2026-cı il üzrə SMM Təqvimi və Xüsusi, Əlamətdar Günlər Siyahısı
2026-cı ilin Əlamətdar Günləri əməkdaşlıq etdikləri şirkətlərə uyğun PR Kalendar hazırlayan SMM menecerləri üçün vacibdir. SMM təqvimi planlaşdıran zaman şirkətin missiyası və fəaliyyətinə uyğun olaraq xüsusi əlamətdar günlər seçilməlidir.

Sosial Media üçün təqvim hazırlamaq vaxt aparan prosesdir. Əsas məqsəd sosial media hesablarını idarə etdiyiniz şirkətlər üçün auditoriyaların maraqlarına uyğun kontent planlamasını düzgün etməkdir. Kontent plan üzrə xüsusi əlamətdar günlər üçün yaradacağınız məzmunlarla RTM edə və izləyicilərinizin diqqətini çəkərək orqanik şəkildə qarşılıqlı əlaqə (engagement) dərəcəsini artıra bilərsiniz.
SMM Təqvimi Nədir?
SMM təqvimi, tarixlərə uyğun tərtib edilmiş sosial media paylaşımlarını özündə birləşdirən cədvəldir. Sosial mediadan istifadənizə uyğun olaraq bir çox sosial media platforması üçün kontent hazırlaya biləcəyiniz cədvəl, list, siyahı şəklində ola bilər. Sosial media menecerləri paylaşımları planlaşdırmaq, reklam kampaniyalarını idarə etmək və ümumi strategiyalarını izləmək üçün smm təqvimlərindən istifadə edirlər. Xüsusən bir neçə sosial media hesabını idarə etdiyiniz zaman çox faydalıdır.
Sosial media təqvimini qarşıdan gələcək paylaşımların siyahısını yaratmağa, önəmli günləri bir yerdə görməyə imkan verən redaksiya vasitəsi kimi düşünün.
SMM təqviminizdə aşağıdakıların olması üstünlükdür:
- Paylaşım tarixi və saatı
- Paylaşılacaq sosial media kanalı
- Post formatı (reel, story, tək vizual, karusel və s.)
- Ödənişli reklam edilib-edilməyəcəyi
🎯 SMM və SMM Menecer haqqında biliklərinizi genişləndirin.
Aylar üzrə 2026-cı il üçün SMM Təqvimi
Vaxtınıza qənaət etmək üçün 2026-cı ilin əksər bayramlarını, əlamətdar günləri və dünya üzrə əsas hadisələri özündə əks etdirən bu PR Kalendarı hazırladım. RTM Kampaniyalarınızı düzgün şəkildə planlaşdırmaq üçün bu SMM təqvimi sizə dəstək olacaq.
- 🇦🇿 – Azərbaycana xas özəl günləri
- 🇺🇳 – BMT tərəfindən təsis edilmiş xüsusi günlər
- 🏴 – Matəm, hüzn günləri
Qeyd: Bu səhifədə olan xüsusi günlər yalnız kiçik bir hissəsidir. Daha geniş halda *pdf versiyada mövcuddur.
410-dan çox xüsusi günün yer aldığı 2026-cı ilin Tam SMM Təqvimini *pdf əldə edin!
“2026” promo kodu ilə 20% Endirim
Yanvar Ayı Üçün SMM Təqvimi
| 1 Yanvar | Yeni il Bayramı | |
| 2 Yanvar | Elmi Fantastika GĂĽnĂĽ | |
| 3 Yanvar | Beynəlxalq Ağıl-Bədən Sağlamlığı Günü | |
| 8 Yanvar | ĂśmumdĂĽnya Yazma GĂĽnĂĽ | |
| 11 Yanvar | DĂĽnya Qoruqlar vÉ™ Milli Parklar GĂĽnĂĽ | |
| 14 Yanvar | Dünya Məntiq Günü | |
| 18 Yanvar | DĂĽnya Din GĂĽnĂĽ | |
| 20 Yanvar | Ümumxalq Hüzn Günü | 🏴 |
| 26 Yanvar | Beynəlxalq Gömrük Günü | |
| 27 Yanvar | Beynəlxalq Holokost Qurbanlarını Anma Günü | 🇺🇳 |
| 28 Yanvar | Məlumatların Mühafizəsi Günü | |
| 30 Yanvar | Gömrük İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
Fevral Ayı Üçün SMM Təqvimi
| 1 Fevral | Beynəlxalq Desert Günü | |
| 2 Fevral | Azərbaycan Gəncləri Günü | 🇦🇿 |
| 4 Fevral | Ümumdünya Xərçənglə Mübarizə Günü | |
| 9 Fevral | DĂĽnya Pizza GĂĽnĂĽ | |
| 10 Fevral | Təhlükəsiz İnternet Günü | |
| 11 Fevral | Vergi Xidməti İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 13 Fevral | Dünya Radio Günü | 🇺🇳 |
| 14 Fevral | Azərbaycan Hərbi Hava Qüvvələri Günü | 🇦🇿 |
| 14 Fevral | Sevgililər Günü | |
| 18 Fevral | Şərab İçmə Günü | |
| 21 Fevral | Beynəlxalq Ana Dili Günü | 🇺🇳 |
| 25 Fevral | Su Çərşənbəsi | 🇦🇿 |
| 26 Fevral | Xocalı Soyqırımı Günü | 🏴 |
| 27 Fevral | Ümumdünya Qeyri-Hökumət Təşkilatları (QHT) Günü |
Mart Ayı Üçün SMM Təqvimi
| 1 Mart | ĂśmumdĂĽnya Kompliment GĂĽnĂĽ | |
| 5 Mart | Bədən Tərbiyəsi və İdman Günü | 🇦🇿 |
| 8 Mart | Beynəlxalq Qadınlar Günü | 🇺🇳 |
| 10 Mart | Azərbaycan Milli Teatr Günü | 🇦🇿 |
| 11 Mart | Yel Çərşənbəsi | 🇦🇿 |
| 12 Mart | Daxili Qoşunlar Günü | 🇦🇿 |
| 15 Mart | Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü | |
| 18 Mart | Qlobal Təkrar Emal Günü | |
| 19 Mart | Miqrasiya Orqanları İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 20 Mart | Fransız Dili Günü | 🇺🇳 |
| 20-24 Mart | Novruz Bayramı | 🇦🇿 |
| 20-21 Mart | Ramazan Bayramı | |
| 21 Mart | Beynəlxalq Poeziya Günü | 🇺🇳 |
| 27 Mart | Elm Günü | 🇦🇿 |
| 28 Mart | Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı | 🇦🇿 |
| 31 Mart | Azərbaycanlıların Soyqırımı Günü | 🏴 |
🧑‍🏫 Peşəkar A-da Z-ə SMM Təliminə vaxt itirmədən qeydiyyatdan keç və bu sahədə axtarılan mütəxəssis ol!
Aprel Ayı Üçün SMM Təqvimi
| 1 Aprel | ĂśmumdĂĽnya GĂĽlĂĽĹź GĂĽnĂĽ | |
| 6 Aprel | İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü | 🇺🇳 |
| 7 Aprel | Ümumdünya Sağlamlıq Günü | 🇺🇳 |
| 10 Aprel | İnşaatçılar Günü | 🇦🇿 |
| 12 Aprel | Dünya Aviasiya və Kosmonavtika Günü | 🇺🇳 |
| 18 Aprel | Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü | |
| 23 Aprel | Ümumdünya Kitab və Müəllif Hüquqları Günü | 🇺🇳 |
| 23 Aprel | İspan Dili Günü | 🇺🇳 |
| 25 Aprel | Sahibkarlar Günü | 🇦🇿 |
| 27 Aprel | Beynəlxalq Dizayn Günü | |
| 28 Aprel | Ümumdünya Əməyin Mühafizəsi Günü | 🇺🇳 |
| 30 Aprel | Beynəlxalq Caz Günü | 🇺🇳 |
May Ayı Üçün SMM Təqvimi
| 1 May | Beynəlxalq Əmək Günü | |
| 3 May | Ümumdünya Mətbuat Azadlığı Günü | 🇺🇳 |
| 5 May | Ümumdünya Portuqal Dili Günü | 🇺🇳 |
| 7 May | ĂśmumdĂĽnya ĹžifrÉ™ GĂĽnĂĽ | |
| 8 May | Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü | |
| 9 May | Faşizm Üzərində Qələbə Günü | 🇦🇿 |
| 10 May | Ulu Öndər Heydər Əliyevin Doğum Günü | 🇦🇿 |
| 15 May | Beynəlxalq Ailə Günü | 🇺🇳 |
| 17 May | Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü | 🇺🇳 |
| 21 May | Beynəlxalq Çay Günü | 🇺🇳 |
| 23 May | Ekologiya və Təbii Sərvətlər Nazirliyi İşçilərinin Peşə Bayramı | 🇦🇿 |
| 25 May | Ümumdünya Futbol Günü | 🇺🇳 |
| 28 May | Müstəqillik Günü | 🇦🇿 |
| 31 May | Ümumdünya Tütünlə Mübarizə Günü | 🇺🇳 |
İyun Ayı Üçün SMM Təqvimi
| 1 İyun | Uşaqların Beynəlxalq Müdafiəsi Günü | |
| 2 İyun | Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 5 İyun | Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 6 İyun | Beynəlxalq Rus Dili Günü | 🇺🇳 |
| 7 İyun | Ümumdünya Qida Təhlükəsizliyi Günü | 🇺🇳 |
| 15 İyun | Milli Qurtuluş Günü | 🇦🇿 |
| 17 İyun | Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 18 İyun | İnsan Hüquqları Günü | 🇦🇿 |
| 20 İyun | Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 21 İyun | Atalar Günü | |
| 21 İyun | Beynəlxalq Yoqa Günü | 🇺🇳 |
| 23 İyun | Dövlət Qulluqçularının Peşə Bayramı Günü | 🇦🇿 |
| 24 İyun | Maşınqayırma Sənayesi İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 26 İyun | Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü | 🇦🇿 |
| 27 İyun | Mikro, Kiçik və Orta Müəssisələr Günü | 🇺🇳 |
| 30 İyun | Ümumdünya Sosial Media Günü |
İyul Ayı Üçün SMM Təqvimi
| 2 İyul | Azərbaycan Polisi Günü | 🇦🇿 |
| 4 İyul | Beynəlxalq Kooperativlər Günü | 🇺🇳 |
| 7 İyul | Dünya Şokolad Günü | |
| 9 İyul | Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü | 🇦🇿 |
| 11 İyul | Ümumdünya Əhali Günü | 🇺🇳 |
| 17 İyul | Ümumdünya Ədalət Günü | |
| 20 İyul | Beynəlxalq Şahmat Günü | 🇺🇳 |
| 22 İyul | Milli Mətbuat və Jurnalistika Günü | 🇦🇿 |
| 22 İyul | Ümumdünya Beyin Günü | |
| 28 İyul | Ümumdünya Hepatitlə Mübarizə Günü | 🇺🇳 |
| 30 İyul | Beynəlxalq Dostluq Günü | 🇺🇳 |
Avqust Ayı Üçün SMM Təqvimi
| 1 Avqust | Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü | 🇦🇿 |
| 2 Avqust | Azərbaycan Kinosu Günü | 🇦🇿 |
| 5 Avqust | Hərbi Donanma Günü | 🇦🇿 |
| 5 Avqust | Beynəlxalq İşıqfor Günü | |
| 7 Avqust | Beynəlxalq Pivə Günü | |
| 9 Avqust | Kitabsevərlər Günü | |
| 12 Avqust | Beynəlxalq Gənclər Günü | 🇺🇳 |
| 15 Avqust | Beynəlxalq Sahibsiz Heyvanlar Günü | |
| 18 Avqust | Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günü | 🇦🇿 |
| 19 Avqust | ĂśmumdĂĽnya Fotoqrafiya GĂĽnĂĽ | |
| 23 Avqust | Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 26 Avqust | Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın Doğum Günü | 🇦🇿 |
| 26 Avqust | Laçın Şəhəri Günü | 🇦🇿 |
| 26 Avqust | Beynəlxalq Azərbaycan Muğamı Günü | 🇦🇿 |
| 27 Avqust | Ümumdünya Göl Günü | 🇺🇳 |
Sentyabr Ayı Üçün SMM Təqvimi
| 6 Sentyabr | Beynəlxalq Kitab Oxuma Günü | |
| 7 Sentyabr | Beynəlxalq Polis Əməkdaşlığı Günü | 🇺🇳 |
| 15 Sentyabr | Bilik Günü | 🇦🇿 |
| 16 Sentyabr | Beynəlxalq Ozon Qatının Qorunması Günü | 🇺🇳 |
| 18 Sentyabr | Milli Musiqi Günü (Üzeyir Hacıbəyovun Doğum Günü) | 🇦🇿 |
| 20 Sentyabr | Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü | 🇦🇿 |
| 20 Sentyabr | Neftçilər Günü | 🇦🇿 |
| 21 Sentyabr | Beynəlxalq Sülh Günü | 🇺🇳 |
| 27 Sentyabr | Dünya Turizm Günü | 🇺🇳 |
| 27 Sentyabr | Anım Günü | 🏴 |
| 29 Sentyabr | Turizm İşçiləri Günü | 🇦🇿 |
| 30 Sentyabr | Beynəlxalq Tərcümə Günü | 🇺🇳 |
💡 Bu siyahıdakı özüəl günləri mütləq SMM Strategiyası quraraq istifadə edin!
Oktyabr Ayı Üçün SMM Təqvimi
| 1 Oktyabr | Prokurorluq İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 1 Oktyabr | Beynəlxalq Qəhvə Günü | |
| 1 Oktyabr | DĂĽnya Vegetarian GĂĽnĂĽ | |
| 2 Oktyabr | Beynəlxalq Zorakılığa Qarşı Mübarizə Günü | 🇺🇳 |
| 4 Oktyabr | Heyvanların Beynəlxalq Müdafiəsi Günü | |
| 5 Oktyabr | Beynəlxalq Müəllimlər Günü | 🇺🇳 |
| 7 Oktyabr | Dünya Pambıq Günü | 🇺🇳 |
| 10 Oktyabr | Yanğınsöndürənlərin Peşə Bayramı Günü | 🇦🇿 |
| 11 Oktyabr | Beynəlxalq Qızlar Günü | 🇺🇳 |
| 13 Oktyabr | Dəmiryolu İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 18 Oktyabr | Müstəqilliyin Bərpası Günü | 🇦🇿 |
| 20 Oktyabr | Ümumdünya Statistika Günü | 🇺🇳 |
| 24-31 Oktyabr | Qlobal Media və İnformasiya Savadlılığı Həftəsi | 🇺🇳 |
| 31 Oktyabr | Dünya Şəhərlər Günü | 🇺🇳 |
Noyabr Ayı Üçün SMM Təqvimi
| 1 Noyabr | Kənd Təsərrüfatı İşçiləri Günü | 🇦🇿 |
| 6 Noyabr | Azərbaycan Televiziyası və Radiosu Günü | 🇦🇿 |
| 8 Noyabr | Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 10 Noyabr | Sülh və İnkişaf Naminə Dünya Elm Günü | 🇺🇳 |
| 12 Noyabr | Konstitusiya Günü | 🇦🇿 |
| 14 Noyabr | Ümumdünya Diabetlə Mübarizə Günü | 🇺🇳 |
| 17 Noyabr | Milli Dirçəliş Günü | 🇦🇿 |
| 17 Noyabr | Beynəlxalq Tələbə Günü | |
| 19 Noyabr | Beynəlxalq Kişilər Günü | |
| 20 Noyabr | Ümumdünya Uşaq Hüquqları Günü | 🇺🇳 |
| 21 Noyabr | Ümumdünya Televiziya Günü | 🇺🇳 |
| 22 Noyabr | Ədliyyə İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 25 Noyabr | Qadın Zorakılığına Qarşı Mübarizə Günü | 🇺🇳 |
| 30 Noyabr | Kiber Bazar Ertəsi |
Dekabr Ayı Üçün SMM Təqvimi
| 1 Dekabr | QİÇS-ə Qarşı Beynəlxalq Mübarizə Günü | 🇺🇳 |
| 5 Dekabr | Beynəlxalq Könüllülər Günü | 🇺🇳 |
| 6 Dekabr | Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 7 Dekabr | Beynəlxalq Mülki Aviasiya Günü | 🇺🇳 |
| 10 Dekabr | Ümumdünya İnsan Hüquqları Günü | 🇺🇳 |
| 12 Dekabr | Ümummilli Lider Heydər Əliyevin Anım Günü | 🏴 |
| 16 Dekabr | Fövqəladə Hallar Nazirliyi İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 17 Dekabr | Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 21 Dekabr | Ümumdünya Meditasiya Günü | 🇺🇳 |
| 24 Dekabr | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Doğum Günü | 🇦🇿 |
| 25 Dekabr | Təyyarə Faciəsinin İldönümü | 🏴 |
| 29 Dekabr | “ASAN Xidmət” İşçilərinin Peşə Bayramı Günü | 🇦🇿 |
| 31 Dekabr | Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü | 🇦🇿 |
PR Kalendar Nə Üçün Önəmlidir?
Yaxşı marketinq kampaniyalarının planlaşdırılması vaxt tələb edir. Əgər siz onlayn satışla məşğul olursunuzsa, reklamlarınızı əvvəlcədən planlaşdırmağın nə qədər vacib olduğunu bilirsiniz. Sosial media kanalları üçün hazırlayacağınız PR Kalendar sizə və komandanıza qarşıdan gələn xüsusi günləri görməyə və əvvəlcədən marketinq kampaniyaları yaratmağa imkan verir.
SMM Təqvimini Necə İstifadə Etmək Olar?
Hər biznes fərqlidir. Biznes və marketinq məqsədlərinizi nəzərə alaraq, biznesinizə ən uyğun bayramları və əlamətdar günləri seçin. SMM Təqvimində olan hər hadisəsini sosial media kanallarınızda paylaşaraq izləyicilərinizi markanızla əlaqəsi olmayan lazımsız məlumatla boğmayın. Bunun əvəzinə, biznesiniz üçün uyğun hadisələri seçin və onların ətrafında fəal şəkildə marketinq kampaniyalarını planlaşdırın.




zəhmət olmasa mənə pdf formada göndərə biləriniz təqvimi?