Haqqımda

Mən Elvin Paşa – rəqəmsal marketinq üzrə praktik və nəticə yönümlü ekspert. Sadə, ölçülə bilən və biznes məqsədinə uyğun rəqəmsal həllər hazırlayıram.

Elvin Paşa Kimdir - Haqqında

Tələbəlik dövründə rəqəmsal marketinq mənim üçün yeni kəşf və həvəs sahəsi oldu. O gündən bəri SMM, WordPress, SEO, SEM, analitika və kontent hazırlama üzrə biliklərimi sistemli şəkildə artırmışam və müxtəlif sektorlarda çalışmışam.

İş Fəaliyyətim

• İlk peşəkar təcrübəm tədris sektorunda Sosial Media Meneceri kimi başlayıb. Burada sosial media kampaniyalarının planlanması və icrasını tətbiq etdim.
• 2021-ci ildə EFOR Strategy Agency’də daha böyük şirkətlər üçün strategiya və kampaniya fəaliyyətlərinə rəhbərlik etdim.
• 2023-cü ildə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-də B2B və B2C üzrə rəqəmsal marketinq fəaliyyəti ilə yanaşı 0-dan mobil tətbiq inkişaf etdirilməsində iştirak etdim.
• Hazırda “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”ndə Qrup Rəhbəri kimi iş fəaliyyətimə davam edirəm.

Sertifikatlar

• DMI: Digital Marketing Professional
• Google Ads: Display, Search, Video, Apps
• Google: Advanced Expert in Marketing

Nələr Edirəm

• Hərtərəfli rəqəmsal marketinq strategiyalarının hazırlanması
• WordPress saytların qurulması və optimizasiyası
• Veb sayt üzərindən dərin analitika və performans izləmə
• Dəyərli kontent yaradılması və planlaşdırılması
• Ənənəvi və onlayn təlim (rəqəmsal marketinq)
• Frilanser və layihə əsaslı əməkdaşlıqlar (Google Ads, SEO, SMM)

Tətbiq Edirəm

• Sadəlik: mürəkkəb texnikaları başa düşülən dilə çevirirəm
• Nəticəyə fokus: hər kampaniyanın məqsədini ölçülə bilən göstəricilərlə bağlayıram
• Davamlı öyrənmə: sahədəki yeni alətlər və metodları tətbiq edir, biliklərimi paylaşıram


Biznesinizi Birlikdə İnkişaf Etdirək

Sizə fərdiləşdirilmiş, nəticəyə yönümlü rəqəmsal marketinq həlləri təqdim edirəm. Brendinizi dərindən analiz edərək ən uyğun kanalları seçirəm və hər hərəkətimizi ölçülə bilən hədəflərlə əlaqələndirirəm. Beləliklə investisiyanızın geri dönüşünü (ROI) real nəticəyə çevrilir.

Mənim Yanaşmam: Sadə və Effektiv

Hər şirkətə öz brendim kimi diqqətlə yanaşıram. Əvvəlcə biznesinizi, auditoriyanızı və əsas problemləri dərindən öyrənirəm. Sonra bunlara əsaslanan, ölçülə bilən və icrası aydın bir strategiya hazırlayıram. Mənim üçün prinsip sadədir: işi ya keyfiyyətlə görmək lazımdır, ya da onu etməmək. Yarımçıq və ya effekt gətirməyən həllərə vaxt sərf etmirəm.

İş Prinsiplərim

  • Strategiya əsaslı qərarlar: İnternetdə gördüyünüz hər tövsiyəni tətbiq etmirəm. Yalnız biznesinizə uyğun və sübut edilmiş həllər seçilir.
  • ROI və məqsədə fokus: Mənasız metriklər yox, gəlir, dönüşüm və uzunmüddətli müştəri dəyəri kimi ölçülə bilən nəticələrə fokuslanıram.
  • Çoxkanallı fəaliyyət: Doğru auditoriyaya çatmaq üçün kanalları bir-biri ilə əlaqələndirir və kampaniyaları davamlı optimizasiya edirəm.
  • Açıq kommunikasiya və hesabat: Hər addımda nə etdiyimizi, niyə etdiyimizi və nəticələri necə ölçdüyümüzü şəffaf şəkildə təqdim edirəm.

Əldə Edəcəksiniz

  • Brendiniz üçün fərdiləşdirilmiş rəqəmsal strategiya
  • Aydın KPI və ölçülə bilən hədəflər
  • Davamlı optimizasiya və nəticə yönümlü kampaniyalar
  • Sadə, aydın hesabatlar və təkmilləşdirmə planı

Gəlin, layihənizi müzakirə edək. Layihənizin məqsədini və hazırkı vəziyyətini mənə yazın, birlikdə real nəticələrə fokuslanaq.

Əlaqə

Birgə əməkdaşlıq üçün vaxt itirmədən əlaqə saxlayın. Rəqəmsal strategiyanızı birlikdə qurmağa hazıram.

WhatsApp: +99470 253 12 74 | E-mail: moc.ahsapnivleobfsctd-59231a@olleh


Elvin Paşa rəsmi loqosunu buradan yükləyə bilərsiniz.
Veb saytın dizaynı Ayhan Karaman‘ın bloqundan ilhamlanaraq hazırlanmışdır.

Back to top button