Rəqəmsal Marketinq Kursu – Digital Marketing Təlimi
Digital Marketing Kursu ilə Rəqəmsal Marketinq kanallarını peşəkar səviyyədə idarə etməyi öyrənəcəksiniz. Hazırki dövrün ən çox tələb olunan digital marketing alətləri və real yanaşmalar rəqəmsal marketinq kursu ilə A-dan Z-ə tədris olunur.
Bu kurs sayəsində texniki bilikləriniz və marketinqə strateji yanaşma mövqeniz təkmilləşəcək. Xüsusi olaraq sillabus hazırladığım Rəqəmsal Marketinq Kursu ilə rəqabətli sektorda digərlərindən fərqinizi ortaya qoyacaqsınız.
Rəqəmsal Marketinq Kursu Nəyi Öyrədir?
Rəqəmsal Marketinq kursu ilə digital alətlərdən istifadə edərək marketinq hədəflərinizə çatmaq üçün lazım olan biliklərə sahib olacaqsınız. Facebook və Instagram Reklamları, SEO, Google Ads, Google Analytics, Google Tag Manager və Google Looker Studio, SMM – Sosial media marketinqi və idarə edilməsini mənimsəyəcəksiniz. Bütün bunlarla qalmayıb, rəqəmsal marketinq strategiyalarını quraraq yüksək səviyyədə reklam kampaniyalarının idarə edilməsi, büdcə idarəolunmasını real proyektlərlə işləyərək öyrənəcəksiniz.
Digital Marketing Kursu Kimlər Üçündür?
Bu sahənin bütün ehtiyacları, təcrübə səviyyələri və maraqlarına uyğun olaraq hazırlanmış sillabus ilə A-dan Z-ə Rəqəmsal Marketinq Kursu hər kəsə uyğundur. Digital marketing sahəsi üzrə ixtisaslaşmaq istəyən hər kəs bu kursda iştirak etməlidir:
- Bu sahəyə yeni başlayan şəxslər
- Biznes sahibləri və rəhbər şəxslər
- Ənənəvi və ya rəqəmsal marketinq üzrə mütəxəssislər
- Universitet tələbələri və ya məzunlar
- Karyerasını bu sahəyə dəyişmək istəyən şəxslər
Digital marketing kursu şirkət sahibləri, biznes inkişaf mütəxəssisləri, rəhbər şəxslər və bu sahədə karyera qurmaq istəyən hər kəs üçün idealdır.
Təlim Proqramı
Rəqəmsal marketinqi 360° əhatə edən bu kurs tələbələri başlanğıc səviyyədən tam professional dərəcədə inkişaf etdirəcək sillabus əsasında hazırlanmışdır.
1. Rəqəmsal Marketinqə Giriş
Bu modul rəqəmsal marketinqin əsas prinsiplərini əhatə edir. Potensial müştərilərə rəqəmsal marketinq kanalları ilə necə çatmağın yollarını, rəqəmsal araşdırmalar ilə hədəf kütlə və sektorunuz haqqında məlumatlar əldə etməyi öyrədir. Klassik və rəqəmsal marketinqin birlikdə necə işlədiyini, inbound və outbound marketinq arasındakı fərqləri izah edir.
Əhatə Olunan Mövzular:
- Rəqəmsal Marketinq Nədir?
- Inbound və Outbound Marketinq Növləri
- Marketinqdə Media və Növləri
- Ənənəvi Marketinq və Rəqəmsal Marketinq (Oxşar və Fərqli Cəhətləri)
- Ənənəvi və Rəqəmsal Marketinq Kanalları
- Düzgün Marketinq Məqsədlərinin Təyin Olunması
- Rəqəmsal Analiz (Auditoriya, Rəqiblər, Trendlər)
- Müştərinin Rəqəmsal Satınalma Prosesində Keçdiyi Yol
2. Kontent Marketinq
Bu modul düzgün zamanda və düzgün rəqəmsal marketinq kanalları ilə auditoriyanızla əlaqə qura biləcək kontentin necə hazırlanacağını öyrədəcək. Kontent marketinqin əsas prinsipləri, strategiya, kontent marketinq planı hazırlamaq, düzgün kontentin yaradılması, optimizasiyası, planlaşdırılması və doğru kanallarda yayımlanması əhatə olunur.
Əhatə Olunan Mövzular:
- Kontent Marketinq Nədir, Hansı Üstünlükləri Var?
- Cəlbedici Kontent Necə Hazırlanır?
- Kontentin Hansı Növləri Var?
- Kontentin Rəqəmsal Kanallar Arasında Düzgün Paylanması
- Kontentin Biznesə Dəyərinin Ölçülməsi
- Kontent Marketinq Planının Hazırlanması
3. SMM - Sosial Media Marketinqi
Əhatə Olunan Mövzular:
- Sosial Media Marketinqi Nədir, Hansı Üstünlükləri Var?
- Rəqəmsal Marketinqdə Hansı Sosial Media Kanalları Var?
- Facebook Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
- Instagram Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
- Linkedin Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
- Twitter Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
- Sosial Şəbəkələrdə Biznes Səhifələrinin Analitikası
Facebook və Instagram (Meta) Üzrə:
- Meta Business Manager-in Qurulması, Konfiqurasiyası, Təhlükəsizliyi
- Reklam Hesabının Yaradılması və Meta-da Reklam Növləri
- Hədəfləmə (Targeting) və Yenidən Hədəfləmə (Retargeting)
- Reklam Büdcəsinin Təyin Olunması və Təklif (Bidding) Növləri
- Meta Pixel-in Konfiqurasiyası, Xüsusi Event-lərin Yaradılması
- Reklamların Yayımlanması, Optimizasiyası və Effektivliyin Ölçülməsi
- Reklam Hesabatlarının Hazırlanması
LinkedIn Üzrə:
- LinkedIn Business Manager-in Qurulması və Ümumi Tanışlıq
- LinkedIn-də Reklam Növləri və Reklamların Yayımlanması
Twitter Üzrə:
- Twitter Ads Manager ilə Ümumi Tanışlıq
- Twitter-də Reklam Növləri və Reklamların Yayımlanması
Əlavə:
- Sosial Media Kanalları Üzrə Paylaşımların Planlanması
- Sosial Media Səhifələrinin İdarə Edilməsi Üçün Əlavə Alətlər
4. Vebsayt Qurulması (Wordpress ilə)
Bu modul sadə və diqqət çəkici dizaynla hazırlanmış, optimizasiya edilmiş WordPress CMS ilə vebsayt qurmağı özündə birləşdirir. Veb sayt dizaynının əsasları və sayt kontentinin tərtibatı, istifadəçi davranışlarına uyğun dizayn seçilməsi və optimizasiya olunması, istifadəçi davranışları və statistikadan məqsədyönlü istifadəni əhatə edir.
Əhatə Olunan Mövzular:
- Veb Sayt Nədir, Hansı Növləri Var və Biznesdə Rolu
- Veb Sayt Daxilində Olmalı Əsas və Əlavə Səhifələr, Elementlər
- UI/UX Nədir? İstifadəçi Təcrübələrinə Görə Veb Sayt Necə Hazırlanmalıdır?
- Düzgün Domen, Hosting Seçimi və Wordpress-in Qurulması
- Korporativ E-Mail Ünvanının Əldə Edilməsi
- İdarəetmə Paneli ilə Tanışlıq, Biznesə Uyğun Tema Seçimi
- Oxuma, Yazma, Url Uzantıları, Kateqoriya Tənzimləmələri
- Menyu, Widjet, Header və Footer Tənzimləmələri
- Font, Rəng və Sütunların Tənzimləmələri
- Mövcud və ya Əlavə Alətlərlə (Elementor və s.) Səhifə Yaratmaq
- Səhifə və Bloq Yazıları Üçün Link Strukturunun Qurulması
- Veb Sayt Üçün Lazım Ola Bilcək Nümunə Səhifələrin Yaradılması
- Analitika Alətlərinin Qurulması (Tag Manager, Google Analytics, Meta Pixel və s.)
- Veb Sayt Sürətinin Artırılması və SSL Sertifikatının Alınması
- Veb Sayt Təhlükəsizliyi və Backup-ların Alınması
5. SEO - Axtarış Motoru Optimizasiyası
Bu modul SEO-nun təməlində nələrin dayandığını və axtarış motorlarının işləmə alqoritmalarını əhatə edir. Açar söz araşıdrması və kontent plan hazırlama, performansın ölçülməsi və dəyərləndirilməsi, biznes məqsədlərinə uyğun SEO strategiyasının hazırlanması və tətbiqi, səhifə daxili, səhifə xarici və texniki optimizasiyalar tam şəkildə izah olunur.
Əhatə Olunan Mövzular:
- SEO Nədir? Üstünlükləri Nələrdir?
- SEO ilə PPC Arasındakı Fərqlər Və Oxşar Cəhətlər
- Axtarış Motorlarının İşləmə Prinsipləri
- Açar Söz Nədir? Hansı Növləri Var? Açar Söz Araşdırması
Səhifədaxili SEO:
- Səhifə Başlığı və Açıqlama Mətnləri (Title və Description)
- Url Strukturunun Qurulması və Daxili Linkləndirmə
- Səhifə Daxili Məzmun və Elementlər (Vizuallar və Videolar)
Səhifəxarici SEO:
- Backlink Nədir? Nə Üçün Vacibdir? Necə Əldə Edilir?
- Anchor Text Nədir? Backlink-də Rolu Nədən İbarətdir?
- Noindex, Nofollow, Do Follow və No Follow Nədir?
- Backlink Əldə Etmə Strategiyaları (Guest Posting, Forum, Commenting və s.)
Texniki SEO:
- Google Search Console-un Qurulması və İstifadəsi
- Robots.txt və xml Sayt xəritəsi nədir?
- Duplicate Content Nədir? Necə Aradan Qaldırılır?
- Broken Link Nədir? Necə Aradan Qaldırılır? Yönləndirmə Metodları
- Sayt Sürətinin Artırılması, Faylların Sıxışdırılması Və Optimizasiyası
- Schema, Rich Snippet və Featured Snippetlər
Əlavə Alətlər:
- Semrush və Screaming Frog ilə Sayt Auditi, Rəqib Analizi və Daha Çoxu
- WordPress SEO üçün Rankmath və ya Yoast istifadəsi
- SEO Uyumlu Bloq Yazsının Hazırlanması
- Süni İntellekt ilə Bloq Yazılarının Hazırlanması
6. Google Reklamları
Bu modulda Google Ads ilə axtarış motoru, displey və video reklamların yaradılması, optimizasiyası və dönüşümlərin (conversion) izlənilməsi əhatə olunur. Auksiyona uyğun reklamlara qiymət təklifinin verilməsi, hədəfləmə strategiyalarının hazırlanması, reklam büdcəsinin optimallaşdırılması, reklamların analizi, hesabatların hazırlanması izah olunur.
Əhatə Olunan Mövzular:
- Google Reklamları Nədir? Hansı Üstünlükləri Var?
- Google Ads Hesabının Qurulması və Strukturu ilə Tanışlıq
Axtarış Motoru Reklamları:
- Kampaniya və Reklam Qruplarının Qurulması
- Reklam Üçün Açar Söz Araşdırması və Qarşılaşdırma (Match) Növləri
- Axtarış Motoru Reklamının Qurulması və Optimizasiyası
- Axtarış Termləri və Neqativ Açar Sözlər
- Reklamın Keyfiyyət Dərəcəsi, Ölçülməsi və Optimizasiyası
- Telefon Zəngi üçün Axtarış Motoru Reklamının Qurulması
- Təklif (Bidding) Strategiyaları (Avtomatik və ya Manual) və Auksiyon
- Dönüşümlərin (Conversion) Qurulması və Google Ads-ə Tanıdılması (Tag Manager)
- Reklam Uzantıları (Snippetlər, Ünvan, Telefon Nömrəsi, Endirim və s.)
Görüntülü Şəbəkə Reklamları:
- Hədəf Kütlə Yaratmaq və Növləri
- Görüntülü Şəbəkə Reklamlarının Qurulması və Optimizasiyası
- Gmail Reklamlarının Qurulması və Optimizasiyası
- Xüsusi Hədəf Kütlələr və Yenidən Hədəfləmə (Remarketinq)
- Təklif (Bidding) Strategiyaları (Avtomatik və ya Manual)
Video Reklamlar (YouTube):
- Video Reklamları Növləri
- Video Reklam Kampaniyalarının Qurulması
Əlavə olaraq:
- Mobil Tətbiq Reklam Kampaniyalarının Qurulması
- Reklam Hesabatlarının Hazırlanması
7. Veb Analitika
Bu modul Google Analytics və digər analitika alətlərinin veb sayta qurulmasını və necə istifadə olunmasını əhatə edir. Analitika alətlərinin (Google Analytics, Yandex Metrica, Adobe Analytics və s.) konfiqurasiyası, hesabatların hazırlanması və kampaniyaları izləmək, xüsusi hədəflərin yaradılması, məlumatların analizi izah olunur.
Əhatə Olunan Mövzular:
- Veb Analitika Nədir? Nə Üçün Lazımdır?
- Google Analyticts Hesabının Qurulması
- Google Analyticts-in Digər Alətlərə İnteqrasiyası (Google Search Console, Ads və s.)
- Event və Conversionların (Dönüşümlərin) Qurulması
- Real Time – Hesabat və İstifadəçi Hesabatı
- Acquisition, Behavior, Conversion Analizi və Hesabatları
- Seqmentasiyaların Yaradılması
- Google Ads, Google Search Console və Digər Kanallar Üzrə Xüsusi Hesabatlar
Google Looker Studio:
- Google Looker Studio (Data Studio) Nədir? Necə İstifadə Olunur?
- Template-lərin İstifadəsi, Tənzimlənməsi və Xüsusi Template-lər
- Digər Analitik Alətlərin Google Looker Studio-ya İnteqrasiyası və Xüsusi Hesabatlar
Bonus:
- Google-dan Əlavə Digər Veb Analitika Alətlərinin Qurulması, İşləmə Prinsipləri və Üstünlükləri
8. E-mail Marketinq
Bu modul e-mail marketinq üçün müştəri məlumatlarının necə idarə olunmasını, seqmentləşdirməni, test edilməsini və geri dönüş dərəcəsinin maksimum səviyyəyə gətirilməsini əhatə edir. E-mail’lərin dizayn olunması, kampaniyaların test edilməsi və optimizasiyası, e-mail marketinq alətləri və strategiyanın qurulması, avtomatlaşdırılma izah olunur.
Əhatə Olunan Mövzular:
- E-Mail Marketinq Nədir? Üstünlükləri Nələrdir?
- Auditoriyaların Yaradılması
- Qrupların, Seqmentlərin və Təq-lərin Yaradılması
- Mailchimp Kampaniyalarının Yaradılması, Optimizasiyası
- E-Mail Abunə Listinin İnkişaf Etdirilməsi
- Kampaniyalar, Auditoriyalar Arasında A/B Testlərin Aparılması
- Düzgün E-Mail Başlıqlarının və Kontentlərinin Yazılması
- E-Maillərin Spama Düşməsinin Qarşısının Alınması
- E-Maillərin Açılma və Tıklama Dərəcəsinin Yüksəldilməsi
- E-Mail Marketinq Kampaniya Hesabatlarının Hazırlanması
- Süni İntellekt ilə Kampaniyalar Üçün Kontentlərin Hazırlanması
Rəqəmsal Marketinq Kursundan Nə Əldə Edəcəksiniz?
Digital marketing təlimini bitirdikdə rəqəmsal marketinq sferasında digərlərindən daha yüksək potensiala malik olacaqsınız. Sadəcə digital marketinq alətlərini deyil, vaxt və layihələrin idarəolunmasını, strateji düşünmə, problem – həll yönümlü yanaşma bacarıqlarınızı da inkişaf etdirəcəksiniz.
Digital Marketinq təlim kursu hazırki dövrün tələblərinə uyğun olaraq hazırlanıb və mütəxəssisə lazım ola biləcək əlavələr daxil edilib.
Hər modul üzrə müxtəlif sektorlardakı şirkətlərin rəqəmsal marketinq fəaliyyətləri nəzərdən keçirilir və nəzəriyyənin praktiki tətbiqi təmin olunur.
Hər modul üzrə real keyslər üzrə ev tapşırıqları və sınaq imtahanları ilə hər bir tələbə öyrəndiklərini tam şəkildə tətbiq edəcək.
Hər bir modul üzrə hazırlanmış tədris materialları (kitablar, e-vəsaitlər) və bütün dərslərin videoları onlayn formada tələbələrə göndərilir.
Hər təlim kursu üzrə WhatsApp qrupu yaradılır ki, tələbələr öz suallarını bölüşərək bir-birilərindən və təlimçidən yardım ala bilsin.
Tələbələr rəqəmsal marketinq kursunu bitirdikdə müəyyən olunmuş dərəcələr üzrə bitirmə sertifikatı və individual tövsiyə məktubu əldə edəcəklər.
Digital Marketing Təliminin Detalları
📅 Tədris Müddəti | 48 Saat – 3 Ay |
👨🏫 Tədris Növü | Əyani və ya Onlayn |
🌍 Tədris Dili | Azərbaycan və İngilis |
📊 Tədris Qrafiki | Həftədə 2 gün – 2 Saat |
🆙 Səviyyə | Başlanğıc – Peşəkar |
Rəqəmsal Marketinq Təlimə Qeydiyyat
Rəqəmsal marketinq təliminə vaxt itirmədən qeydiyyatdan keçin və digital dünyanın qapılarını açın!
Tez-Tez Verilən Suallar
Kursa Qoşulmaq Üçün Təcrübəyə Ehtiyac Varmı?
Tədris olunan bütün modullar başlanğıc səviyyədən başlayaraq nəzəri və praktiki şəkildə tədris olunur. Buna görə də bu sahədə hər-hansı təcrübəyə ehtiyac yaranmır.
Kurs Neçə Ay Davam Edir?
Kursun 24 dərs günü müddətində tamamlanması nəzərdə tutulur. Həftə ərzində 2 dəfə tədris müddətinin olmasını nəzərə alaraq 3 aylıq müddət ərzində kurs yekunlaşır.
Kurs Əyanidir Yoxsa Onlayn?
Kurs həm əyani, həm də Google Meet vasitəsilə onlayn olaraq paralel şəkildə tədris olunur.
Kursu Bitirdikdə Sonra Sertifikat Verilir?
Bəli, tədris müddətində əldə etdiyiniz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün sertifikat təqdim olunacaq. Əlavə olaraq beynəlxalq nüfuzlu sertifikatların əldə edilməsi üçün dəstək göstərilir.
Dərslər Video Qeydiyyata Alınır?
Hər bir dərs video qeydiyyata alınaraq tələbələrin virtual sinifinə əlavə olunur. Bununla da tələbələr asudə vaxtlarında da dərslər ilə məşğul ola bilərlər.
Kursu Bitirdikdən Sonra Hansı Karyera İmkanları Var?
Tələbələr məzun olduqdan sonra Rəqəmsal Marketinq Mütəxəssisi, SEO Mütəxəssisi, Sosial Media Meneceri, Kontent Mütəxəssis kimi vəzifələrdə junior səviyyədən işə başlaya və ya öyrəndiklərini öz bizneslərinə tətbiq edə bilərlər.
Tədrisi Bitirdikdən Sonra Kurs Materiallarına Baxmaq Mümkün Olacaq?
Bəli, dərslərin video qeydiyyatları tələbələrin virtual siniflərində olacaq və tədris bitdikdən sonra da tələbələr biliklərini təkmilləşdirmələri üçün bu materiallardan istifadə edə biləcəklər.
Təlimdə Praktiki Təcrübə Var?
Bəli, tələbələr kursda öyrəndiklərini tətbiq etmək üçün praktiki olaraq ev tapşırıqları hazırlayırlar. Həmçinin nəzəri biliklərin yoxlanılması üçün hər modulun sonunda imtahanlar təşkil olunur.
Tələbələrə Mentor Dəstəyi Var?
Bəli, dərsdən sonrakı zamanlarda tələbələrin bütün suallarının cavablanması, tapşırıqlarda yarana biləcək çətinliklər zamanı, həmçinin modullar üzrə imtahanlarda hər zaman mentor dəstəyi mövcuddur.