Haqqımda

Mən, Elvin Paşa. İş həyatımı, təcrübəli olduğum sahələr və hazırki nöqtəyə necə gəldiyimi bölüşdüyüm “Haqqımda” səhifəsinə xoş gəldiniz.

Elvin Paşa Kimdir - Haqqında

Tələbə olduğum müddətdə ölkədə rəqəmsal marketinq və sosial media sahəsi yeni inkişaf etməyə başlayırdı. Rəqəmsal marketinq şirkətlərin diqqətini cəlb etməyə başlamışdı. Kiçik bir araşdırma apardım və bu sahəyə həvəsim olduğunu anladım. Beləliklə, karyeramı bu yöndə planlamağa qərar verdim.

Universiteti bitirdikdən sonra təhsil sahəsində fəaliyyət göstərən şirkətdə Sosial Media Meneceri olaraq ilk işimə başladım. Davamlı olaraq sürətli inkişaf edən Rəqəmsal Marketinq sahəsinə aid biliklərimi təkmilləşdirməyə davam edirdim. Wordpress, SEO, SEM, Analitika Alətləri üzrə biliklərimi təkmilləşdirməklə bərabər, kontent hazırlamaq üçün müvafiq proqramları öyrənməyə başladım.

Müxtəlif sektorlarda (Turizm, Təchizat, Sığorta və s.) çalışdıqdan sonra 2021-ci ildə EFOR Strategy Agency-də Rəqəmsal Marketinq Meneceri olaraq fəaliyyətimə başladım. Bu sayədə daha böyük şirkətlərin biznes məqsədlərinə çatmaları üçün rəqəmsal marketinqin gücünü tam şəkildə istifadə edə bildim.

2023-ci ilin Avqust ayından etibarən isə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC’də Aparıcı Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsində iş fəaliyyətini davam etdirirəm.

2022-ci ilə Beynəlxalq Rəqəmsal Marketinq İnstitutunun Professional Dərəcəli Proqramını Biritib, İmtahandan 82% Nəticə Toplayaraq Rəsmi Olaraq Certified Digital Marketing Professional Statusunu Qazandım.

İş fəaliyyətimdən əlavə olaraq bu sahədə özünü inkişaf etdirmək istəyənlər üçün bloq yazıları yazmağa, YouTube üzərindən qısa dərsliklər hazırlamağa və onlayn/oflayn təlimlər təşkil etmək qərarına gəldim. Təlimlər əsasən: Rəqəmsal Marketinq, Sosial Media Marketinqi, Wordpress və SEO olmaqla bir çox müxtəlif sahəni əhatə edir.

Həmçinin, frilans və proyekt yönümlü olaraq Rəqəmsal Maketinq, SEO, Sosial Media Marketinqi, Google Reklamları üzrə əməkdaşlıq edirəm.

Biznesinizi Birlikdə İnkişaf Etdirək

Şirkətdaxili və agentlik təcrübəmlə peşəkar rəqəmsal marketinq xidməti almağınızı təmin etməklə, biznes hədəflərinizə çatmağı rəqəmsal marketinq strategiyası ilə nail olacayıq. Biznesinizin ehtiyaclarına uyğun unikal və fərdiləşdirilmiş həllər tapmaq üçün brendinizi dərindən incələyirəm. Əməkdaşlıq etdiyim hər şirkətə öz brendimə göstərdiyim diqqət ilə yanaşıram. “Ya keyfiyyətli iş görmək lazımdır, ya da o işi görmək lazımdır” prinsipinə sadiqəm.

Düzgün Yanaşma

İnternetdə sonsuz sayda məlumat olmasına baxmayaraq, tapdığımız hər tövsiyəni və təlimatı biznesinizə tətbiq etməli deyilsiniz. Dəqiq hazırlanmış strategiya ilə nəzərdə tutulmuş müddət ərzində biznes hədəflərinizə çatmağa nail olacağıq.

Varsa da, Yoxsa da Rəqəmsal Marketinq

Biznesiniz üçün çoxkanallı strategiyalar tətbiq etməkdə hər zaman qərarlı olacam. Çünki, rəqəmsal marketinq kanalları sizə onlayn həllər gətirəcək. Biznesinizə mane olan əsas problemləri taparaq və daha yüksək ROI əldə etmək üçün rəqəmsal marketinqin gücündən istifadə edəcəyik.

Təcrübə

Yəqin ki, agentliklərlə görüş zamanı və ya başqa yerlərdə standart yanaşmaların şahidi olmusunuz. “İzləyici sayı”, “Gələn mesaj sayı”, “Aylıq Post sayı”, “Aylıq reklam büdcəsi” kimi mənasız metriklərin adlarını və ya ifadələri eşitmisiniz. Bütün bunların üstündən xətt çəkib, düzgün hədəflərə fokuslanaraq, biznesinizi rəqəmsal sferada yalnız birlikdə, bu sahənin yüksək təcrübəsi ilə inkişaf etdirəcəyik.

Əlaqə

Rəqəmsal Marketinq xidmətləri və ya təlimlər ilə bağlı məlumat almaq, həmçinin birlikdə əməkdaşlıq etmək üçün +99470 253 12 74 nömrəsi / whatsapp ilə əlaqə yarada bilər və ya [email protected] e-poçt adresinə yaza bilərsiniz.


Elvin Paşa rəsmi loqosunu buradan yükləyə bilərsiniz.
Veb saytın dizaynı Ayhan Karaman‘ın bloqundan ilhamlanaraq hazırlanmışdır.

Back to top button