E-ticarət Nədir? Addım-Addım Biznes Qurmaq və Böyütmək
Elektron ticarət sektoru sürətlə böyüyür və bu, sahibkarlar üçün geniş imkanlar yaradır. Sıfırdan e-ticarətə başlayaraq uğurlu bir onlayn mağaza yaratmaq üçün bu sektordakı bəzi məqamlar haqqında məlumatlı olmaq lazımdır. Həm qlobalda, həm də Azərbaycanda e-ticarət sektorunun inkişafı ilə istehlakçıların da alış-veriş davranışları ənənəvidən onlayn istiqamətə dəyişib.
Odur ki, istər təcrübəli bir biznes sahibi, istərsə də onlayn ticarətə yeni başlayan biri olun, bu məqalədə e-ticarətə başlamaq üçün nəzərə alınmalı bütün addımlar geniş şəkildə izah olunub.
E-ticarət nədir?
E-ticarət: internet üzərindən məhsul və xidmətlərin satışı deməkdir. Fiziki məhsullardan tutmuş rəqəmsal məhsullara və xidmətlərə qədər hər şeyi əhatə edə bilər. Onlayn şəkildə ticarət biznesi qurmaq, rəqəmsal platformadan istifadə edərək müştərilərə məhsul və ya xidmətlər təklif etmək deməkdir. Elektron ticarət, bizneslərin qlobal bazarlara çıxmasına, istehlakçıların isə daha geniş məhsul çeşidinə və daha rahat alış-veriş təcrübəsinə malik olmasına şərait yaradır.
E-ticarətin üstünlükləri
Ənənəvi ticarətdən fərqli olaraq r-ticarətin bir çox üstünlükləri var:
- Aşağı başlanğıc xərcləri: Fiziki mağaza ilə müqayisədə daha az sərmayə tələb edir.
- Qlobal çatdırılma: Coğrafi məhdudiyyətlər olmadan dünya bazarlarına çıxış əldə edirsiniz.
- 24/7 açıq: Onlayn mağazanız gecə-gündüz açıqdır, bu da satış imkanlarınızı artırır.
- Data-əsaslı qərarlar: Müştəri davranışı haqqında dəyərli məlumatlar əldə edə bilərsiniz.
- Avtomatlaşdırma imkanları: Bir çox prosesi avtomatlaşdıraraq effektivliyi artıra bilərsiniz.
E-ticarətin Növləri
E-ticarət müxtəlif formalarda mövcuddur və hər bir növün özünəməxsus xüsusiyyətləri var. Ən geniş yayılmış modelləri nəzərdən keçirək:
B2C (Biznes-istehlakçı) e-ticarət
B2C və ya biznes-istehlakçı e-ticarət, şirkətlərin birbaşa son istehlakçılara məhsul və xidmətlər satdığı ən geniş yayılmış modelidir. Amazon, AliExpress və yerli onlayn mağazalar bu modelin nümunələridir. B2C e-ticarətdə alıcılar adətən fərdi şəxslərdir və alış-veriş prosesi nisbətən sadədir.
B2B (Biznes-biznes) e-ticarət
B2B və ya biznes-biznes e-ticarət, bir şirkətin digər şirkətlərə məhsul və ya xidmətlər satdığı modeldir. Bu növdə alış-veriş həcmi adətən daha böyük olur və alış prosesi daha mürəkkəb ola bilər. Məsələn, topdan satış platformaları və ya şirkətlərə ofis ləvazimatları satan onlayn mağazalar B2B e-ticarətə nümunədir.
C2C (İstehlakçı-istehlakçı) e-ticarət
C2C və ya istehlakçı-istehlakçı e-ticarət, fərdi şəxslərin bir-biri ilə ticarət etməsinə imkan verən platformaları əhatə edir. Bu model çərçivəsində insanlar istifadə etmədikləri əşyaları sata və ya başqalarından ikinci əl məhsullar ala bilərlər. eBay, tap.az, lalafo kimi elan saytları C2C e-ticarətə nümunədir.
C2B (İstehlakçı-biznes) e-ticarət
C2B və ya istehlakçı-biznes e-ticarət, fərdi şəxslərin şirkətlərə məhsul və ya xidmətlər təklif etdiyi modeldir. Bu, nisbətən yeni bir konseptdir və freelance platformaları və ya müəllif hüquqları ilə qorunan şəkillərin satıldığı saytlar buna nümunə ola bilər.
🧐 E-ticarət biznesi qurmamışdan öncə mütləq bazar araşdırması və rəqib analizi edilməlidir.
E-ticarət Biznesi Qurmaq üçün Təlimat
E-ticarət biznesinə başlamaq həyəcanverici bir səyahətdir, lakin uğurlu olmaq üçün düzgün planlaşdırma və hazırlıq tələb edir. Odur ki, bu sahəyə başlamaq üçün əsas addımları nəzərdən keçirək:
1. Bazar araşdırması etmək
E-ticarət biznesinə başlamazdan əvvəl ətraflı bazar araşdırması aparmaq çox vacibdir. Bu, sizə bazardakı trendləri, rəqibləri və potensial müştərilərin ehtiyaclarını başa düşməyə kömək edəcək. Bazar araşdırması aparmaq üçün aşağıdakı addımları atın:
- Onlayn sorğular keçirin
- Sosial media platformalarında müzakirələri izləyin
- Rəqib analizi aparın
- Sektordakı statistikaları araşdırın
- Potensial müştərilərlə birbaşa söhbətlər edin
2. Hədəf auditoriyasını müəyyən etmək
Bazar araşdırması apardıqdan sonra, hədəf auditoriyasını dəqiq müəyyən etmək lazımdır. Bu, marketinq fəaliyyətini daha effektiv etməyə və məhsul təkliflərinizi uyğunlaşdırmağa kömək edəcək.
Müştəri profilləri yaratmaq
Hədəf auditoriyasını müəyyən etdikdən sonra, müştəri profilləri və ya “alıcı personası” yaratmaq faydalıdır. Bu profillər aşağıdakı məlumatları əhatə etməlidir:
- Demoqrafik məlumatlar (yaş, cins, gəlir səviyyəsi, təhsil və s.)
- Psixoqrafik xüsusiyyətlər (maraqlar, dəyərlər, həyat tərzi)
- Alış-veriş vərdişləri və üstünlükləri
- Ağrı nöqtələri və ehtiyacları
- Onlayn davranış və platformalardan istifadə
Müştəri profilləri yaratmaq, məhsul seçiminizi, marketinq strategiyanızı və ümumi biznes qərarlarınızı yönləndirməyə kömək edəcək.
👤 Alıcı persona hazırlamaq qaydasına göz atın.
3. Biznes model seçmək
E-ticarət biznesiniz üçün doğru biznes modelini seçmək çox önəmlidir. Əsas biznes modelləri bunlardır:
- B2C (Biznes-İstehlakçı)
- B2B (Biznes-Biznes)
- C2C (İstehlakçı-İstehlakçı)
- C2B (İstehlakçı-biznes)
- Dropshipping
- Abunəlik əsaslı
Hər bir modelin öz üstünlükləri və çətinlikləri var. Seçiminizi bazarınıza, resurslarınıza və uzunmüddətli hədəflərinizə əsasən edin.
4. Maliyyə planlaşdırması etmək
Effektiv maliyyə planlaşdırması, e-ticarət biznesinizin uğurunda kritik rol oynayır. Aşağıdakı addımları atın:
- Başlanğıc xərclərini hesablayın (vebsayt yaratmaq, inventar və s.)
- Aylıq xərcləri proqnozlaşdırın (hosting, əmək haqqları, reklam və s.)
- Satış proqnozları hazırlayın
- Pul axını proqnozunu hazırlayın
- Maliyyələşdirmə variantlarını araşdırın (şəxsi yatırım, kredit, investor cəlb etmək)
Dəqiq maliyyə planı, biznesinizin ilk aylarında və ilində necə işləyəcəyini anlamağa və potensial problemləri əvvəlcədən görməyə kömək edəcək.
5. Biznes strukturunu seçmək
Elektron ticarət biznesiniz üçün uyğun hüquqi strukturu seçmək vacibdir. Bu seçim vergilərə, məsuliyyətə və idarəetməyə təsir edəcək. Əsas biznes strukturları bunlardır:
- Fərdi sahibkarlıq
- Məhdud məsuliyyətli cəmiyyət (MMC)
- Səhmdar cəmiyyət
- Ortaqlıq
Hər bir strukturun öz üstünlükləri və çatışmazlıqları var. Məsələn, fərdi sahibkarlıq qurmaq daha asan olsa da, MMC sizə daha çox hüquqi qoruma təklif edir. Seçiminizi biznesinizin ölçüsünə, risk səviyyəsinə və gələcək planlarınıza əsasən edin.
💼 Kiçik bizneslər üçün rəqəmsal marketinqin üstünlüklərini kəşf edin.
6. Vergi öhdəliklərini nəzərə almaq
E-ticarət biznesinizin vergi öhdəliklərini başa düşmək və onlara riayət etmək çox vacibdir. Nəzərə alınmalı əsas vergi məsələləri:
- Gəlir vergisi: Biznes gəlirləriniz üçün ödəməli olduğunuz vergi
- ƏDV (Əlavə Dəyər Vergisi): Satışlarınıza tətbiq olunan vergi
- Gömrük rüsumları: Beynəlxalq satışlar zamanı ödənilən vergilər
- Sosial sığorta ödənişləri: İşçiləriniz varsa, onların sosial sığortası üçün ödənişlər
Vergi məsələləri mürəkkəb ola bilər, xüsusilə beynəlxalq satışlar edəndə. Bu səbəbdən, peşəkar mühasib və ya vergi məsləhətçisi ilə işləmək tövsiyə olunur.
7. Platforma seçmək
E-ticarət biznesiniz üçün düzgün platformanı seçmək kritik əhəmiyyət daşıyır. Ən populyar platformalar bunlardır:
- Shopify: İstifadəsi asan və çoxsaylı funksiyalara malik
- WooCommerce: WordPress üçün pulsuz plugin, çevik və güclü
- Magento: Böyük və mürəkkəb e-ticarət saytları üçün
- BigCommerce: Orta və böyük bizneslər üçün əla seçim
- Squarespace: Kiçik bizneslər üçün sadə və estetik həll
Platformanızı seçərkən aşağıdakı faktorları nəzərə alın:
- Büdcəniz
- Texniki bilikləriniz
- Məhsul katalogunuzun ölçüsü
- Xüsusi funksiyalara ehtiyacınız
- Genişlənmə planlarınız
Veb saytınızı dizayn etmək
Veb saytınızın dizaynı müştərilərin ilk təəssüratını formalaşdırır və konversiya nisbətinizə birbaşa təsir edir. Effektiv e-ticarət saytı dizayn edərkən:
- Sadə və professional görünüş yaradın
- Brend elementlərini əks etdirin
- Mobil cihazlar üçün optimallaşdırın
- Sürətli yüklənməni təmin edin
- Naviqasiyanı sadə və intuitiv edin
- Yüksək keyfiyyətli məhsul şəkilləri istifadə edin
- Çağırış düymələrini (Call-to-Action) istifadə edin
İstifadəçi təcrübəsini optimallaşdırmaq
Yaxşı istifadəçi təcrübəsi (UX) təmin etmək, müştəri məmnuniyyəti və satışlar üçün vacibdir. Bunun üçün:
- Məhsul axtarışını asanlaşdırın
- Məhsul səhifələrini informativ və cəlbedici edin
- Alış-veriş səbətini və ödəniş prosesini sadələşdirin
- Müştəri rəylərini və reytinqlərini göstərin
- Tez-tez verilən suallar (FAQ) bölməsi əlavə edin
- Canlı söhbət və ya chatbot dəstəyi təklif edin
Müntəzəm olaraq istifadəçi davranışını analiz edin və saytınızı təkmilləşdirmək üçün A/B testləri aparın.
🎨 Veb saytın peşəkar dizaynda hazırlanması üçün UX/UI Dizayn biliklərinizi genişləndirin.
8. Məhsul şəkillərini hazırlamaq
Keyfiyyətli məhsul fotoşəkilləri onlayn satışlar üçün çox vacibdir. Müştərilər məhsulu fiziki olaraq görə və toxuna bilmədikləri üçün, onlara mümkün qədər çox məlumat və vizual təqdimat təmin etməlisiniz.
Məhsul fotoşəkilləri üçün tövsiyələr:
- Yüksək keyfiyyətli kamera istifadə edin
- Yaxşı işıqlandırma təmin edin
- Müxtəlif bucaqlardan şəkillər çəkin
- Məhsulun ölçüsünü göstərmək üçün müqayisə obyektləri istifadə edin
- Məhsulun istifadəsini göstərən şəkillər əlavə edin
- Şəkilləri professional şəkildə redaktə edin
Məhsul açıqlama məlumatları üçün tövsiyələr:
- Dəqiq və ətraflı məlumat verin
- Əsas xüsusiyyətləri və üstünlükləri vurğulayın
- SEO-ya uyğun açar sözlər istifadə edin
- Oxunaqlı və cəlbedici yazı üslubu seçin
- Texniki xüsusiyyətləri aydın şəkildə göstərin
- Müştərilərin suallarını əvvəlcədən cavablandırın
9. Qiymətləndirmə strategiyası edin
Düzgün qiymətləndirmə strategiyası, biznesinizin rentabelliyini və rəqabət qabiliyyətini təmin edir. Qiymətləndirmə strategiyasını hazırlayarkən nəzərə alınmalı faktorlar:
- Məhsulun maya dəyəri
- Əməliyyat xərcləri
- Rəqiblərin qiymətləri
- Bazar tələbi
- Brendinizin mövqeyi
- Hədəf mənfəət marjası
Populyar qiymətləndirmə strategiyaları:
- Rəqabətə əsaslanan qiymətləndirmə
- Dəyərə əsaslanan qiymətləndirmə
- Dinamik qiymətləndirmə
- Paket qiymətləndirmə
- Freemium model (pulsuz və premium versiyalar)
Qiymətləndirmə strategiyanızı müntəzəm olaraq nəzərdən keçirin və bazarın dəyişən şərtlərinə uyğunlaşdırın.
10. Ödəniş üsullarını inteqrasiya etmək
Müxtəlif və etibarlı ödəniş üsulları təklif etmək, konversiya nisbətinizi artırmaq və müştəri məmnuniyyətini təmin etmək üçün vacibdir. Aşağıdakı ödəniş üsullarını nəzərdən keçirin:
- Kredit və debet kartları (Yerli və xarici bazar üçün)
- Mobil ödənişlər (Apple Pay, Google Pay)
- Bank köçürmələri
- Qapıda nağd ödəniş (yerli bazar üçün)
Ödəniş üsullarını inteqrasiya edərkən:
- Təhlükəsizliyi prioritetləşdirin (SSL sertifikatı, PCI DSS uyğunluğu)
- Ödəniş prosesini sadə və sürətli edin
- Müştərilərə ödəniş təsdiqini təmin edin
- Müxtəlif valyutaları dəstəkləyin (beynəlxalq satışlar üçün)
11. Çatdırılma üsullarını müəyyən etmək
Effektiv çatdırılma sistemi, müştəri məmnuniyyəti və təkrar satışlar üçün kritik əhəmiyyət daşıyır. Çatdırılma strategiyanızı hazırlayarkən:
- Müxtəlif çatdırılma üsulları təklif edin:
- Standart çatdırılma
- Sürətli çatdırılma
- Ekspres çatdırılma
- Mağazadan götürmə (əgər fiziki mağazanız varsa)
- Etibarlı kuryer şirkətləri ilə əməkdaşlıq qurun
- Çatdırılma qiymətlərini şəffaf şəkildə göstərin
- Sifarişləri izləmə imkanı təqdim edin
- Beynəlxalq çatdırılma variantlarını nəzərdən keçirin
- Geri qaytarma və dəyişdirmə prosesini asanlaşdırın
Çatdırılma xərclərini optimallaşdırmaq üçün:
- Toplu sifarişlər üçün endirimli çatdırılma təklif edin
- Müəyyən məbləğdən yuxarı sifarişlər üçün pulsuz çatdırılma təqdim edin
- Çatdırılma xərclərini məhsul qiymətinə daxil etməyi düşünün
12. Müştəri dəstəyi kanalları yaratmaq
Keyfiyyətli müştəri xidməti, e-ticarət biznesinizin uğuru üçün çox vacibdir. Müştərilərinizə aşağıdakı dəstək kanallarını təklif etməyi düşünün:
- E-mail dəstəyi:
- Sürətli cavab vermə siyasəti təyin edin (məsələn, 24 saat ərzində)
- Avtomatik cavablama sistemləri qurun
- E-mailləri kateqoriyalara ayırın və prioritetləşdirin
- Telefon dəstəyi:
- Pulsuz zəng nömrəsi təqdim edin
- Zəng növbəsi və geri zəng seçənəkləri təklif edin
- Müştəri zənglərini qeyd edin və analiz edin
- Sosial media dəstəyi:
- Sosial media platformalarında sualları və şikayətləri izləyin
- Sürətli və individual cavablar verin
- Müsbət və mənfi rəyləri eyni dərəcədə əhəmiyyətli hesab edin
- Özünə xidmət resursları:
- Tez-tez verilən suallar (FAQ) bölməsi yaradın
- Məhsul təlimatları hazırlayın
- Video təlimatlar təqdim edin
E-ticarət Biznesini Genişləndirmək
E-ticarət ilə biznesi müxtəlif üsullarla genişləndirmək və gəlirliliyi artırmaq mümkündür. Bunun üçün biznes strategiyalarını optimizasiya etmək, yeni bazarlara çıxmaq ən çox tətbiq edilən yanaşmalardır.
Satışları artırmaq üçün strategiyalar
E-ticarət biznesinizi böyütmək üçün daim yeni strategiyalar sınamalı və mövcud prosesləri təkmilləşdirməlisiniz. Aşağıdakı strategiyalarla başlaya bilərsiniz:
- Məhsul çeşidini genişləndirmək:
- Mövcud müştərilərinizə yeni məhsullar təklif edin
- Tamamlayıcı məhsullar əlavə edin
- Müştəri rəylərinə əsasən yeni məhsullar yaradın
- Çarpaz satış və yuxarı (üst) satış:
- Məhsul səhifələrində əlaqəli məhsulları göstərin
- Alış-veriş səbətində əlavə məhsullar təklif edin
- Paket təkliflər yaradın
- Loyallıq proqramı tətbiq etmək:
- Xal toplama sistemi yaradın
- VIP müştərilərə xüsusi təkliflər verin
- Referral proqramı başladın
- Fərdiləşdirilmiş marketinq:
- Müştəri davranışına əsaslanan tövsiyələr verin
- Alış-veriş tarixçəsinə uyğun e-mail kampaniyaları yaradın
- Fərdiləşdirilmiş endirim kuponları təqdim edin
- Konversiya nisbətini optimallaşdırmaq:
- A/B testləri aparın (məhsul şəkilləri, səhifə başlıqları, CTA düymələri)
- Alış-veriş səbətini tərk etmə nisbətini azaldın
- Veb sayt sürətini və istifadəçi təcrübəsini yaxşılaşdırın
- Mövsümi və xüsusi təkliflər:
- Bayram satışları təşkil edin
- Flash satışlar və məhdud müddətli təkliflər yaradın
- “Günün təklifi” kimi kampaniyalar keçirin
Beynəlxalq bazarlara çıxmaq
Biznesinizi beynəlxalq səviyyəyə çıxarmaq böyük imkanlar yarada bilər, lakin bu prosesdə bir sıra çətinliklərlə də qarşılaşa bilərsiniz.
Beynəlxalq genişlənmə üçün addımlar:
- Bazar araşdırması aparın:
- Hədəf ölkələri müəyyənləşdirin
- Rəqibləri və bazar dinamikasını öyrənin
- Hüquqi və vergi tələblərini araşdırın
- Veb saytınızı lokallaşdırın:
- Saytı müxtəlif dillərə tərcümə edin
- Müxtəlif valyutalar əlavə edin
- Mədəni dəyərlərə uyğunlaşdırın (rənglər, şəkillər, mətnlər)
- Beynəlxalq çatdırılma və logistika:
- Etibarlı beynəlxalq kuryer şirkətləri ilə əməkdaşlıq qurun
- Gömrük prosedurlarını öyrənin
- Lokal anbarlarlar qurmağı düşünün
- Ödəniş sistemlərini uyğunlaşdırın:
- Qlobal ödəniş üsullarını inteqrasiya edin
- Valyuta məzənnələrini avtomatlaşdırın
- Beynəlxalq vergiləri və rüsumları nəzərə alın
Beynəlxalq bazarlara çıxmaq mürəkkəb bir prosesdir və addım-addım yanaşma tələb edir. Hər bir bazarı diqqətlə araşdırın və lazım gəldikdə yerli mütəxəssislərlə məsləhətləşin.
📊 Yeni bazarlara daxil olmamışdan öncə PESTEL Analizi etmək vacibdir.
E-ticarətdə rəqəmsal marketinq strategiyaları
Effektiv rəqəmsaı marketinq strategiyaları e-ticarət biznesinizin uğurunda həlledici rol oynayır. Potensial müştəriləri cəlb etmək və mövcud müştəriləri saxlamaq üçün müxtəlif marketinq kanallarından istifadə etməlisiniz.
SEO və kontent marketinq
Axtarış motorlarında yüksək pillələrdə yer almaq və keyfiyyətli kontentlə müştəriləri cəlb etmək üçün:
- Açar sözlər: Məhsullarınıza və sahənizə uyğun açar sözləri müəyyən edin və istifadə edin
- Meta teqlər: Hər səhifə üçün cəlbedici və informativ meta teqləri optimizasiya edin
- Keyfiyyətli kontent: Bloq yazıları, məhsul açıqlamaları və kateqoriya səhifələri üçün orijinal və faydalı kontentər yaradın
- Daxili və xarici linklər: Saytınızın səhifələri arasında məntiqi əlaqələr qurun və etibarlı xarici saytlardan backlinklər almağa çalışın
- Səhifə yüklənmə sürəti: Saytınızın sürətini artırmaq üçün texniki optimizasiya edin
📝 SEO və Kontent Marketinq haqqında daha çox məlumat əldə edin.
Sosial media marketinqi
Sosial media platformaları müştərilərlə əlaqə qurmaq və brendinizi tanıtmaq üçün əla fürsətlər təqdim edir:
- Platforma seçimi: Hədəf auditoriyasının aktiv olduğu platformaları (Facebook, Instagram, TikTok və s.) seçin.
- Müntəzəm paylaşımlar: Cəlbedici və dəyərli kontentlər paylaşın – məhsul şəkilləri, istifadəçi rəyləri, faydalı məsləhətlər və s.
- İnfluencer marketinq: Sektordakı tanınmış influenserlər ilə əməkdaşlıq edin
- Ödənişli reklam: Reklam kampaniyaları ilə daha çox potensial müştəriyə çatın
- Müştəri xidməti: Sosial media kanallarından müştəri sorğularını cavablandırmaq üçün istifadə edin
📢 Sosial Media Marketinqi haqqında geniş təlimata göz atın.
E-mail marketinq
E-mail marketinq hələ də ən effektiv və sərfəli marketinq kanallarından biridir:
- Abunəçi siyahısı yaradın: Saytınızda istifadəçiləri xəbər bületeninizə abunə olmağa təşviq edin
- Xoş gəldiniz e-mailləri: Yeni abunəçilərə avtomatik xoş gəldiniz mesajları göndərin
- Fərdiləşdirilmiş kampaniyalar: Müştərilərin alış-veriş tarixçəsinə əsaslanaraq fərdi təkliflər göndərin
- Tərk edilmiş səbət xatırlatmaları: Alış-verişi tamamlamayan müştərilərə xatırlatma e-mailləri göndərin
- Kontent marketinq: Faydalı məlumatlar, məsləhətlər və yeniliklər paylaşın
📧 E-mail marketinq ilə biznesinizi üst səviyyəyə daşıyın.
Nəticə
E-ticarət, müasir biznes dünyasında sürətlə böyüyən və inkişaf edən bir sahədir. Effektiv veb-sayt yaratmaq, təhlükəsiz ödəniş və etibarlı çatdırılma sistemləri qurmaq, güclü marketinq strategiyaları həyata keçirmək və yüksək keyfiyyətli müştəri xidməti təmin etmək uğurlu e-ticarət biznesinin əsas elementləridir.
Uğurlu olmaq üçün daim yenilikləri izləməli, müştərilərinizin ehtiyaclarına diqqət yetirməli və biznesinizi bu dəyişikliklərə uyğunlaşdırmalısınız. Unutmayın ki, hər bir uğurlu e-ticarət biznesi kiçik addımlarla başlayıb. Səbirli olun, dayanmadan öyrənin və çalışın. Uğursuzluqlardan qorxmayın, onlardan dərs çıxarın.
Bu təlimatdakı addımları izləyərək, öz onlayn mağazanızı qurub idarə etməyə hazırsınız. Uğurlar!