15 Ən Yaxşı Ödənişsiz Rəqəmsal Marketinq Kursları ilə Peşəkar Olun

Dünyanın top universitetlərinin və ekspertlərinin tam ödənişsiz Rəqəmsal Marketinq Kursları ilə bu sahənin incəliklərini öyrənmək mümkündür. Universitetlər, onlayn platformalar və rəqəmsal marketinq mütəxəssisləri tərəfindən təklif olunan kifayət qədər keyfiyyətli və pulsuz rəqəmsal marketinq kursları var.

Ödənişsiz Rəqəmsal Marketinq kurslarından bəzilərini bitirdikdə sertifikatla da təmin edir ki, portfolionuzda və LinkedIn hesabınızda göstərə bilərsiniz.

Ən Yaxşı Ödənişsiz Rəqəmsal Marketinq Kursları

İnternetdə çox sayda ödənişsiz şəkildə yayımlanmış Rəqəmsal Marketinq kursları mövcuddur. Bu bloq yazısında Rəqəmsal Marketinq sahəsində müəyyən təcrübəyə sahib olmaq istəməsindən asılı olmayaraq hər kəs üçün 15 ən yaxşı hesab olunan ödənişsiz Rəqəmsal Marketinq kursları sıralanıb.

Pulsuz Rəqəmsal Marketinq Kursları Keyfiyyətlidir?

Pulsuz rəqəmsal marketinq kursları tərtib etmiş veb saytlar və sertifikat proqramları yüksək səviyyəli şirkətlərin onlayn rəqəmsal marketinq təlimləri ilə qarışdırılmamalıdır. Pulsuz rəqəmsal marketinq kursları adətən bir neçə saatlıq əsas məlumatları əhatə edir. Google, Bing, Hubspot və s. şirkətlərin kursları ödənişsiz olsalar belə başlanğıc səviyyədən orta dərəcəyə qədər öz istiqamətlərində tələbələri öyrədirlər.

Rəqəmsal marketinq mütəxəssisi, SEO mütəxəssisi və ya sosial media mütəxəssisi kimi karyera qurmağı planlaşdırırsınızsa, baza məlumatları əldə etmək üçün pulsuz onlayn rəqəmsal marketinq kurslarına qoşula bilərsiniz.

Bu Sahəni Dərindən Öyrənmək Üçün Tam Professional Şəkildə Təşkil Olunan A-dan Z-ə Rəqəmsal Marketinq Kursuna Siz də Qoşulun!

Rəqəmsal Marketinq Üzrə Ödənişsiz Kurslar

Rəqəmsal marketinq sahəsinin sürətlə dəyişməsinə ayaq uydurmaq vacibdir. Marketinq mütəxəssisi olmağınızdan və ya sadəcə bacarıqlarınızı təkmilləşdirmək istəməyinizdən asılı olmayaraq bu ödənişsiz kurslar sizə köməyinizə çatacaq. Siyahıda yer alan pulsuz rəqəmsal marketinq kursları: sosial media marketinqindən tutmuş məzmunun yaradılmasına qədər geniş mövzuları əhatə edir. Bu fürsətdən istifadə edib özünüzə investisiya etməyə tələsin və elə indi öyrənməyə başlayın.  

1. Rəqəmsal Marketinqin Əsasları

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Rəqəmsal Marketinqin Əsasları

26 moduldan ibarət bu ödənişsiz kurs ilə onlayn tanınırlığın artırılması, düzgün auditoriyanın tapılması və satışları artırmaq üçün rəqəmsal marketinq reklamlarından istifadənin əsaslarını öyrənəcəksiniz. Kurs google təlimçiləri tərəfindən tədris olunur və uğurlu marketinq strategiyası üzrə real nümunələr də öz əksini tapır.

Nə Öyrənəcəksiniz?

Google My Business, Google Ads və Google Analytics kimi onlayn marketinq alətləri ilə tanış olacaqsınız. Yekunda imtahandan uğurla keçsəniz, sertifikat da əldə edəcəksiniz.

2. Google Reklamları üzrə Sertifikasiya Kursları

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Google Reklamları üzrə Sertifikasiya Kursları

Google Reklamlarından istifadə etməyə başlamaq istəyirsinizsə, lakin haradan başlayacağınızı bilmirsinizsə, bu kurslar sizin üçündür.

Nə Öyrənəcəksiniz?

Bu proqram Google’un müxtəlif reklam alətlərinə yiyələnmək üçün hər biri üzrə sertifikat verən, 6 pulsuz kursdan ibarətdir. Məsələn, müştərilərin Google-un ilk səhifəsində reklamlar vasitəsilə biznesinizi tapmasını istədiyinizi bilirsinizsə, Google Search reklamları üzrə kursu seçə bilərsiniz. Vizuallar ilə daha çox diqqət çəkmək üçün Google Ads Creative kursunu seçəməyiniz lazımdır və s. 

Hər bir kursa sertifikat imtahanı da daxildir. İmtahandan keçsəniz, sertifikatınızı CV və LinkedIn profilinizə əlavə edə bilərsiniz.

3. Meta Blueprint Marketinq Kursları

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Meta Blueprint Marketinq Kursları

Facebook şirkəti Meta-ya rebrendinq etdikdən sonra biznes sahiblərinə marketinq təcrübələri öyrənməyə kömək etmək üçün bir neçə ödənişsiz rəqəmsal maketinq kurslarını da paylaşdı.

Nə Öyrənəcəksiniz?

Auditoriyanızı anlamaq və biznesinizi onlayna yönləndirməklə satışlarınızı artırmağa əsaslanan, meta business manager‘in incəliklərini öyrədən 10-dan çox pulsuz kurs təklif edir.

Kursları uğurla başa vurduqdan sonra bacarıqlarınızı sübut etmək üçün səkkiz fərqli sertifikat imtahanından keçərək sertifikat əldə edəcəksiniz.

4. Rəqəmsal Dünyada Marketinq

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Rəqəmsal Dünyada Marketinq

Bu kurs müştəriləri cəlb etmək üçün müasir dövr strategiyalarından necə istifadə edə biləcəklərini anlamaq istəyən marketoloqlar üçün mükəmməldir. Pulsuz olaraq təqdim olunan bu kurs İllinoys Universitetinin Rəqəmsal Marketinq İxtisaslaşması və MBA proqramının bir hissəsidir.

Nə Öyrənəcəksiniz?

Coursera-da ən populyar olan pulsuz marketinq kurslarından biridir, bu günə qədər 500.000-dən çox tələbə qeydiyyatdan keçib və 98% bəyənilmə dərəcəsi var. İllinoys Universitetinin professoru tərəfindən tədris olunan bu kurs marketinq strategiyaları və taktikalarının rəqəmsal dünyaya çevrilməsini, texnologiyanın marketinq gücünün istehlakçılara necə rahatlıq yaratdığını öyrədir.

Kurslarla yanaşı, tövsiyə etdiyim 72 Marketinq Bloqunu izləməklə, daim bu sahələr üzrə özünüzü inkişaf etdirə biləcəksiniz.

5. Inbound Marketinq Kursu

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Inbound Marketinq Kursu

HubSpot-un Inbound Marketing kursu adından da göründüyü kimi inbound (daxil olan) marketinqin əsaslarını öyrənmək istəyən hər kəs üçündür. Tam pulsuz kurs proqramı həm video, həm də mətn formatında ibarət 6 müxtəlif dərsdən və 2 saatlıq tədris materialından ibarətdir.

Nə Öyrənəcəksiniz?

Bu kursda siz inbound marketinqin əsaslarını öyrənəcək və ideal müştərinizi cəlb edən kontent yaradacaqsınız. Bu kurs sizə “Flywheel” modeli ilə biznesinizi necə inkişaf etdirməyi və potensial alıcılarınızı (buyer persona) inkişaf etdirməyi öyrədəcək. Dərsləri və testləri bitirdikdən sonra HubSpot sertifikatına sahib olacaqsınız.

6. Sosial Media Strategiyasına Giriş

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Sosial Media Strategiyasına Giriş

Bu vebinar tipli kurs Instagram, Facebook, TikTok və Twitter kimi istənilən platformada sadə sosial media strategiyası qurmaq istəyən hər kəs üçündür.

Nə Öyrənəcəksiniz?

Bu 45 dəqiqəlik kurs sizə auditoriyanızla əlaqədə qalmaq və satışlarınızı artırmaq üçün güclü SMM strategiyası yaratmağa kömək edəcək.

Peşəkar Sosial Media Mütəxəssisi olmaq üçün vaxt itirmədən SMM Kursuna qeydiyyatdan keçin!

7. Semrush Academy Kursları

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Semrush Academy Kursları

Semrush ən uğurlu rəqəmsal marketinq analitika alətlərindən biri üzrə şirkətdir. İstifadəçilərə daha yaxşı xidmət göstərmək üçün bir sıra pulsuz rəqəmsal marketinq kursları olan akademiya yaradıblar.

Nə Öyrənəcəksiniz?

Kurslar həm əsas, həm də qabaqcıl anlayışları əhatə edir və bəzi kurslar Semrush-dan necə istifadə ediləcəyi ilə bağlı olsa da, SEO-nun əsasları, PPC əsasları, texniki SEO və sosial media marketinqi kimi ümumi anlayışları əhatə edən kurslar da var.

Bu kursların üstün cəhəti odur ki, öz sahələrinin mütəxəssisləri tərəfindən tədris olunur və onlar müxtəlif anlayışları izah etməklə yanaşı, onları praktikada tətbiq etməyi öyrədirlər.

SEO üzrə kurslardan kifayət qədər məlumat əldə etmək mümkündür. SEO-nun nə olduğunu incələmək üçün isə SEO Nədir? mövzusuna göz atın.

8. Optinmonster Rəqəmsal Marketinq Təlimi

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Optinmonster Rəqəmsal Marketinq Təlimi

Optinmonster veb-sayt üzrə dönüşümləri (conversion) artırmaq üçün ən uğurlu vasitələrdən biridir. İstifadəçiləri maarifləndirmək üçün e-mail marketinqi və dönüşümlərin optimallaşdırılması ilə bağlı mövzuları əhatə edən bir sıra pulsuz kurslar yaratmışlar.

Nə Öyrənəcəksiniz?

Optinmonster akademiyada bütün rəqəmsal marketinq mövzuları üzrə kurslar olmasa da, sırf bu ödənişsiz kursa baxmağa dəyər, çünki vebsayta trafik çəkməyi bacardıqdan sonra dönüşümlərə ehtiyacınız olacaq və bu kurslardan öyrənəcəyiniz şey budur. Həm yeni başlayanlar, həm də peşəkarlar üçün uyğundur.

9. TikTok-da Şəxsi Brendinq Necə Qurmaq Lazımdır

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - TikTok-da Şəxsi Brendinq Necə Qurmaq Lazımdır

TikTok sosial şəbəkəsinin sürətlə yüksələn istifadəçi sayı, bir çox insanın bu kanalda keyfiyyətli kontentlər hazırlamasına və inkişafına təsir göstərir. Bu səbəbdən də Influencer Marketing Hub platforması kontent yaradan şəxsli düşünərək belə bir pulsuz kurs hazırlayıb.

Nə Öyrənəcəksiniz?

11 moduldan ibarət  bu kursda TikTok-da davamlı izləyici artırmaq və əldə saxlamaq üçün əsas mülahizələr əks olunur. TikTok hesabı yaratmaq, hədəf auditoriyasının müəyyənləşdirilməsi və TikTok canlı yayımlarından pul qazanmağın yollarını bu kursdan öyrənəcəksiniz. Siz həmçinin TikTok-dakı influencer ilə aparılmış dərin müsahibələrə baxa biləcəksiniz.

10. Yoast ilə Onlayn SEO Təlimi

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Yoast ilə Onlayn SEO Təlimi

Yoast tanınmış SEO optimallaşdırma alətidir və təlim kurslarının pulsuz versiyası başlanğıc səviyyəni təmin edir. Yoast SEO akademiyasına tələbələrə öyrəndiklərini praktikada tətbiq etməyə kömək edən kurslar və istifadəyə hazır SEO şablonları daxildir. 350,000-dən çox tələbə pulsuz kursu bitirib və SEO-nun ən yaxşı təcrübələrini öyrənmək üçün populyar seçim olaraq qalır.

Nə Öyrənəcəksiniz?

Başlanğıc SEO texnikaları, Yoast SEO WordPress plaginindən istifadə, strukturlaşdırılmış məlumatlarla işləməyi bu kurs vasitəsilə mənimsəyəcəksiniz.

11. Rəqəmsal Marketinq 101

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Rəqəmsal Marketinq 101

Bu pulsuz Rəqəmsal Marketinq 101 kursu Simplilearn-ın SkillUp platformasındadır. Kurrikulumda əhatə olunan əsas mövzular rəqəmsal marketinq, marketinq analitikası və mobil marketinqdir. Kursu təxminən 3 saat ərzində bitirmək mümküdür.

Nə Öyrənəcəksiniz?

Daha yaxşı istifadəçi cəlbetmə strategiyalarına nail olmaq üçün rəqəmsal marketinqin əsaslarını öyrənəcəksiniz. Sizi rəqəmsal marketinqin əsasları ilə təchiz etmək üçün nəzərdə tutulmuş bu kurs, biznesinizə ölçülə bilən təsir göstərən səmərəli marketinq üsulları haqqında anlayışları əhatə edir.

12. Orta və Peşəkar Səviyyə Marketinq Atribusiyası

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Orta və Peşəkar Səviyyə Marketinq Atribusiyası

Ruler Analytics, satışlarınızı potentsial müştərilərinizlə əlaqələndirməyin yollarını tapmağınız üçün öyrənə biləcəyiniz resurs kimi Attribution Akademiyasını yaratdı. Bir çox şirkətlər potensial müştəri yaratma səylərinin satışlara necə təsir etdiyini başa düşməkdə çətinlik çəkir və bu, reklam xərclərini və marketinq büdcələrini idarə etməyi çətinləşdirə bilər. Atribusiya mühüm marketinq bacarığıdır və burada əsas və peşəkar səviyyədə iki pulsuz kurs mövcuddur.

Nə Öyrənəcəksiniz?

Tam pulsuz bu kurslar sayəsində Marketinq atribusiyasının əsaslarını, CRM-in marketinq atribusiyalarına inteqrasiyasını, Marketinq atribusiya modellərinin növlərini mənimsəyəcəksiniz.

13. Bing Reklamları üzrə Sertifikasiya Kursları

Bing Reklamları üzrə Sertifikasiya Kursları

Məşhur axtarış motorlarından biri olan Bing, öz reklam platforması üzrə 3 ayrı kursu pulsuz şəkildə yayımlayıb: Axtarış, Lokal və Alış-veriş.

Nə Öyrənəcəksiniz?

Microsoft Advertising platforması, ən yaxşı axtarış təcrübələri daxil olmaqla, axtarış reklamı ekosistemi haqqında anlayışları, lokal və alış-veriş reklamları haqqında anlayışları dərinləməsinə öyrənəcəksiniz. 

Hər bir kurs üzrə sertifikat əldə edə bilərsiniz. Bu imtahanların hər 3-ünü keçsəniz, siz avtomatik olaraq Microsoft Advertising Certified Professional (MACP) statusuna sahib olursunuz.

14. E-mail Marketinq Kursu

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - E-mail Marketinq Kursu

Fərasətli rəqəmsal marketoloqlar effektiv e-mail marketinq kampaniyalarını necə həyata keçirməyi bilməlidirlər və Sendinblue Akademiyasının pulsuz e-mail marketinq kursu sizə bunu etməyə kömək edəcək.

Nə Öyrənəcəksiniz?

E-poçt marketinqi üzrə bu kurs sizə A/B testi, e-poçt göndərilməsini əv çatdırılma dərəcəsini, seqmentasiya və hətta GDPR haqqında öyrədəcək. Hətta abunəçi siyahısının yaradılması strategiyalarını, mesajı açma sürəti və klik dərəcəsi kimi əsas performans göstəricilərini necə optimallaşdırmağı də öyrədir.

Rəsmi sertifikatı qazanmaq üçün 63 video material, anlayış və terminləri yoxlayan 62 sualdan və bilikləri tamamlamağa kömək edəcək dörd elektron kitabdan ibarət səkkiz modul kursu keçməlisiniz.

15. Biznesiniz üçün Bloq İnkişaf Etdirmək

Ödənişsiz Rəqəmsal Marketinq Kursları - Biznesiniz üçün Bloq İnkişaf Etdirmək

Ahrefs-in pulsuz tərtib etdiyi Biznes üçün Bloq İnkişafı kursu brend tanınırlığını, etibarlılığını və şirkətinizin satışı artırmaq üçün istifadə etdiyi taktikalardan necə istifadə etməyi öyrədir.

Nə Öyrənəcəksiniz?

11 moduldan ibarət kurs bloqları inkişaf etdirmək, trafik potensialını və müəyyən bir açar söz üçün çətinlik sıralamasını təhlil etmək, ən yaxşı açar sözlər və ifadələr üçün axtarış trafikini artırmaq, məzmununuzu tanıtmaq və s. strategiyaları əhatə edir.

Hazır ya Canlı Şəkildə Rəqəmsal Marketinq Kursları?

Hazır rəqəmsal marketinq kursları zamandan və məkandan asılı olmadığından, imkanınız olan vaxt məşğul olaraq şəxsi inkişafınıza təkan verə bilərsiniz. İstədiyiniz zaman rəqəmsal marketinq kurs videolarına baxa və boş vaxtlarınızı ən effektiv şəkildə keçirə bilərsiniz. 

Canlı şəkildə kurslar zamanı isə öyrənəcəyiniz məlumatları unutmamaq üçün ardıcıl iştirak etməyiniz vacibdir. Rəqəmsal marketinq kursunda iştirak etdiyiniz zaman müəlliminizlə interaktiv mühitdə olursunuz, anlamadığınız mövzuları, başa düşmədiyiniz hissələri tam başa düşənədək təkrarlaya bilərsiniz.

Siz də canlı şəkildə təşkil olunan Rəqəmsal Marketinq Təliminə qoşularaq bu sahəyə dərindən yiyələnin və axtarılan mütəxəssis olun!

İstifadə olunmuş mənbələr: 1 / 2 / 3

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button