Google Reklamları Xidməti
Google Reklamları Xidməti ilə əsas məqsəd məhsul və xidmətləri potensial hədəf kütlə qarşısına çıxararaq əsas biznes hədəflərinə çatmaqdır. Google Reklamları bir neçə tipdə reklam növünü özündə birləşdirir ki, bu da həm axtarış, həm də görüntülü reklamlar yerləşdirməyə imkan yaradır.
Bazarda artan rəqabətə uyğun olaraq reklamlar da əhəmiyyət qazanır. Bu səbəbdən Google-da təqdim etdiyiniz məhsul və xidmətlər üzrə rəqiblərinizdən ön sıralarda olmalısınız. Bütün bunlar Google Reklamları Xidməti ilə mümkün olacaq. Google Reklamları rəqəmsal marketinq strategiyanızın əsas hissəsi olmalıdır və nəticələrini daha dəqiq ölçə biləcəksiniz.
Nə üçün Google Reklamlarından İstifadə Etməlisiniz?
İnternet dünyasının ən çox istifadəçi sayına sahib olan Google axtarış motoru və 2 milyondan çox veb partnyor saytları ilə həm axtarış, həm də görüntülü şəbəkə reklamları yerləşdirməklə daha çox potensial hədəf kütləsinə Google Reklamları ilə çata biləcəksiniz. Google Ads-in müxtəlif rəqəmsal marketinq alətləri ilə rahat inteqrasiyası və geniş reklam imkanları seçimi ilə reklamları daha düzgün optimizasiya edib, həm daha dəqiq hədəf kütləyə çıxmaq mümkün olacaq, həm də reklam xərclərinizə ciddi şəkildə qənaət etmiş olacaqsınız.
Hansı Növ Google Reklamları Var?
Google Reklamları internetdə tanıtım və satışı özündə birləşdirərək potensial müştərilər ilə qarşılıqlı əlaqə yaratmağa imkan yaradır. Hədəf kütlənin google kanalları vasitəsilə: qeydiyyat tamamlaması, video izləməsi, məhsul sifarişi verməsi və s. nəticəsində məqsədlərini həyata keçirir.
Google Reklamlarının aşağıdakı növləri var:
- Axtarış Motoru Reklamları
- Görüntülü Reklamlar
- YouTube Reklamları
- Remarketinq Reklamları
- Mobil Tətbiq Reklamları
Hər bir reklam növü üzrə hədəf KPI-lar təyin edilir və nəzərdə tutulmuş büdcəyə uyğun KPI-ları maksimuma çatdırmaq üçün davamlı olaraq optimizasiyalar edilir.
Axtarış Motoru Reklamları
Google Axtarış Motoru Reklamları potensial müştərilərin ani olaraq sorğularına cavab verə bilən reklam növüdür. Axtarış motorlarında brendinizin görünməsini təmin edir, brend tanınırlığınızı, veb sayt trafikinizi və məhsul satışlarınızın artırılmasına ciddi təsir göstərir. Axtarış Motoru Reklamları təyin etdiyiniz açar sözlərə uyğun, birbaşa olaraq istifadəçilərin qarşısına çıxaca biləcəyiniz, geri dönüşü yüksək və balanslı modeldir.
Görüntülü Reklamlar
Google Görüntülü Reklamlar Şəbəkəsi ilə 2 milyondan çox veb sayt və mobil tətbiqetmələrdə reklamları yayımlamaq mümkündür. Reklam vizuallarının istifadəçilərin daha çox diqqətini çəkdiyi nəzərə alaraq, brendinizi tanıtmaq, məhsul və xidmətlərinizin satışını həyata keçirmək üçün bu reklam modelindən effektiv şəkildə yararlanmaq mümkündür.
YouTube Reklamları
Video reklamlarla daha çox məlumatı asan şəkildə ötürmək mümkündür və bu reklam modeli məhsul və xidmətlərin tanıtımı üçün idealdır. Lokal bazarda YouTube istifadəçi sayı çox və reklamları üzrə rəqabət az olduğu üçün, daha az büdcə xərcləyərək daha çox potensial müştəriyə çatmaq mümkündür.
Remarketinq Reklamları
Veb sayt və ya mobil tətbiqlərlə qarşılılı əlaqədə olmuş, lakin marketinq hədəfini tamamlamamış istifadəçilərə yenidən reklamlar göstərməklə: form doldurmaq, satış etmək və s. təşviqlər etmək üçün remarketinq reklamları unikaldır. Bu reklam modelinin hədəfə çatma dərəcəsi digər reklamlardan daha çoxdur.
Mobil Tətbiq Reklamları
Mobil Tətbiq Reklamları ilə IOS və Android tətbiqlərini Google Axtarış, YouTube, Google Play və digər platformalarda tanıdaraq, daha çox yüklənmə sayına çatmaq mümkündür.
Google Reklamları Xidməti Hansı Mərhələlərdən İbarətdir?
Düzgün reklam kampaniyaları hazırlamaq üçün sektor, rəqiblər və şirkətdaxili vəziyyət araşdırılaraq ehtiyac olan nəticələri əldə etmək üçün düzgün reklam modelləri təyin olunur, reklamlar davamlı optimizasiya olunur və aylıq, rüblük hesabat təqdim olunur.
1. Hədəf Kütlənin Təyin Olunması
Brend və məhsul sektoru analiz olunaraq hədəf kütlə təyin olunur.
2. Rəqib Analizi
Rəqiblərin rəqəmsal sferadakı fəaliyyətləri analiz olunaraq brendin mövcud vəziyyəti və hədəflər təyin olunur.
3. Kanalların Təyin Olunması
Potensial kütlənin aktiv olduğu kanallar təyin olunur.
4. Büdcə Planlaması
Təyin olunmuş KPI-lara əsasən kanallar üzrə büdcə planlaması həyata keçirilir.
5. Reklam Kampaniyalarının Hazırlanması
Müvafiq kanallar üzrə reklamlar hazırlanır və hədəflərə uyğun olaraq büdcələndirilir.
6. Reklamların Optimizasiyası
Mütəmadi olaraq optimizasiyalar edilərək reklamların performansı artırılır.
7. Hesabatlar
Hesabatlar reklam kampaniyalarıın əsas məqsədi və digər marketinq hədəflərinə uyğun hazırlanaraq təhvil verilir.
Google Reklamları Xidmətindən Elə İndi Yararlan!
Brendinizin Tanınırlığını və Satışlarınızı Artırın