SMM Kursu - Sosial Media Marketinq Təlimi
360° SMM Kursu ilə peşəkar bacarıqlar qazan və mütəxəssis kimi fəaliyyətə başla!
“ILKTELEBE20” kodu ilə 20$ Endirim əldə edin. Kupon Limitli Saydadır!
Təlim Üstünlükləri
Praktiki Tədris
Real SMM nümunələri və tapşırıqlar üzərində işləyərək öyrəndiklərini tətbiq edəcək və praktik bacarıqlarını inkişaf etdirəcəksən
0-dan Peşəkarlığa
Heç bir ilkin bilik tələb olunmur. Kursu sıfırdan başlayaraq tamamlayacaq və mütəxəssis kimi işləmək üçün vacib bilik və bacarıqlara sahib olacaqsan
Rəsmi Sertifikat
Kursu uğurla tamamladıqda əldə etdiyin Udemy sertifikatı ilə SMM üzrə bilik və bacarıqlarını CV və peşəkar profilində nümayiş etdirə biləcəksən
Məzunların Çalışmış Olduğu Şirkətlər
Tədris Proqramı
20 Modul və 130+ Dərs ilə geniş və düzgün strukturlaşdırılmış SMM Kurs proqramı ilə tanış olun!
1. Giriş
Sosial Media Marketinqi Nədir, Məqsədləri və Üstünlükləri
2. SMM Menecer
SMM Menecer Kimdir və Hansı Öhdəlikləri Var?
3. Alıcı Səyahəti (Buyer's Journey)
Sosial Mediada Alıcı Səyahəti
4. Bazar Araşdırması
- Sosial Media üçün Bazar Araşdırması
- Alıcı Personası (Buyer Persona)
- Uyğun Sosial Media Kanallarının Seçilməsi
5. Biznes Məqsədləri
- S.M.A.R.T Məqsədlər
- Spesifik Məqsəd və Nümunələr
- Ölçülə Bilən Məqsəd və Nümunələr
- Əldə Olun Bilən Məqsəd və Nümunələr
- Əlaqəli (Uyğun) Məqsəd və Nümunələr
- Zamana Bağlı Məqsəd və Nümunələr
- Real Nümunələr ilə S.M.A.R.T Məqsədlər
6. Kontent Marketinq
- Kontent Marketinq Nədir və Üstünlükləri
- Sosial Mediada Kontent Məqsədləri
- Kontent İdeyalarının Tapılması
- Kontent Kurasiyası və Təkrar istifadə
- Sosial Mediada Kontent Növləri
- Vizual Kontentlər
- Video Kontentlər
- Media və Növləri
- Sosial Mediada Kontent Kateqoriyaları
- Kontent Plan Hazırlanması
- Dizayn üçün Kontent Brief’in Hazırlanması
7. Mətn Yazarlığı (Copywriting)
- Mətn Yazarlığı Nədir və Üstünlükləri
- Başlıq Mətnləri
- Açıqlama Mətnləri
- AIDA Formulu ilə Açıqlama Mətninin Hazırlanması
- PAS Formulu ilə Açıqlama Mətninin Hazırlanması
- FAB Formulu ilə Açıqlama Mətninin Hazırlanması
- BAB Formulu ilə Açıqlama Mətninin Hazırlanması
- Güclü Sözlər
- Çağırış Mətni (Call to Action – CTA)
- Həştəq (Hashtag)
8. Sosial Media Səhifələri
- Biznes üçün Sosial Media Varlığı Yaratmaq
- Facebook Səhifəsinin Yaradılması
- Facebook Səhifəsinə Əsas Məlumatların Əlavə Edilməsi
- Facebook Səhifə Adı və Tipinin Dəyişdirilməsi
- Facebook Səhifəsinə Adminlərin Əlavə Olunması
- Facebook Səhifəsinin İdarəetmə Tarixçəsi
- Facebook Səhifəsinin Digər Kanallarla Əlaqələndirilməsi
- Mobil Cihazlarda Instagram Səhifəsinin Əlaqələndirilməsi
9. Meta Business Portfolio
- Meta Business Portfolio və Biznes Aktivləri
- Meta Business Suite və
- Meta Business Manager Anlayışı
- Meta Business Portfolio Yaratmaq
- Meta Business Suite Paneli ilə Tanışlıq
- Meta Business Manager Paneli ilə Tanışlıq
- Biznes Aktivlərinin Portfolioya Əlavə Edilməsi, Tənzimlənməsi
10. Meta Business Suite
- Post Paylaşılması və Planlaşdırılması
- Mesajlar və Şərhlərin İdarə Olunması
- Avtomatik Cavablandırma
- Metriklər və Sosial Media Səhifələrinin Statistikaları
- Səhifə Hesabatlarının Hazırlanması (Google Sheet və AI Alətləri ilə)
11. İstifadəçi Rolları və İcazələr
- Admin, Əməkdaş və Partnyor İcazələri
- Agentlik və Frilans Əməkdaşlıq üçün Düzgün Struktur
12. Hesab və Business Portfolio Təhlükəsizliyi
- Giriş Təhlükəsizliyi, 2 Faktorlu Təsdiq və Ehtiyat Admin
- Hesab Bloklanmalarının Qarşısını Almaq Yolla
13. Meta Ads Manager
- Ads Manager və Reklam Hesabının Yaradılması
- Reklam Hesabına Ödəniş Üsullarının Əlavə Edilməsi
- Instagram Səhifəsinə Reklam Hesabının Bağlanması
- Reklam Hesabına İcazələrin Verilməsi
- Meta Ads Manager ilə Ümumi Tanışlıq
- Reklam Məqsədləri
- Reklam Kampaniyasının Səviyyələri və Strukturu
- Nümunə Reklamın Yaradılması
- Reklam Büdcəsinin Bölüşdürülməsi Prinsipləri
- Reklamlarda Bid (Təklifvermə) Strategiyaları
- Günlük və Ömürlük Reklam Büdcəsi
- Reklamın Müddətinin Planlanması
- Auditoriya Meneceri və Auditoriya Növləri
- Yadda Saxlanılmış Auditoriya (Saved Audience)
- Xüsusi Auditoriya (Custom Audience)
- Oxşar Auditoriya (Lookalike Audience)
- Reklam Göstərim Yerləri (Placements)
- Dark Post və Mövcud Post Reklam Seçimləri
- Reklam Kreativləri: Tək Vizual, Video və Karusel
- Reklamda Əsas Mətn, Başlıq Yazısı və Açıqlama Yazısı
- Advantage+ Creative Təkmilləşdirmələri
- Yadda Saxlama, Yayımlama və Nəzərdən Keçirilmə Prosesləri
14. Sosial Media Reklamları
- Awareness Kampaniyası (Reach)
- Awareness Kampaniyası (Brand Awareness)
- Awareness Kampaniyası (Video Views)
- Traffic Kampaniyası (Link Click)
- Traffic Kampaniyası (Landing Page Views)
- Traffic Kampaniyası (Profile Visits)
- Engagement Kampaniyası (Post Engagement)
- Engagement Kampaniyası (Message)
- Engagement Kampaniyası (Page Like)
- Engagement Kampaniyası (Calls)
- Leads (Instant Forms) Kampaniyası
- Lead və Call Reklamlarının Məlumatlarını Toplamaq
- Mövcud Reklam Daxilində Yeni Reklam Setləri və Reklamlar Yaratmaq
- Mövcud Reklamı, Reklam Setlərini və Reklamları Çoxaltmaq
- Mövcud Reklamların, Reklam Setlərinin Büdcəsini və Bitmə Tarixini Dəyişmək
- Reklamların Müvafiq Səviyyələrdə Söndürülməsi
- Mobil Cihazlardan Reklamlar və Boost Post Seçimləri
- Mobil Tətbiqdə Instagrama Reklam Hesabının Bağlanması
- Mobil Cihazda Boost Post ilə Reklam Yerləşdirmək
- Business Suite-də Boost Post ilə Reklam Yerləşdirmək
15. Meta Pixel
- Meta Pixel və Funksiyaları
- Domen Təsdiqi
- Meta Pixel’in Veb Sayta Quraşdırılması
- Meta Pixel’in Test Edilməsi
- Adminlərə Pixel Varlığının Əlavə Edilməsi
- Event (Vebsaytda İstifadəçi Hərəkətləri), Funksiyaları və Növləri
- Standart Eventlərin Qurulması
- Xüsusi Eventlərin Qurulması
- Pixel ilə Sales (Conversion) Reklam Kampaniyaları
- Öyrənmə Mərhələsi (Learning Phase)
16. Reklam Kampaniyalarının Auditi və Hesabatlıq
- Meta Reklamlarında Metriklər və Hesablanma Qaydaları
- Seqmentasiyalara görə Analiz (Breakdownlar)
- Pis Performansın Səbəblərini Tapmaq
- Reklam Hesabatının Hazırlanması
- Reklam Ödənişlərinin Hesabatı
17. Reklamlar üçün Büdcə Planlanması
- Büdcə Planlanması, Test Büdcəsi və Əsas Büdcə
- Awareness Kampaniyası üçün Büdcə Planlanması
- Page Like Kampaniyası üçün Büdcə Planlanması
- Video İzləmə Kampaniyası üçün Büdcə Planlanması
- Mesaj Kampaniyası üçün Büdcə Planlanması
- Büdcəni Nə Vaxt və Nə Qədər Artırmaq Olar?
- Ads Manager-də Avtomatik Qaydaların Tətbiqi
18. Ekspert Səviyyə Strategiyalar
- Funnel Strategiyası (TOFU, MOFU, BOFU)
- TOFU Mərhələsi üçün Hədəf Auditoriya və Reklam Strategiyası
- MOFU Mərhələsi üçün Hədəf Auditoriya və Reklam Strategiyası
- BOFU Mərhələsi üçün Hədəf Auditoriya və Reklam Strategiyası
- Buyer Persona Əsasında Hədəf Auditoriyanın Qurulması
- Instagram İzləyici Artımı üçün Auditoriya və Reklam Strategiyası
- Hədəf Kütlələrin Oxşarlıq Dərəcəsinin Öyrənilməsi
19. Reklamlarda Problemlər və Həll Yolları
- Reklam Rədd Edildikdə Nə Etməli?
- Reklam Yorğunluğu (Ad Fatigue) və Həll Yolları
20. Reklam Hesabı və Portfolioda Problemlər, Həll Yolları
- Reklam Hesabı və ya Business Portfolio Bağlanarsa Nə Etməli?
- Səhifə Keyfiyyəti və Hesab Keyfiyyəti
- Billing (Ödəniş) Problemləri və Həll Üsulları
Təlimçi: Elvin Paşa
8 ildən çoxdur ki, Rəqəmsal Marketinq sahəsində fəaliyyət göstərir və beynəlxalq dərəcəli sertifikata sahibdir. Rəsmi Google Partnyorudur.
Karyerasına ilk vaxtlarda Sosial Media sahəsində başlamış, daha sonra Rəqəmsal Marketinq sahəsində iş fəaliyyətini davam etdirmişdir.
40-dan çox yerli və qlobal markanın rəqəmsal kanallarda fəaliyyətini uğurla həyata keçirmişdir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində iş fəaliyyətini Qrup Rəhbəri olaraq davam etdirir.
Dərs Sayı
20 Modul, 130+ Dərs
Tədris Növü
İstənilən Yerdən Qoşul
Tədris Dili
Azərbaycan və İngilis
Səviyyə
Başlanğıc - Peşəkar
Supergücünü Ortaya Çıxar!
“ILKTELEBE20” kodu ilə 20$ Endirim əldə edin. Kupon Limitli Saydadır!
Niyə Bu Kursu Seçməlisiniz?

Müəllim Dəstəyi
Kursun Sual-Cavab bölməsindən 24/7 suallarınızı verərək müəllim dəstəyi ala bilirsiniz

Yüksək Keyfiyyətli Dərslər
1080p yüksək keyfiyyətlə çəkilmiş tədris videolarına və materiallara çıxış əldə edəcəksiniz

Öz Sürətinlə Öyrən
Bu gün qeydiyyatdan keç, istədiyin zaman öyrən. Fasilə ver, davam et, öz tempinlə öyrən

Xüsusi Resurslar
Kurs daxilində sizə özəl hazırlanmış resurslar ilə biliklərini artır və işlərini asanlaşdır

Rəsmi Sertifikat
Kursu bitirdikdə beynəlxalq olaraq tanınan rəsmi Udemy sertifikatına sahib olacaqsan

Ömür Boyu Yeniliklər
Tədris olunan hər hansı mənbə, alət yeniləndikdə, kurs da buna uyğun yenilənir
Ən Çox Soruşulan Suallar
Kursa qoşulmaq üçün sosial media və ya SMM təcrübəsi tələb olunurmu?
Xeyr. Kurs SMM sahəsinə yeni başlayanlar üçün sıfırdan hazırlanıb və mövzular həm nəzəri, həm də praktiki şəkildə izah olunur. Əvvəlcədən sosial media və ya marketinq təcrübəsinə ehtiyac yoxdur. Kurs yeni məzunlar, karyerasını dəyişmək istəyənlər, sahibkarlar və SMM üzrə biliklərini inkişaf etdirmək istəyənlər üçün uyğundur.
Kurs nə qədər davam edir?
Kurs 16 saatlıq 130+ individual dərsdən ibarətdir. Kursun tamamlanma müddəti sizin öyrənmə tempinizdən və praktikanızdan asılıdır. Orta hesabla, həftədə bir neçə saat ayırmaqla kursu 1-2 ay ərzində tamamlamaq mümkündür.
Kurs hansı formatda keçirilir?
Kurs tamamilə onlayn video dərslər formatındadır və Udemy platformasında yerləşdirilib. Kursu əldə etdikdən sonra kompüter, planşet və ya mobil cihaz vasitəsilə istədiyiniz yerdən məşğul ola bilərsiniz.
Kurs aktual məlumatları əhatə edirmi?
Bəli. SMM sahəsində istifadə olunan platforma, alət və resurslarda mühüm yeniliklər olduqda kurs məzmunu da müvafiq şəkildə yenilənir. Beləliklə, kursu əldə etdikdən sonra aktual məlumatlara çıxışınızı qoruyursunuz.
Kursu bitirdikdən sonra sertifikat verilirmi?
Bəli. Kursu tamamladıqdan sonra Udemy tərəfindən təqdim edilən rəsmi sertifikatı əldə edəcəksiniz. Sertifikatı CV və LinkedIn profilinizdə paylaşaraq SMM üzrə keçdiyiniz təlimi göstərə bilərsiniz.
Kursda praktiki tədris varmı?
Bəli. Mövzuların daha yaxşı mənimsənilməsi üçün praktiki nümunələr və real SMM iş prosesinə uyğun tətbiqlər üzərində işlənilir. Məqsəd öyrəndiyiniz bilikləri real layihələrdə tətbiq edə biləcəyiniz səviyyədə formalaşdırmaqdır.
Kurs müddətində tələbələrə dəstək göstərilirmi?
Bəli. Tələbələr Udemy-də kursun “Sual və Cavablar (Q&A)” bölməsindən suallarını ünvanlaya bilərlər. Suallar cavablandırılır və dərslərin mənimsənilməsi prosesində istiqamət verilir.
Kursu bitirdikdən sonra hansı karyera imkanları yarana bilər?
SMM üzrə bilik və praktiki bacarıqlarınızı inkişaf etdirdikdən sonra müxtəlif istiqamətlərdə fəaliyyət göstərə bilərsiniz:
- Korporativ şirkətlərdə: SMM Mütəxəssis, Sosial Media Meneceri, Kontent üzrə Mütəxəssis, Mətn Yazarı və digər
- Frilans fəaliyyət: Müxtəlif biznes və brendlər üçün sosial media idarəetməsi və SMM xidmətləri göstərə bilərsiniz
- Fərdi biznes: Öz biznesinizin və ya şəxsi brendinizin sosial media hesablarını peşəkar şəkildə idarə edə bilərsiniz
- Agentliklərdə: Müxtəlif müştərilərin sosial media layihələrini idarə edə bilərsiniz
Kurs sizə bu istiqamətlər üçün lazım olan əsas SMM biliklərini və praktiki yanaşmanı formalaşdırmağa kömək edir
Kursu əldə etdikdən sonra nə qədər müddət ərzində istifadə edə bilərəm?
Kursu Udemy üzərindən əldə etdikdən sonra ona ömürboyu giriş imkanınız olur. Bu o deməkdir ki, istənilən vaxt dərslərə yenidən baxa və biliklərinizi təkrarlaya bilərsiniz.
Kursda hansı mövzular öyrədilir?
Bu Udemy-də Azərbaycan dilindəki ən geniş və detallı strukturlaşdırılmış kursdur. İlk öncə bazar araşdırması edərək potensial auditoriyanızın tapılması, onları real müştəriyə çevirmək üçün cəlbedici mətn və kontentlərin hazırlanması, daha çox kütləyə çatmaq üçün sosial media reklamlarını idarə etməyi, reklamlar üçün düzgün büdcə bölüşdürməsi etməyi, müvafiq hesabatların hazırlanması və daha çoxunu əhatə edir. Dərslər mərhələli şəkildə hazırlandığı üçün mövzuları ardıcıllıqla öyrənmək mümkündür.
Kursu mobil telefondan izləyə bilərəm?
Bəli. Kurs Udemy platformasında yerləşdiyi üçün uyğun cihazlardan, o cümlədən mobil telefon və planşetdən də dərsləri izləyə bilərsiniz. Beləliklə, öyrənmə prosesini öz gündəlik cədvəlinizə uyğunlaşdıra bilərsiniz.
Kursu öz tempimdə keçə bilərəm?
Bəli. Bu kursda müəyyən edilmiş dərs cədvəlinə bağlı deyilsiniz. Dərsləri sizə uyğun vaxtda izləyə, ehtiyac olduqda videoları dayandıra, geri qaytara və mövzulara yenidən baxa bilərsiniz.
Kurs yalnız SMM mütəxəssisləri üçün nəzərdə tutulub?
Xeyr. Kurs SMM sahəsində işləmək istəyən şəxslərlə yanaşı, öz biznesinin sosial media hesablarını idarə edən sahibkarlar, şəxsi brendini inkişaf etdirənlər, marketinq sahəsində çalışanlar və rəqəmsal marketinq biliklərini artırmaq istəyənlər üçün də faydalıdır.
Dərsləri bir neçə dəfə izləyə bilərəmmi?
Bəli. Kursa ömürboyu giriş imkanınız olduğu üçün dərslərə istədiyiniz zaman geri qayıda və ehtiyac duyduğunuz mövzuları təkrar izləyə bilərsiniz. Bu xüsusilə praktiki mövzuların mənimsənilməsi zamanı faydalıdır.
Kursu tamamlamaq üçün müəyyən edilmiş son tarix varmı?
Kurs öz tempinizdə öyrənmə prinsipi ilə hazırlanıb. İstədiyiniz vaxt başlaya və öz sürətinizə uyğun şəkildə davam edə bilərsiniz.
Kursu əldə etdikdən sonra dərslərə nə vaxt başlaya bilərəm?
Kursu əldə etdikdən sonra dərslərə istədiyiniz zaman başlaya bilərsiniz. Sizə uyğun vaxtda ilk dərsdən başlayaraq kursu mərhələli şəkildə tamamlaya bilərsiniz.
Kurs kimlər üçün xüsusilə uyğundur?
Kurs əsasən SMM sahəsinə yeni başlayanlar, sosial media üzrə biliklərini sistemləşdirmək istəyənlər, frilans fəaliyyətə başlamağı planlaşdıranlar, sahibkarlar, şəxsi brendini inkişaf etdirmək istəyənlər və rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlər üçün uyğundur.
Karyera İmkanları
Korporativ Şirkət
Əldə etdiyin bacarıqlarla korporativ şirkətlərdə çalışaraq peşəkar karyeranı artan gəlirli və sistemli şəkildə qura bilərsən
Frilans Fəaliyyət
Qazandığın biliklərlə müstəqil işləyərək yerli və beynəlxalq müştərilərlə əməkdaşlıq edə, sərbəst gəlir imkanları yarada bilərsən
Fərdi Biznes
Öz xidmətlərini formalaşdıraraq bazarda müstəqil fəaliyyət göstərə, şəxsi brendini quraraq davamlı gəlir modeli yarada bilərsən
SMM Kursu Nə Qazandırır?
Peşəkar SMM Kursu sizə sosial media hesablarını sadəcə idarə etməyi deyil, biznes məqsədlərinə uyğun Sosial Media Marketinq strategiyası qurmağı öyrədir.
Təlim müddətində auditoriyanın müəyyənləşdirilməsi, kontent planının hazırlanması, reklam kampaniyalarının idarə olunması və nəticələrin analiz edilməsi kimi praktiki bacarıqlar formalaşdırılır.
Praktiki SMM bacarıqları
SMM Təlimi zamanı real iş prosesində istifadə olunan yanaşmaları öyrənərək:
- Sosial media strategiyası hazırlaya;
- Hədəf auditoriyanı və buyer persona-nı müəyyənləşdirə;
- Kontent planı və sosial media məzmunu hazırlaya;
- SMM üçün effektiv mətnlər yaza;
- Meta reklam kampaniyaları qura və idarə edə;
- Reklam büdcəsini planlaşdıra;
- Reklam nəticələrini analiz və audit edə bilərsiniz.
Bu bacarıqlar SMM mütəxəssisi, sosial media meneceri və ya frilans SMM mütəxəssisi kimi fəaliyyət göstərmək üçün əsas baza yaradır.
SMM Kursları Kimlər Üçündür?
Bu SMM Kursu sosial media marketinqini sıfırdan öyrənmək və ya mövcud biliklərini sistemləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulub. İlkin SMM təcrübəsinin olması tələb olunmur.
SMM sahəsinə yeni başlayanlar
Sosial Media Marketinq sahəsində karyeraya başlamaq istəyirsinizsə, kursun başlanğıc mövzularından etibarən mərhələli şəkildə öyrənə bilərsiniz.
SMM mütəxəssisləri və marketoloqlar
Artıq SMM sahəsində çalışan, lakin Meta Ads, auditoriya strategiyası, Pixel, reklam analitikası və hesabatlıq üzrə biliklərini genişləndirmək istəyənlər üçün də uyğundur.
Sahibkarlar və şəxsi brend sahibləri
Öz biznesinizin və ya şəxsi brendinizin Instagram və Facebook hesablarını daha sistemli idarə etmək, reklam kampaniyaları qurmaq və potensial müştərilərə çatmaq istəyirsinizsə, SMM təlimi sizə praktik baza qazandıra bilər.
Frilanserlər və karyera dəyişmək istəyənlər
SMM xidmətləri göstərərək müxtəlif biznes və brendlərlə işləmək istəyənlər üçün kurs sosial media idarəçiliyi, kontent və reklam sahəsində lazım olan əsas bacarıqları bir arada təqdim edir.
SMM Kursunda Hansı Alətləri Öyrənəcəksən?
Müasir SMM Kursları yalnız nəzəri marketinq biliklərindən ibarət olmamalıdır. Buna görə təlimdə sosial media hesablarının idarə olunmasından reklam kampaniyalarının optimallaşdırılmasına qədər müxtəlif praktiki alətlər üzərində işlənilir.
Meta platformaları
Kurs çərçivəsində əsas diqqət Meta ekosisteminə yönəldilir:
- Meta Business Suite
- Meta Business Manager / Business Portfolio
- Meta Ads Manager
- Meta Pixel
Reklam və analitika alətləri
Meta Ads Manager vasitəsilə reklam kampaniyalarının yaradılması, auditoriyaların seçilməsi, büdcənin planlaşdırılması və reklam nəticələrinin təhlili öyrənilir.
Meta Pixel vasitəsilə isə vebsaytda istifadəçi hərəkətlərinin ölçülməsi və conversion yönümlü reklam kampaniyalarının qurulması kimi mövzular izah olunur.
Kontent və hesabatlıq
SMM iş prosesində kontent planlaşdırılması, sosial media statistikalarının izlənilməsi və hesabatların hazırlanması da vacibdir. Kursda bu proseslərin praktiki şəkildə həyata keçirilməsinə dair mövzular yer alır.
SMM Təlimini Bitirdikdən Sonra Gəlir Perspektivləri
SMM Kursunu tamamladıqdan sonra əldə etdiyiniz bilik və praktiki bacarıqları müxtəlif iş və əməkdaşlıq modellərində tətbiq edə bilərsiniz. Gəlir səviyyəsi isə təcrübə, bacarıq, portfolio, müştəri sayı, iş modeli və göstərilən xidmətlərin həcminə görə dəyişir.
SMM mütəxəssisi kimi işləmək
SMM bacarıqlarınızla şirkətlərdə SMM Mütəxəssisi, Sosial Media Meneceri və ya Kontent Mütəxəssisi kimi vəzifələrə müraciət edə bilərsiniz.
Frilans SMM fəaliyyəti
Frilans modelində müxtəlif biznes və şəxsi brendlər üçün sosial media idarəçiliyi, kontent hazırlanması və reklam xidmətləri göstərə bilərsiniz. Müştəri sayı və xidmət paketləri artdıqca gəlir imkanları da dəyişə bilər.
Agentlik və layihə əsaslı fəaliyyət
SMM agentlikləri ilə əməkdaşlıq edərək fərqli sahələrdə fəaliyyət göstərən müştərilərin sosial media layihələrində iştirak etmək mümkündür.
Öz biznesiniz və şəxsi brendiniz
SMM biliklərini yalnız xidmət göstərmək üçün deyil, öz biznesinizin sosial media kanallarını inkişaf etdirmək üçün də istifadə edə bilərsiniz.
Vacib: SMM Təlimini bitirmək müəyyən gəlir və ya iş təminatına zəmanət vermir. Nəticələr şəxsin praktiki bacarıqlarından, portfolio və təcrübəsindən, eləcə də bazardakı imkanlardan asılıdır.