SMM Kursları – Sosial Media Marketinq Kursu

SMM Kursları hər hansı məhsul və ya xidmətin sosial media marketinq kanalları ilə tanıdılmasını əhatə edir. Sosial media idarəsi, səhifə və hesabların düzgün istifadə olunması, brend idarəsinin necə koordinasiyalı şəkildə edilməsi peşəkar səviyyədə SMM Kursu ilə tədris olunur.

SMM Kursu – Sosial Media Marketinq Təlimi

Müasir dövrün güclü təsiredici qüvvəsi olan sosial media önəmli marketinq strategiyalarını həyata keçirmək üçün istifadə olunur. Bu səbəblə sosial media idarəsinin əhəmiyyəti günü gündən artır. Xüsusi olaraq təlim proqramı hazırladığım SMM Kursları ilə sosial media marketinqi sahəsində digərlərindən fərqinizi ortaya qoya biləcəksiniz.

SMM Kursları Nəyi Öyrədir?

SMM kursları sosial medianın tam olaraq necə işlədiyini öyrədir. Sosial media dünyasında biznes hesablarını düzgün strategiya ilə idarə etməyi, kontent planlanması və sosial media marketinq alətlərini peşəkar səviyyədə istifadə etməyi öyrənəcəksiniz. SMM kursunu bitirdikdə Facebook, Instagram, LinkedIn, Twitter, Pinterest və Snapchat sosial media kanallarının bütün özəlliklərini və marketinq – reklam alətlərindən istifadə etmə bacaraqlarınız olacaq.

SMM Kursu ilə Peşəkar Mütəxəssis Ol

Hərtərəfli hazırlanmış SMM Kursları ənənəvi kursdan daha üstündür. Praktiki təcrübənin peşəkarlığın açarı olduğuna inanırıq. Buna görə də SMM Kursu praktiki tapşırıqlar, real keyslər və interaktiv tapşırıqlar ilə tədris olunur.Təlim kursunda irəlilədikcə, yeni öyrəndiyiniz bilikləri tətbiq etmək, fərdiləşdirilmiş rəy almaq və strategiyalarınızı təkmilləşdirmək imkanınız olacaq. Biznesinizi irəli aparmaq üçün sosial medianın gücündən istifadə etməyə hazırsınızsa SMM Kursları sizin uğura aparan qapınız olacaq.

📅 Tədris Müddəti16 Saat – 1 Ay
👨‍🏫 Tədris NövüOnlayn və Əyani
🌍 Tədris DiliAzərbaycan və İngilis
📊 Tədris QrafikiHəftədə 2 gün – 2 Saat
🆙 SəviyyəBaşlanğıc – Professional

SMM Kursu Kimlər Üçündür?

Hər-hansı biznesi və ya şəxsi brendi sosial mediada düzgün şəkildə idarə etmək və marketinq fəaliyyətini həyata keçirmək istəyən hər kəs SMM Kursunda iştirak edə bilər:

  • Sosial media hesablarını inkişaf etdirmək istəyən şəxslər
  • Sosial media mütəxəssisi olmaq istəyən şəxslər
  • Reklam agentliklərində işləyən və işləmək istəyən şəxslər
  • Marketinq sahəsində fəaliyyət göstərən şəxslər
  • Sahibkarlar və şirkət direktorları
  • Sosial mediada imicini formalaşdırmaq istəyən şəxslər

Təlim Proqramı – Sillabus

Sosial media kanallarını və reklam alətlərini daha ətraflı şəkildə əhatə edən SMM Kursları, tələbələri başlanğıc səviyyədən tam professional dərəcədə inkişaf etdirəcək sillabus əsasında hazırlanmışdır.

SMM Kursu Təliminin Proqramı hər hansı bir brendin inkişafı üçün rəqəmsal marketinqin əsas hissəsi olan düzgün sosial media kanallarının seçilməsini, onları marketinq hədəflərinə çatmaq üçün idarə edilməsini əhatə edir. Sosial media kanallarında izləyici kütləsini böyütməyin üsullarını, dataya əsaslanan effektiv reklam kampaniyaları hazırlamaq və onları necə optimizasiya etməyi öyrədir.

1. Sosial Media Marketinqinə Giriş

Bu modul Sosial Media Marketinqin əsas prinsiplərini izah edir. Sosial Medianın şirkətlər üçün nə dərəcədə önəmli olduğunu, sosial medianın istifadəçilərin satınalma prosesində tutduğu yeri, əsas və niş sosial media kanallarını əhatə edir. Qlobalda daha çox istifadə olunan sosial media kanallarında peşəkar biznes səhifələrinin yaradılması və konfiqurasiya edilməsi, səhifələrin analitik təhlili öyrədilir.

Əhatə Olunan Mövzular:

  • Sosial Media Marketinqi Nədir, Hansı Üstünlükləri Var?
  • Rəqəmsal Marketinqdə Hansı Sosial Media Kanalları Var?
  • Facebook Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Instagram Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Linkedin Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Twitter Biznes Səhifəsinin Qurulması, Konfiqurasiyası
  • Sosial Şəbəkələrdə Biznes Səhifələrinin Analitikası

2. Meta: Facebook və Instagram Kanalları

Bu modul Meta platformasının daxilindəki sosial media kanalları və marketinq alətləri ilə işi əhatə edir. Biznes menecerin düzgün şəkildə qurulması, reklam hesabı, reklam növləri, müxtəlif hədələmə növləri, büdcənin düzgün bölüşdürülməsi və reklamlar üzrə təklif (bidding) növləri öyrədilir. Meta pixel ilə veb saytdakı istifadəçi davranışının analizi, biznes məqsədlərinə uyğun event və conversionların yaradılması və yekun hesabatların hazırlanması izah olunur.

Əhatə Olunan Mövzular:

  • Meta Business Manager-in Qurulması, Konfiqurasiyası, Təhlükəsizliyi
  • Reklam Hesabının Yaradılması və Meta-da Reklam Növləri
  • Hədəfləmə (Targeting) və Yenidən Hədəfləmə (Retargeting)
  • Reklam Büdcəsinin Təyin Olunması və Təklif (Bidding) Növləri
  • Meta Pixel-in Konfiqurasiyası, Xüsusi Event-lərin Yaradılması
  • Reklamların Yayımlanması, Optimizasiyası və Effektivliyin Ölçülməsi
  • Reklam Hesabatlarının Hazırlanması

3. LinkedIn və Twitter Kanalları, Əlavə Alətlər

Bu modul LinkedIn və Twitter platformalarının daxilindəki sosial media kanalları və marketinq alətləri ilə işi əhatə edir. Bu kanallar üzrə biznes menecerin düzgün şəkildə qurulması, reklam hesabı, reklam növləri, müxtəlif hədələmə növləri, büdcənin düzgün bölüşdürülməsi və reklamlar üzrə təklif (bidding) növləri öyrədilir. Hər bir kanalın veb analitika alətləri ilə iş, dönüşümlərin (conversion) ölçülməsi izah edilir. Həmçinin, 3-cü dərəcəli (3rd party) müxtəlif SMM alətləri ilə səhifələrin idarə olunması, avtomatlaşdırma və planlama tədris olunur.

Əhatə Olunan Mövzular:

  • LinkedIn Business Manager-in Qurulması və Ümumi Tanışlıq
  • LinkedIn-də Reklam Növləri və Reklamların Yayımlanması
  • Twitter Ads Manager ilə Ümumi Tanışlıq
  • Twitter-də Reklam Növləri və Reklamların Yayımlanması

Əlavə:

  • Sosial Media Kanalları Üzrə Paylaşımların Planlanması
  • Sosial Media Səhifələrinin İdarə Edilməsi Üçün Əlavə Alətlər

Təlim Proqramı haqqında bütün məlumatları broşur şəklində əldə edə bilərsiniz:

SMM Kursundan Nə Əldə Edəcəksiniz?

Xüsusi sillabus əsasında hazırlanmış bu SMM Kursunu bitirdikdə bu sahədə digərlərindən daha yüksək potensiala malik olacaqsınız. Daha çox sosial media kanalını, reklam alətləri ilə işləməyi tam dərindən öyrənəcəyiniz üçün strateji düşünmə və biznes məqsədlərinə çatmağın yollarını da inkişaf etdirmiş olacaqsınız.

Müasir Əsaslı Tədris Proqramı
Sosial Media təlim kursu hazırki dövrün tələblərinə uyğun olaraq hazırlanıb və SMM mütəxəssisə lazım ola biləcək əlavələr edilib.
Real Təcrübə və Praktika
Hər modul üzrə müxtəlif sektorlardakı şirkətlərin sosial mediadakı fəaliyyətləri nəzərdən keçirilir və nəzəriyyənin praktiki tətbiqi təmin olunur.
100% Öyrənmək Prinsipi
Hər modul üzrə real keyslər üzrə ev tapşırıqları və kursu bitirmə layihəsi üzrə hər bir tələbə öyrəndiklərini tam şəkildə tətbiq edəcək.
İstənilən An Əlçatan Tədris Materialları
Hər bir modul üzrə hazırlanmış tədris materialları (kitablar, e-vəsaitlər) və bütün dərslərin videoları onlayn formada tələbələrə göndərilir.
Daim Ünsiyyətdə Qalmaq
Hər təlim kursu üzrə WhatsApp qrupu yaradılır ki, tələbələr öz suallarını bölüşərək bir-birilərindən və təlimçidən yardım ala bilsin.
Sertifikat və Tövsiyə Məktubu
Tələbələr sosial media marketinq kursunu bitirdikdə müəyyən olunmuş dərəcələr üzrə bitirmə sertifikatı və individual tövsiyə məktubu əldə edəcəklər.

Təlimə Qeydiyyat üçün Form

Leave this field blank
Digər Kurslara Göz Atın: Rəqəmsal Marketinq Kursu
Back to top button

Təlim Proqramını (Sillabus) Əldə Et

Leave this field blank

Təlim Proqramını (Sillabus) Əldə Et

Leave this field blank