Digital Marketing Nədir? Ən Çox Soruşulan Suallar və Cavabları

Sürətli inkişaf edən rəqəmsal mühitdə digital marketing aspektlərini başa düşmək bizneslər üçün vacibdir. Digital marketing auditoriya ilə əlaqə yaratmaq, brend tanınırlığını artırmaq və onlayn olaraq satışları artırmaq üçün əvəzsiz vasitədir. Daim inkişaf edən müxtəlif strategiyalar, alətlər və alqoritm yenilənmələri və daha çoxu haqqında sualların olması təbiidir.

Digital Marketing Nədir? Ən Çox Soruluşan Suallar və Cavabları

Digital marketing nədir? Digital marketing Strategiyası necə olmalıdır? və daha çox digital marketing ilə bağlı ən çox verilən suallar bu səhifədə əhatə olunub.  

Digital Marketing nədir?

Digital Marketing şirkətlərin məhsullarını, xidmətlərini və ya markalarını tanıtmaq üçün istifadə etdiyi bütün onlayn fəaliyyətlərin toplsudur. Azərbaycan dilində Rəqəmsal Marketinq kimi istifadə olunan digital marketing: potensial müştəriləri cəlb etmək və real müştəriyə çevirmək üçün vebsayt, sosial media, e-mail, axtarış motorlar, bannerlər və s. daxil olmaqla müxtəlif reklam növləri və kanallardan istifadə edir.

SMM nədir?

Sosial media marketinqi açılışına sahib olan SMM Facebook, Instagram, LinkedIn, TikTok kimi sosial media platformalarından istifadə edərək hədəf auditoriyanızla əlaqə yaratmaq, brendinizi tanıtmaq və satışları artırmaq üçün nəzərdə tutulub. Buraya kontent yaratmaq və paylaşmaq, reklamlar hzırlamaq və izləyicilərlə əlaqə qurmaq daxildir.

Kontent Marketinq nədir?

Məzmun marketinq mənasına sahib olan Kontent Marketinq xüsusi auditoriyanı cəlb etmək üçün cəlbedici, dəyər yaradan və ardıcıl kontentlərin yaradılmasına və yayılmasına yönəlmiş strategiyadır. Bloq yazıları, videolar, infoqrafik məlumatlar və istifadəçilərdə dəyər yaradacaq digər kontent formaları bura daxildir.

SEO nədir?

Search Engine Optimization və ya SEO: Google kimi axtarış motorlarında veb saytınızın daha çox görünməsini təmin etmək üçün görülən işlərin toplusudur. Burada məqsəd müvafiq açar sözlər üçün axtarış nəticələrində daha yüksəkdə yer tutmaq və veb sayta orqanik trafik çəkməkdir.

SEM nədir?

Search Engine Marketing və ya SEM: Axtarış motoru nəticələrində veb saytın görünməsini artırmaq üçün ödənişli reklamdan istifadə edən kanaldır. İstifadəçilər Google-da axtarış etdiyi zaman reklamların göstərilməsi üçün reklam verənlərin açar sözlərə görə təklif etdiyi klik başına ödəniş etdikləri reklam növüdür.

Google Ads nədir?

Google Ads bizneslərə Google-un axtarış motoru və digər Google-la əlaqəli platformalarda reklam verməyə imkan verən onlayn reklam platformasıdır. İstifadəçilərin reklamları gördüklərində və ya klik etdiklərində reklam verənlərin ödəniş etdiyi müxtəlif ödəmə modelləri ilə işləyir.

Google Analytics nədir?

Google Analytics, Google tərəfindən təklif olunan veb-analitika xidmətidir və vebsayt trafiki, istifadəçi davranışı və onlayn satışlar haqqında ətraflı məlumat almağa imkan verir. Bu, veb sayt və mobil tətbiq saiblərinə istifadəçilərin saytları və ya mobil tətbiqləri ilə necə qarşılıqlı əlaqədə olduğunu başa düşməyə və dataya əsaslanan qərarlar qəbul etməyə kömək edir.

E-Mail Marketing nədir?

E-Mail Marketing abunəçilər və ya potensial müştərilərə hədəflənmiş e-maillərin göndərilməsini əhatə edir. Bu, potensial müştəriləri məlumatlandırmaq, yeniliklər haqqında məlumat vermək, məhsulları tanıtmaq və izləyicilərlə birbaşa əlaqə saxlamaq üçün marketinq kanalıdır.

Influencer Marketing nədir?

Influencer Marketing məhsul və xidmətləri tanıtmaq üçün yüksək və ya niş auditoriyaya malik insanlarla əməkdaşlıq edilən reklam növüdür. İnfluencerin etibarlılığı və auditoriyası markaların daha geniş auditoriyaya çatmasına kömək edir.

Meta Business Manager nədir?

Meta Business Manager bizneslərə Facebook, Instagram və Meta-ya məxsus digər platformalarda səhifələri və reklamları idarə etməyə imkan verən bir vasitədir. Postlar paylaşmaq və planlaşdırmaq, performansı təhlil etmək və reklamlar vermək üçün funksiyaları özündə birləşdirir.

Google Display Network nədir?

Google Display Network reklam verənlərin geniş auditoriyaya displey reklamları göstərə biləcəyi vebsaytlar, tətbiqlər və platformalar toplusudur. Bu reklamlar bannerlər, şəkillər, videolar kimi müxtəliv növlərdə ola bilərlər.

PPC Marketing nədir?

Pay Per Click və ya PPC marketinq: reklam verənlərin reklamlarına hər dəfə kliklənəndə ödəniş etdikləri onlayn reklam növüdür. Axtarış motoru reklamı, sosial media reklamı və displey reklamlar bu marketinq növünə aiddir.

Data Driven Marketing nədir?

Azərbaycanca Məlumata Əsaslanan Marketinq mənasına gələn Data Driven Marketing: marketinq strategiyaları və kampaniyalar haqqında məlumat əsasında qərarlar qəbul etmək üçün datalar və analitikadan istifadə edilən bir yanaşmadır. Müştəri davranışını və seçimlərini təhlil edərək, şirkətlər daha yaxşı nəticələr əldə etmək üçün marketinq strategiyalarını optimallaşdıra bilərlər.

Lead Generation nədir?

Lead Generation: məhsul və ya xidmətiniz üçün potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi prosesidir. Buraya real müştərilərə çevrilmə ehtimalı olan şəxsləri cəlb etməyə yönəlmiş strategiya və üsullar daxildir.

CRM nədir?

CRM – Müştəri Münasibətlərinin İdarə edilməsi deməkdir. Bu, şirkətlərin cari və potensial müştərilər ilə qarşılıqlı əlaqələrini idarə etmək və təhlil etmək üçün istifadə etdiyi proqramlara aiddir. CRM sistemləri şirkətlərə müştəri məmnuniyyətini artırmağa, satış və marketinq proseslərini asanlaşdırmağa kömək edir.

SMM Təqvimi nədir?

SMM təqvimi müxtəlif sosial media platformalarında nə vaxt və hansı kontentlərin paylaşılacağını ümumiləşdirən bir cədvəldir. Bu,şirkətlərə sosial media paylaşımlarını əvvəlcədən planlaşdırmağa kömək edir, izləyiciləri ilə ardıcıl və strateji şəkildə əlaqə saxlamağa imkan verir.

Growth Hacking nədir?

Growth Hacking, biznesi inkişaf etdirməyin ən effektiv yollarını müəyyən etmək üçün müxtəlif kanallar üzrə sürətli fəaliyyət aparan marketinq yanaşmasıdır. Qısa müddətdə əhəmiyyətli artıma nail olmaq üçün yaradıcı strategiyalardan istifadəni nəzərdə tutur.

Tag Manager nədir?

Tag Manager marketoloqlara veb-sayt kodlarında dəyişiklik etmədən analitika teqlərini idarə etməyə imkan verən alətdir. Tag manager analitika və marketinq məqsədləri üçün vebsayta izləmə kodları əlavə edilməsi prosesini asanlaşdırır.

Looker Studio nədir?

Looker Studio məlumatların araşdırılması və vizuallaşdırılması üçün platformadır. İstifadəçilərə interaktiv və fərdiləşdirilə bilən hesabatlar yaratmağa imkan verir, bizneslərə dataya əsaslandırılmış qərarlar qəbul etməyə kömək edən anlayışlar təqdim edir.

Marketing Automation nədir?

Tərcüməsi Marketinqin avtomatlaşdırılması olan Marketing Automation: e-mail marketinq, sosial media paylaşımları və potensial müştəri hazırlanması kimi təkrarlanan marketinq proseslərini avtomatlaşdırmaq üçün müxtəlif alətlərdən istifadəni əhatə edir. Marketinq fəaliyyətini asanlaşdırır, vaxta qənaət edir və göndərilmək istənilən mesajların ardıcıl şəkildə hədəf auditoriyaya çatdırılmasını təmin edir.

Customer Experience nədir?

Tərcüməsi Müştəri təcrübəsi olan Customer Experience (CX) müştərilərin bir marka ilə qarşılıqlı əlaqəsi haqqında ümumi anlayış və hisslərini ifadə edir.Müştərinin şirkətlə əlaqə saxladığı hər bir əlaqə nöqtəsini əhatə edir, vebsayta tutmuş satınalma sonrası dəstəyə qədər, brendə sədaqət və məmnuniyyətə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button