SEO Xidməti – Axtarış Motoru Optimizasiyası

SEO Xidməti ilə əsas məqsəd veb saytın reytinqini yüksəldərək Google, Yandex və Bing kimi axtarış motorlarında ilk sıralara çıxarmaq və orqanik trafik sayını artırmaqdır. SEO Xidmətləri bir neçə hissədən ibarət olur ki, əsasında axtarış motorlarının kriteriyalarına uyğun veb saytın optimallaşdırılmasıdır.

SEO Xidməti - Axtarış Motoru Optimizasiyası

SEO xidmətinin tətbiqi ilə veb saytda istifadəçi təcrübəsi və veb sayt səhifələrinin məzmunu axtarış motorlarının kriteriyalarına uyğun optimallaşır.

SEO Xidməti Necə Həyata Keçirilir?

SEO Xidmətinin əsas məqsədi müvafiq açar sözlərə uyğun olaraq axtarış motorlarında daha üst sıralarda veb saytın qərarlaşmasını təmin etməkdir. Görülən SEO işləri veb saytı tam şəkildə axtarış motorlarının kriteriyalarına uyğun hala gətirib, istifadəçilərin daha asan və sürətli şəkildə məlumat əldə edə biləcəkləri səhifələr yaratmağı planlayır. Beləliklə, SEO xidməti ilə veb saytdakı məlumatlar daha asan başa düşülür, səhifələr arasında asan şəkildə keçidlər etmək olur və istifadəçilər axtardıqlarını daha asan şəkildə tapa bilirlər.

SEO Xidmətlərinə Nələr Daxildir?

SEO Xidməti zamanı əsasən işlər Sayt daxili və Sayt xarici olmaqla həyata keçirilir. Qısa şəkildə desək: sayt daxili SEO işlərinə veb saytın dizaynı (UI/UX), kontent hissəsi və texniki optimizasiyalar aiddir. Sayt xarici SEO işlərinə isə çox sayda backlink əldə etmək aiddir. SEO Prosesinə başlamadan öncə veb sayt müxtəlif alətlərlə detallı şəkildə analiz edilir və əsas kriteriyalara görə raport hazırlanaraq analiz edilir. Axtarış motorlarında müştərinin istədiyi açar sözlərə uyğun olaraq sayt daxili və sayt xarici hansı işlər görüləcəksə, planlanır və tətbiqinə start verilir. Bu zaman görülən SEO xidmətləri 3 yerə ayrılır:

Kontent Optimizasiyası

Kontent optimizasiyası işləri ilə istifadəçinin axtarışına və mövzu başlığına uyğun məzmun hazırlanması əhatə olunur ki, daha çox qaşılıqlı əlaqə dərəcəsini (ing: engagement rate) artırmaq mümkün olsun. SEO proseslərində məzmunun keyfiyyətli və unikal olması əsas amillərdən biridir. Bu əsnada müxtəlif alətlərdən istifadə olunur ki: veb sayt məzmunlarına uyğun mövzu təklifləri, açar söz təklifləri, məzmun analizi, lokal axtarış analizləri, axtarış həcmləri və s. əldə edilərək düzgün şəkildə məzmun optimizasiyası həyata keçirilir.

Texniki Optimizasiya

Texniki SEO ilə veb saytın link strukturu, axtarış motorları tərəfindən asan başa düşülməsi, təhlükəsiz olması, sürətli yüklənməsi, sayt xəritəsinin hazırlanması və mobil uyumlu olması üçün işər həyata keçirilir. Müxtəlif alətlərlə veb sayt ilkin olaraq analiz edilir və nəticələrə uyğun olaraq yol xəritəsi hazırlanıb texniki seo işlərinə start verilir.

Backlink optimizasiyası

Sayt xarici SEO işləri ilə əsas məqsəd daha çox və keyfiyyətli veb saytlardan referenslar almaqdır. Backlink optimizasiyası zamanı domen reytinqi yüksək və veb saytla əlaqəli mövzular/veb saytlardan referanslara üstünlük verilir. Bununla da veb səhifələriniz rəqabət yüksək olan açar sözlər üzrə axtarış nəticələrində ilk səhifələrdə yüksək pillələrdə qərarlaşacaq.

SEO Xidməti Hansı Mərhələlərdən İbarətdir?

Təklif etdiyimiz SEO Xidməti üzrə hər bir proyektə individual olaraq yanaşılır. SEO Analizinə başlamadan öncə şirkətin istəyi və ehtiyacları nəzərə alınır. Bu məlumatlar əsasında SEO strategiyası dərin analizlər edərək, dəqiq datalara əsaslanaraq hazırlanır və tətbiq edilir. SEO Xidmətinə aşağıdakı proseslər daxildir:

1. Açar Söz Analizi

Açar söz analizi hədəf kütlə davranışlarına uyğun və axtarış həcminə əsasən araşdırılır. Açar sözlər təyin olunduqdan sonra sayt daxili kontentlər optimizasiya edilir və yeni kontentlər əlavə olunur.

2. Rəqib Analizi

Rəqiblərin veb saytları analiz olunaraq orqanik olaraq əldə etdikləri trafikə uyğun açar sözlər təyin olunur. Bunun əsasında rəqabət aparmaq üçün müvafiq işlər görülür.

3. Məzmun Optimizasiyası

Təyin olunmuş açar sözlərə uyğun istifadəçi yönümlü məzmunlar hazırlanır və mövcud veb sayt səhifələri uyğun şəkildə optimizasiya edilir.

4. İstifadəçi Təcrübəsinin Yaxşılaşdırılması

Analitika alətləri ilə veb sayt daxilində istifadəçilərin davranışları analiz edilir və veb səhifələr optimizasiya olunur.

5. Backlink-lərin Əldə Edilməsi

Rəqabət çox olan və bəzi qısa açar sözlər üzrə ilkin pillələrdə qərarlaşmaq məqsədi ilə uyğun veb saytlardan backlink-lər əldə edilir.

6. Link Strukturunun Qurulması

Axtarış motorlarının veb sayt səhifələrini asan incələməsi üçün daxili linklər əlaqələndirilməsi edilir və link strukturu yaradılır.

SEO Xidmətindən Elə İndi Yararlan!

Veb Saytınızı Birlikdə İlkin Pillələrə Qaldıraq

Leave this field blank
Back to top button