14 Ən Yaxşı Ödənişsiz Rəqəmsal Marketinq Kursları ilə Peşəkar Olun
Dünyanın top universitetlərinin və ekspertlərinin tam ödənişsiz Rəqəmsal Marketinq Kursları ilə bu sahənin incəliklərini öyrənmək mümkündür. Universitetlər, onlayn platformalar və rəqəmsal marketinq mütəxəssisləri tərəfindən təklif olunan kifayət qədər keyfiyyətli və pulsuz rəqəmsal marketinq kursları var.
Ödənişsiz Rəqəmsal Marketinq kurslarından bəzilərini bitirdikdə sertifikatla da təmin edir ki, portfolionuzda və LinkedIn hesabınızda göstərə bilərsiniz.
İnternetdə çox sayda ödənişsiz şəkildə yayımlanmış Rəqəmsal Marketinq kursları mövcuddur. Bu bloq yazısında Rəqəmsal Marketinq sahəsində müəyyən təcrübəyə sahib olmaq istəməsindən asılı olmayaraq hər kəs üçün 14 ən yaxşı hesab olunan ödənişsiz Rəqəmsal Marketinq kursları sıralanıb.
Pulsuz Rəqəmsal Marketinq Kursları Keyfiyyətlidir?
Pulsuz rəqəmsal marketinq kursları tərtib etmiş veb saytlar və sertifikat proqramları yüksək səviyyəli şirkətlərin onlayn rəqəmsal marketinq təlimləri ilə qarışdırılmamalıdır. Pulsuz rəqəmsal marketinq kursları adətən bir neçə saatlıq əsas məlumatları əhatə edir. Google, Bing, Hubspot və s. şirkətlərin kursları ödənişsiz olsalar belə başlanğıc səviyyədən orta dərəcəyə qədər öz istiqamətlərində tələbələri öyrədirlər.
Rəqəmsal marketinq mütəxəssisi, SEO mütəxəssisi və ya sosial media mütəxəssisi kimi karyera qurmağı planlaşdırırsınızsa, baza məlumatları əldə etmək üçün pulsuz onlayn rəqəmsal marketinq kurslarına qoşula bilərsiniz.
👨🏫 Bu Sahəni Dərindən Öyrənmək Üçün Tam Professional Şəkildə Təşkil Olunan A-dan Z-ə Rəqəmsal Marketinq Kursuna Siz də Qoşulun!
Rəqəmsal Marketinq Üzrə Ödənişsiz Kurslar
Rəqəmsal marketinq sahəsinin sürətlə dəyişməsinə ayaq uydurmaq vacibdir. Marketinq mütəxəssisi olmağınızdan və ya sadəcə bacarıqlarınızı təkmilləşdirmək istəməyinizdən asılı olmayaraq bu ödənişsiz kurslar sizə köməyinizə çatacaq. Siyahıda yer alan pulsuz rəqəmsal marketinq kursları: sosial media marketinqindən tutmuş məzmunun yaradılmasına qədər geniş mövzuları əhatə edir. Bu fürsətdən istifadə edib özünüzə investisiya etməyə tələsin və elə indi öyrənməyə başlayın.
1. Rəqəmsal Marketinqin Əsasları
26 moduldan ibarət bu ödənişsiz kurs ilə onlayn tanınırlığın artırılması, düzgün auditoriyanın tapılması və satışları artırmaq üçün rəqəmsal marketinq reklamlarından istifadənin əsaslarını öyrənəcəksiniz. Kurs google təlimçiləri tərəfindən tədris olunur və uğurlu marketinq strategiyası üzrə real nümunələr də öz əksini tapır.
Nə Öyrənəcəksiniz?
Google My Business, Google Ads və Google Analytics kimi onlayn marketinq alətləri ilə tanış olacaqsınız. Yekunda imtahandan uğurla keçsəniz, sertifikat da əldə edəcəksiniz.
2. Google Reklamları üzrə Sertifikasiya Kursları
Google Reklamlarından istifadə etməyə başlamaq istəyirsinizsə, lakin haradan başlayacağınızı bilmirsinizsə, bu kurslar sizin üçündür.
Nə Öyrənəcəksiniz?
Bu proqram Google’un müxtəlif reklam alətlərinə yiyələnmək üçün hər biri üzrə sertifikat verən, çox sayda pulsuz kursdan ibarətdir. Məsələn, müştərilərin Google-un ilk səhifəsində reklamlar vasitəsilə biznesinizi tapmasını istədiyinizi bilirsinizsə, Google Search reklamları üzrə kursu seçə bilərsiniz. Vizuallar ilə daha çox diqqət çəkmək üçün Google Ads Creative kursunu seçəməyiniz lazımdır və s.
Hər bir kursa sertifikat imtahanı da daxildir. İmtahandan keçsəniz, sertifikatınızı CV və LinkedIn profilinizə əlavə edə bilərsiniz.
3. Meta Blueprint Marketinq Kursları
Facebook şirkəti Meta-ya rebrendinq etdikdən sonra biznes sahiblərinə marketinq təcrübələri öyrənməyə kömək etmək üçün bir neçə ödənişsiz rəqəmsal maketinq kurslarını da paylaşdı.
Nə Öyrənəcəksiniz?
Auditoriyanızı anlamaq və biznesinizi onlayna yönləndirməklə satışlarınızı artırmağa əsaslanan, meta business manager’in incəliklərini öyrədən 10-dan çox pulsuz kurs təklif edir.
Kursları uğurla başa vurduqdan sonra bacarıqlarınızı sübut etmək üçün səkkiz fərqli sertifikat imtahanından keçərək sertifikat əldə edəcəksiniz.
4. Hubspot – Digital Marketing Kursu
Hubspot rəqəmsal marketinq sahəsində böyük işlər görən qlobal şirkətlərdən biridir. Bu kursu ödənişsiz yayımlamaqda məqsədi: bizneslərini rəqəmsal strategiyalarla böyütmək istəyən sahibkarlara stimul verməkdir. Həmçinin, onlayn reklam, SEO, sosial media və digər sahələrdə bacarıqlarını təkmilləşdirmək istəyən marketoloqlara dəstək olmaqdır.
Nə Öyrənəcəksiniz?
Biznesinizin onlayn tanınırlığını və izləyici sayını artırmaq üçün rəqəmsal marketinq strategiyası yaratmağı, veb saytı həm insanlar, həm də axtarış motorları üçün optimallaşdırmağ, reklamları daha geniş auditoriyaya çatdırmaq üçün e-mail, sosial media və reklam strategiyaları hazırlamağı öyrənəcəksiniz.
5. Semrush Academy Kursları
Semrush ən uğurlu rəqəmsal marketinq analitika alətlərindən biri üzrə şirkətdir. İstifadəçilərə daha yaxşı xidmət göstərmək üçün bir sıra pulsuz rəqəmsal marketinq kursları olan akademiya yaradıblar.
Nə Öyrənəcəksiniz?
Kurslar həm əsas, həm də qabaqcıl anlayışları əhatə edir və bəzi kurslar Semrush-dan necə istifadə ediləcəyi ilə bağlı olsa da, SEO-nun əsasları, PPC əsasları, texniki SEO və sosial media marketinqi kimi ümumi anlayışları əhatə edən kurslar da var.
Bu kursların üstün cəhəti odur ki, öz sahələrinin mütəxəssisləri tərəfindən tədris olunur və onlar müxtəlif anlayışları izah etməklə yanaşı, onları praktikada tətbiq etməyi öyrədirlər.
6. TikTok-da Şəxsi Brendinq Necə Qurmaq Lazımdır
TikTok sosial şəbəkəsinin sürətlə yüksələn istifadəçi sayı, bir çox insanın bu kanalda keyfiyyətli kontentlər hazırlamasına və inkişafına təsir göstərir. Bu səbəbdən də Influencer Marketing Hub platforması kontent yaradan şəxsli düşünərək belə bir pulsuz kurs hazırlayıb.
Nə Öyrənəcəksiniz?
11 moduldan ibarət bu kursda TikTok-da davamlı izləyici artırmaq və əldə saxlamaq üçün əsas mülahizələr əks olunur. TikTok hesabı yaratmaq, hədəf auditoriyasının müəyyənləşdirilməsi və TikTok canlı yayımlarından pul qazanmağın yollarını bu kursdan öyrənəcəksiniz. Siz həmçinin TikTok-dakı influencer ilə aparılmış dərin müsahibələrə baxa biləcəksiniz.
7. Yoast ilə Onlayn SEO Təlimi
Yoast tanınmış SEO optimallaşdırma alətidir və təlim kurslarının pulsuz versiyası başlanğıc səviyyəni təmin edir. Yoast SEO akademiyasına tələbələrə öyrəndiklərini praktikada tətbiq etməyə kömək edən kurslar və istifadəyə hazır SEO şablonları daxildir. 350,000-dən çox tələbə pulsuz kursu bitirib və SEO-nun ən yaxşı təcrübələrini öyrənmək üçün populyar seçim olaraq qalır.
Nə Öyrənəcəksiniz?
Başlanğıc SEO texnikaları, Yoast SEO WordPress plaginindən istifadə, strukturlaşdırılmış məlumatlarla işləməyi bu kurs vasitəsilə mənimsəyəcəksiniz.
8. Orta və Peşəkar Səviyyə Marketinq Atribusiyası
Ruler Analytics, satışlarınızı potensial müştərilərinizlə əlaqələndirməyin yollarını tapmağınız üçün öyrənə biləcəyiniz resurs kimi Attribution Akademiyasını yaratdı. Bir çox şirkətlər potensial müştəri yaratma səylərinin satışlara necə təsir etdiyini başa düşməkdə çətinlik çəkir və bu, reklam xərclərini və marketinq büdcələrini idarə etməyi çətinləşdirə bilər. Atribusiya mühüm marketinq bacarığıdır və burada əsas və peşəkar səviyyədə iki pulsuz kurs mövcuddur.
Nə Öyrənəcəksiniz?
Tam pulsuz bu kurslar sayəsində Marketinq atribusiyasının əsaslarını, CRM-in marketinq atribusiyalarına inteqrasiyasını, Marketinq atribusiya modellərinin növlərini mənimsəyəcəksiniz.
9. Microsoft Reklamları üzrə Sertifikasiya Kursları
Məşhur axtarış motorlarından biri olan Bing, öz reklam platforması üzrə 3 ayrı kursu pulsuz şəkildə yayımlayıb: Axtarış, Lokal və Alış-veriş.
Nə Öyrənəcəksiniz?
Microsoft Advertising platforması, ən yaxşı axtarış təcrübələri daxil olmaqla, axtarış reklamı ekosistemi haqqında anlayışları, lokal və alış-veriş reklamları haqqında anlayışları dərinləməsinə öyrənəcəksiniz.
Hər bir kurs üzrə sertifikat əldə edə bilərsiniz. Bu imtahanların hər birini keçsəniz, siz avtomatik olaraq Microsoft Advertising Certified Professional (MACP) statusuna sahib olursunuz.
10. Brevo Academy Kursları
Brevo Akademiyasının kursları ilə uğurlu müştəri münasibətlərinin sirlərini və brendin marketinq potensialını necə artıracağınızı kəşf edəcəksiniz. Marketinq strategiyalarını müəyyən etməyi, təhlil etməyi öyrənəcək və uğur qazanmaq üçün öz formulalarınızı inkişaf etdirəcəksiniz.
Nə Öyrənəcəksiniz?
Bu kurslarda e-mail marketinqin əsasları, abunə listinin effektiv idarə olunması, qeydiyyat formlarının hazırlanması, kampaniyaların uğurunun ölçülməsi, KPI-ların və effektivliyin yüksəldilməsi, A/B testlər, e-maillərin avtomatlaşdırılması və daha çoxunu öyrənəcəksiniz.
11. Ahrefs Academy Kursları
Ahrefs-in SEO sahəsində fəaliyyət göstərən məşhur şirkətlərdən biridir. Akademiyasında pulsuz tərtib etdiyi kurslar brend tanınırlığını, etibarlılığını və şirkətinizin satışı artırmaq üçün əsasən SEO imkanlarından necə istifadə etməyi öyrədir.
Nə Öyrənəcəksiniz?
Bu kurslar açar söz araşdırması, axtarış motoru optimizasiyasının əsas pinsiplərini, backlink qurma strategiyalarını, texniki SEO üzrə təcrübələri, blog strategiyasının qurulmasını, məqalələrin optimizasiyasını, həmçinin affiliate marketinq və YouTube SEO strategiyalarını öyrənəcəksiniz.
12. Mailerlite Academy Kursları
MailerLite Academy sizə yeni bacarıqlar əldə etməyə, e-mail marketinqdə irəliləməyə kömək edəcək praktiki kurslarla dolu öyrənmə təcrübəsi təmin edir. E-mail marketinqi, marketinq avtomatlaşdırılması, kontent marketinq, e-mail dizaynlarının optimallaşdırılması və daha çox təcrübələri öyrənəcəksiniz.
Nə Öyrənəcəksiniz?
E-mail marketinq ilə maraqlanırsınızsa, bu kurslar böyük kampaniyalar başlatmağınıza kömək edəcək. Video və yazılı kontent birləşməsi ilə e-maillərin dizaynı, e-mailin avtomatlaşdırılması, abuna listini genişləndirmək, e-ticarətdə düzgün istifadə və veb sayt dizaynının incəliklərini öyrənəcəksiniz.
13. Rəqəmsal Marketinq Çərçivələri
Bu kurs rəqəmsal marketinqin təkamülü və bu gün harada olduğu barədə aydın təsəvvür yaradır. Rəqəmsal marketinq strategiyasının üç əsas prinsipini ətraflı şəkildə araşdırır.
Nə Öyrənəcəksiniz?
Bu kursda tədris olunan ilk prinsip yeni i̇stehlakçı səyahəti haqqındadır. Bununla yanaşı mediaya müasir baxış, brendin məqsədi və alıcı persona və nəhayət, rəqəmsal marketinq qıfı haqqında anlayışları əhatə edir.
14. Rəqəmsal Dövrdə Marketinq Kommunikasiyaları
Bu kurs praktiki marketinq kommunikasiyası bacarıqlarını izah etmək üçün nəzəriyyə və modellərdən istifadə edir. İnsan nüanslarının gizləndiyi rəqəmsal dünyada ünsiyyəti düzgün idarə etmək üçün nümunələr təqdim edir. Kurs marketinq kommunikasiyalarının rolun və bu sahədə etik məsələlərə toxunur.
Nə Öyrənəcəksiniz?
Kurs marketinq kommunikasiyalarının rolu, makro modelləri, prosesləri və idarə olunması ilə start götürür. Əlaqə yaradılan zaman ötürülən mesajlar və onların balanslaşdırılması izah olunur. Rəqəmsal kanallar vasitəsilə kommunikasiyanın qurulması, reklam alətləri, reklam kanalları və etik məsələlər əhatə olunur.
Hazır ya Canlı Şəkildə Rəqəmsal Marketinq Kursları?
Hazır rəqəmsal marketinq kursları zamandan və məkandan asılı olmadığından, imkanınız olan vaxt məşğul olaraq şəxsi inkişafınıza təkan verə bilərsiniz. İstədiyiniz zaman rəqəmsal marketinq kurs videolarına baxa və boş vaxtlarınızı ən effektiv şəkildə keçirə bilərsiniz.
Canlı şəkildə kurslar zamanı isə öyrənəcəyiniz məlumatları unutmamaq üçün ardıcıl iştirak etməyiniz vacibdir. Rəqəmsal marketinq kursunda iştirak etdiyiniz zaman müəlliminizlə interaktiv mühitdə olursunuz, anlamadığınız mövzuları, başa düşmədiyiniz hissələri tam başa düşənədək təkrarlaya bilərsiniz.
👨🏫 Siz də canlı şəkildə təşkil olunan Rəqəmsal Marketinq Təliminə qoşularaq bu sahəyə dərindən yiyələnin və axtarılan mütəxəssis olun!
məlumatlandırıcı və faydalı məqalədir
Salam pulsuz reqemsal marketing meqalenizi oxudum bu kursun rehberi sizsiniz ? Ve nece qosulmag olar ?
Reqemsal dünyada marketinq öyrənmək, istəyirəm necə qoşula bilərəm?
Salam. Mende qoşulmaq isteyirem ne etmek lazımdır
Salam qowulmaq ucun ne etmeliyik ?