkildə tədris olunur.

Bəli, tədris müddətində əldə etdiyiniz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün sertifikat təqdim olunacaq. Əlavə olaraq beynəlxalq nüfuzlu sertifikatların əldə edilməsi üçün dəstək göstərilir.

Hər bir dərs video qeydiyyata alınaraq tələbələrin virtual sinifinə əlavə olunur. Bununla da tələbələr asudə vaxtlarında da dərslər ilə məşğul ola bilərlər.

Tələbələr məzun olduqdan sonra Rəqəmsal Marketinq Mütəxəssisi, SEO Mütəxəssisi, Sosial Media Meneceri, Kontent Mütəxəssis kimi vəzifələrdə junior səviyyədən işə başlaya və ya öyrəndiklərini öz bizneslərinə tətbiq edə bilərlər.

Bəli, dərslərin video qeydiyyatları tələbələrin virtual siniflərində olacaq və tədris bitdikdən sonra da tələbələr biliklərini təkmilləşdirmələri üçün bu materiallardan istifadə edə biləcəklər.

Bəli, tələbələr kursda öyrəndiklərini tətbiq etmək üçün praktiki olaraq ev tapşırıqları hazırlayırlar. Həmçinin nəzəri biliklərin yoxlanılması üçün hər modulun sonunda imtahanlar təşkil olunur.

Bəli, dərsdən sonrakı zamanlarda tələbələrin bütün suallarının cavablanması, tapşırıqlarda yarana biləcək çətinliklər zamanı, həmçinin modullar üzrə imtahanlarda hər zaman mentor dəstəyi mövcuddur.

Rəqəmsal Marketinq Kursu ilə Bu Sahədə Peşəkarlaşın!

Rəqəmsal Marketinq Kursu ilə digital marketing kanallarını peşəkar səviyyədə idarə etməyi öyrənəcəksiniz.  Hazırki dövrün ən çox tələb olunan rəqəmsal marketinq alətləri və real yanaşmalar digital marketing kursu ilə A-dan Z-ə tədris olunur.  

Back to top button

Təlimə Qeydiyyatdan Keç

Məlumatları daxil et və səninlə əlaqə saxlayaq!

Leave this field blank

Təlim Proqramını Əldə Et

Leave this field blank

Təlim Proqramını (Sillabus) Əldə Et

Leave this field blank