2026-cı il üzrə SMM Təqvimi və Xüsusi, Əlamətdar Günlər Siyahısı

2026-cı ilin Əlamətdar Günləri əməkdaşlıq etdikləri şirkətlərə uyğun PR Kalendar hazırlayan SMM menecerləri üçün vacibdir. SMM təqvimi planlaşdıran zaman şirkətin missiyası və fəaliyyətinə uyğun olaraq xüsusi əlamətdar günlər seçilməlidir.

PR Kalendar, SMM Təqvimi, Xüsusi Günlər 2023-cü il üçün

Sosial Media üçün təqvim hazırlamaq vaxt aparan prosesdir. Əsas məqsəd sosial media hesablarını idarə etdiyiniz şirkətlər üçün auditoriyaların maraqlarına uyğun kontent planlamasını düzgün etməkdir. Kontent plan üzrə xüsusi əlamətdar günlər üçün yaradacağınız məzmunlarla RTM edə və izləyicilərinizin diqqətini çəkərək orqanik şəkildə qarşılıqlı əlaqə (engagement) dərəcəsini artıra bilərsiniz.

SMM Təqvimi Nədir?

SMM təqvimi, tarixlərə uyğun tərtib edilmiş sosial media paylaşımlarını özündə birləşdirən cədvəldir. Sosial mediadan istifadənizə uyğun olaraq bir çox sosial media platforması üçün kontent hazırlaya biləcəyiniz cədvəl, list, siyahı şəklində ola bilər. Sosial media menecerləri paylaşımları planlaşdırmaq, reklam kampaniyalarını idarə etmək və ümumi strategiyalarını izləmək üçün smm təqvimlərindən istifadə edirlər. Xüsusən bir neçə sosial media hesabını idarə etdiyiniz zaman çox faydalıdır.

Sosial media təqvimini qarşıdan gələcək paylaşımların siyahısını yaratmağa, önəmli günləri bir yerdə görməyə imkan verən redaksiya vasitəsi kimi düşünün.

SMM təqviminizdə aşağıdakıların olması üstünlükdür:

  • Paylaşım tarixi vÉ™ saatı
  • Paylaşılacaq sosial media kanalı
  • Post formatı (reel, story, tÉ™k vizual, karusel vÉ™ s.)
  • Ă–dÉ™niĹźli reklam edilib-edilmÉ™yÉ™cÉ™yi

🎯 SMM və SMM Menecer haqqında biliklərinizi genişləndirin.

Aylar üzrə 2026-cı il üçün SMM Təqvimi

Vaxtınıza qənaət etmək üçün 2026-cı ilin əksər bayramlarını, əlamətdar günləri və dünya üzrə əsas hadisələri özündə əks etdirən bu PR Kalendarı hazırladım. RTM Kampaniyalarınızı düzgün şəkildə planlaşdırmaq üçün bu SMM təqvimi sizə dəstək olacaq.

  • 🇦🇿 – AzÉ™rbaycana xas özÉ™l gĂĽnlÉ™ri
  • 🇺🇳 – BMT tÉ™rÉ™findÉ™n tÉ™sis edilmiĹź xĂĽsusi gĂĽnlÉ™r
  • 🏴 – MatÉ™m, hĂĽzn gĂĽnlÉ™ri

Qeyd: Bu səhifədə olan xüsusi günlər yalnız kiçik bir hissəsidir. Daha geniş halda *pdf versiyada mövcuddur.

410-dan çox xüsusi günün yer aldığı 2026-cı ilin Tam SMM Təqvimini *pdf əldə edin!
“2026” promo kodu ilə 20% Endirim

Yanvar Ayı Üçün SMM Təqvimi

1 YanvarYeni il Bayramı
2 YanvarElmi Fantastika GĂĽnĂĽ
3 YanvarBeynəlxalq Ağıl-Bədən Sağlamlığı Günü
8 YanvarĂśmumdĂĽnya Yazma GĂĽnĂĽ
11 YanvarDĂĽnya Qoruqlar vÉ™ Milli Parklar GĂĽnĂĽ
14 YanvarDünya Məntiq Günü
18 YanvarDĂĽnya Din GĂĽnĂĽ
20 YanvarÜmumxalq Hüzn Günü🏴
26 YanvarBeynəlxalq Gömrük Günü
27 YanvarBeynəlxalq Holokost Qurbanlarını Anma Günü🇺🇳
28 YanvarMəlumatların Mühafizəsi Günü
30 YanvarGömrük İşçilərinin Peşə Bayramı Günü🇦🇿

Fevral Ayı Üçün SMM Təqvimi

1 FevralBeynəlxalq Desert Günü
2 FevralAzərbaycan Gəncləri Günü🇦🇿
4 FevralÜmumdünya Xərçənglə Mübarizə Günü
9 FevralDĂĽnya Pizza GĂĽnĂĽ
10 FevralTəhlükəsiz İnternet Günü
11 FevralVergi Xidməti İşçilərinin Peşə Bayramı Günü🇦🇿
13 FevralDünya Radio Günü🇺🇳
14 FevralAzərbaycan Hərbi Hava Qüvvələri Günü🇦🇿
14 FevralSevgililər Günü
18 FevralŞərab İçmə Günü
21 FevralBeynəlxalq Ana Dili Günü🇺🇳
25 FevralSu Çərşənbəsi🇦🇿
26 FevralXocalı Soyqırımı Günü🏴
27 FevralÜmumdünya Qeyri-Hökumət Təşkilatları (QHT) Günü

Mart Ayı Üçün SMM Təqvimi

1 MartĂśmumdĂĽnya Kompliment GĂĽnĂĽ
5 MartBədən Tərbiyəsi və İdman Günü🇦🇿
8 MartBeynəlxalq Qadınlar Günü🇺🇳
10 MartAzərbaycan Milli Teatr Günü🇦🇿
11 MartYel Çərşənbəsi🇦🇿
12 MartDaxili Qoşunlar Günü🇦🇿
15 MartÜmumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü
18 MartQlobal Təkrar Emal Günü
19 MartMiqrasiya Orqanları İşçilərinin Peşə Bayramı Günü🇦🇿
20 MartFransız Dili Günü🇺🇳
20-24 MartNovruz Bayramı🇦🇿
20-21 MartRamazan Bayramı
21 MartBeynəlxalq Poeziya Günü🇺🇳
27 MartElm Günü🇦🇿
28 MartMilli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı🇦🇿
31 MartAzərbaycanlıların Soyqırımı Günü🏴

🧑‍🏫 Peşəkar A-da Z-ə SMM Təliminə vaxt itirmədən qeydiyyatdan keç və bu sahədə axtarılan mütəxəssis ol!

Aprel Ayı Üçün SMM Təqvimi

1 AprelĂśmumdĂĽnya GĂĽlĂĽĹź GĂĽnĂĽ
6 Aprelİnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü🇺🇳
7 AprelÜmumdünya Sağlamlıq Günü🇺🇳
10 Aprelİnşaatçılar Günü🇦🇿
12 AprelDünya Aviasiya və Kosmonavtika Günü🇺🇳
18 AprelBeynəlxalq Abidələr və Tarixi Yerlər Günü
23 AprelÜmumdünya Kitab və Müəllif Hüquqları Günü🇺🇳
23 Aprelİspan Dili Günü🇺🇳
25 AprelSahibkarlar Günü🇦🇿
27 AprelBeynəlxalq Dizayn Günü
28 AprelÜmumdünya Əməyin Mühafizəsi Günü🇺🇳
30 AprelBeynəlxalq Caz Günü🇺🇳

May Ayı Üçün SMM Təqvimi

1 MayBeynəlxalq Əmək Günü
3 MayÜmumdünya Mətbuat Azadlığı Günü🇺🇳
5 MayÜmumdünya Portuqal Dili Günü🇺🇳
7 MayĂśmumdĂĽnya ĹžifrÉ™ GĂĽnĂĽ
8 MayÜmumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü
9 MayFaşizm Üzərində Qələbə Günü🇦🇿
10 MayUlu Öndər Heydər Əliyevin Doğum Günü🇦🇿
15 MayBeynəlxalq Ailə Günü🇺🇳
17 MayÜmumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü🇺🇳
21 MayBeynəlxalq Çay Günü🇺🇳
23 MayEkologiya və Təbii Sərvətlər Nazirliyi İşçilərinin Peşə Bayramı🇦🇿
25 MayÜmumdünya Futbol Günü🇺🇳
28 MayMüstəqillik Günü🇦🇿
31 MayÜmumdünya Tütünlə Mübarizə Günü🇺🇳

İyun Ayı Üçün SMM Təqvimi

1 İyunUşaqların Beynəlxalq Müdafiəsi Günü
2 İyunMülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü🇦🇿
5 İyunSu Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü🇦🇿
6 İyunBeynəlxalq Rus Dili Günü🇺🇳
7 İyunÜmumdünya Qida Təhlükəsizliyi Günü🇺🇳
15 İyunMilli Qurtuluş Günü🇦🇿
17 İyunAzərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü🇦🇿
18 İyunİnsan Hüquqları Günü🇦🇿
20 İyunQaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü🇦🇿
21 İyunAtalar Günü
21 İyunBeynəlxalq Yoqa Günü🇺🇳
23 İyunDövlət Qulluqçularının Peşə Bayramı Günü🇦🇿
24 İyunMaşınqayırma Sənayesi İşçilərinin Peşə Bayramı Günü🇦🇿
26 İyunAzərbaycan Respublikası Silahlı Qüvvələri Günü🇦🇿
27 İyunMikro, Kiçik və Orta Müəssisələr Günü🇺🇳
30 İyunÜmumdünya Sosial Media Günü

İyul Ayı Üçün SMM Təqvimi

2 İyulAzərbaycan Polisi Günü🇦🇿
4 İyulBeynəlxalq Kooperativlər Günü🇺🇳
7 İyulDünya Şokolad Günü
9 İyulDiplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü🇦🇿
11 İyulÜmumdünya Əhali Günü🇺🇳
17 İyulÜmumdünya Ədalət Günü
20 İyulBeynəlxalq Şahmat Günü🇺🇳
22 İyulMilli Mətbuat və Jurnalistika Günü🇦🇿
22 İyulÜmumdünya Beyin Günü
28 İyulÜmumdünya Hepatitlə Mübarizə Günü🇺🇳
30 İyulBeynəlxalq Dostluq Günü🇺🇳

Avqust Ayı Üçün SMM Təqvimi

1 AvqustAzərbaycan Əlifbası və Azərbaycan Dili Günü🇦🇿
2 AvqustAzərbaycan Kinosu Günü🇦🇿
5 AvqustHərbi Donanma Günü🇦🇿
5 AvqustBeynəlxalq İşıqfor Günü
7 AvqustBeynəlxalq Pivə Günü
9 AvqustKitabsevərlər Günü
12 AvqustBeynəlxalq Gənclər Günü🇺🇳
15 AvqustBeynəlxalq Sahibsiz Heyvanlar Günü
18 AvqustSərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günü🇦🇿
19 AvqustĂśmumdĂĽnya Fotoqrafiya GĂĽnĂĽ
23 AvqustAzərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Peşə Bayramı Günü🇦🇿
26 AvqustAzərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın Doğum Günü🇦🇿
26 AvqustLaçın Şəhəri Günü🇦🇿
26 AvqustBeynəlxalq Azərbaycan Muğamı Günü🇦🇿
27 AvqustÜmumdünya Göl Günü🇺🇳

Sentyabr Ayı Üçün SMM Təqvimi

6 SentyabrBeynəlxalq Kitab Oxuma Günü
7 SentyabrBeynəlxalq Polis Əməkdaşlığı Günü🇺🇳
15 SentyabrBilik Günü🇦🇿
16 SentyabrBeynəlxalq Ozon Qatının Qorunması Günü🇺🇳
18 SentyabrMilli Musiqi Günü (Üzeyir Hacıbəyovun Doğum Günü)🇦🇿
20 SentyabrAzərbaycan Respublikasında Dövlət Suverenliyi Günü🇦🇿
20 SentyabrNeftçilər Günü🇦🇿
21 SentyabrBeynəlxalq Sülh Günü🇺🇳
27 SentyabrDünya Turizm Günü🇺🇳
27 SentyabrAnım Günü🏴
29 SentyabrTurizm İşçiləri Günü🇦🇿
30 SentyabrBeynəlxalq Tərcümə Günü🇺🇳

💡 Bu siyahıdakı özüəl günləri mütləq SMM Strategiyası quraraq istifadə edin!

Oktyabr Ayı Üçün SMM Təqvimi

1 OktyabrProkurorluq İşçilərinin Peşə Bayramı Günü🇦🇿
1 OktyabrBeynəlxalq Qəhvə Günü
1 OktyabrDĂĽnya Vegetarian GĂĽnĂĽ
2 OktyabrBeynəlxalq Zorakılığa Qarşı Mübarizə Günü🇺🇳
4 OktyabrHeyvanların Beynəlxalq Müdafiəsi Günü
5 OktyabrBeynəlxalq Müəllimlər Günü🇺🇳
7 OktyabrDünya Pambıq Günü🇺🇳
10 OktyabrYanğınsöndürənlərin Peşə Bayramı Günü🇦🇿
11 OktyabrBeynəlxalq Qızlar Günü🇺🇳
13 OktyabrDəmiryolu İşçilərinin Peşə Bayramı Günü🇦🇿
18 OktyabrMüstəqilliyin Bərpası Günü🇦🇿
20 OktyabrÜmumdünya Statistika Günü🇺🇳
24-31 OktyabrQlobal Media və İnformasiya Savadlılığı Həftəsi🇺🇳
31 OktyabrDünya Şəhərlər Günü🇺🇳

Noyabr Ayı Üçün SMM Təqvimi

1 NoyabrKənd Təsərrüfatı İşçiləri Günü🇦🇿
6 NoyabrAzərbaycan Televiziyası və Radiosu Günü🇦🇿
8 NoyabrBakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü🇦🇿
10 NoyabrSülh və İnkişaf Naminə Dünya Elm Günü🇺🇳
12 NoyabrKonstitusiya Günü🇦🇿
14 NoyabrÜmumdünya Diabetlə Mübarizə Günü🇺🇳
17 NoyabrMilli Dirçəliş Günü🇦🇿
17 NoyabrBeynəlxalq Tələbə Günü
19 NoyabrBeynəlxalq Kişilər Günü
20 NoyabrÜmumdünya Uşaq Hüquqları Günü🇺🇳
21 NoyabrÜmumdünya Televiziya Günü🇺🇳
22 NoyabrƏdliyyə İşçilərinin Peşə Bayramı Günü🇦🇿
25 NoyabrQadın Zorakılığına Qarşı Mübarizə Günü🇺🇳
30 NoyabrKiber Bazar Ertəsi

Dekabr Ayı Üçün SMM Təqvimi

1 DekabrQİÇS-ə Qarşı Beynəlxalq Mübarizə Günü🇺🇳
5 DekabrBeynəlxalq Könüllülər Günü🇺🇳
6 DekabrRabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı Günü🇦🇿
7 DekabrBeynəlxalq Mülki Aviasiya Günü🇺🇳
10 DekabrÜmumdünya İnsan Hüquqları Günü🇺🇳
12 DekabrÜmummilli Lider Heydər Əliyevin Anım Günü🏴
16 DekabrFövqəladə Hallar Nazirliyi İşçilərinin Peşə Bayramı Günü🇦🇿
17 DekabrMüdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günü🇦🇿
21 DekabrÜmumdünya Meditasiya Günü🇺🇳
24 DekabrAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Doğum Günü🇦🇿
25 DekabrTəyyarə Faciəsinin İldönümü🏴
29 Dekabr“ASAN Xidmət” İşçilərinin Peşə Bayramı Günü🇦🇿
31 DekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Günü🇦🇿

PR Kalendar Nə Üçün Önəmlidir?

Yaxşı marketinq kampaniyalarının planlaşdırılması vaxt tələb edir. Əgər siz onlayn satışla məşğul olursunuzsa, reklamlarınızı əvvəlcədən planlaşdırmağın nə qədər vacib olduğunu bilirsiniz. Sosial media kanalları üçün hazırlayacağınız PR Kalendar sizə və komandanıza qarşıdan gələn xüsusi günləri görməyə və əvvəlcədən marketinq kampaniyaları yaratmağa imkan verir.

SMM Təqvimini Necə İstifadə Etmək Olar?

Hər biznes fərqlidir. Biznes və marketinq məqsədlərinizi nəzərə alaraq, biznesinizə ən uyğun bayramları və əlamətdar günləri seçin. SMM Təqvimində olan hər hadisəsini sosial media kanallarınızda paylaşaraq izləyicilərinizi markanızla əlaqəsi olmayan lazımsız məlumatla boğmayın. Bunun əvəzinə, biznesiniz üçün uyğun hadisələri seçin və onların ətrafında fəal şəkildə marketinq kampaniyalarını planlaşdırın.

Elvin PaĹźa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir Şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Back to top button

2025 SMM Təqvimini PDF Formatında Əldə Et

Leave this field blank