İzləməli Olduğunuz Top 53 Ən Yaxşı Telegram Kanalları, Qrupları və Botları

Biz hamımız Telegram platformasının populyarlığından xəbərdarıq. Telegram: şəkil, video və digər media fayllarını başqaları ilə paylaşmaq üçün ən yaxşı sosial media kanallarından biri kimi qəbul edilir. Telegram platformasından istifadənin o qədər üstünlüyü var ki, onlardan biri də keyfiyyətli və asan məlumat əldə etmək üçün müxtəlif Maraqlı Telegram Kanalları və Qrupları və Botlarına qoşulmağımızdır.

Ən Yaxşı Telegram Kanalları, Qrupları və Botları

Telegram tətbiqetməsi üzrə axtarış edərək telegram kanalları və qruplarına asanlıqla qoşula bilərsiniz. Bu cür məşhur telegram kanalları və qrupları bir çox üstünlüyə malikdir ki, qoşulduqdan sonra qrupdakı insanlarla asanlıqla əlaqə saxlaya və fikirlərinizi bölüşə bilərsiniz.

Telegram Kanalları Nədir?

Telegram Kanalları sizə davamlı paylaşım listi yaratmağa imkan verir. Siz Telegram Kanalı yaradırsınız və istifadəçilər bu kanala abunə ola bilər, daha sonra bu kanalda paylaşdığınız kontenləri istifadəçilər görə biləcək.

Bəs Telegram kanallarında abunəçi limiti varmı? Xeyr, Telegram Kanallarının limitsiz sayda abunəçisi ola bilər. Abunəçilər bir-birini görə bilmirlər, ona görə də kanala başqa kimin abunə olduğunu bilmirlər, ancaq neçə nəfərin abunə olduğu bilinir.

Telegram Qrupları və Telegram Kanalları Arasında Hansı Fərqlər Var?

Telegram qrupları kiçik komandalar, universitet qrupları və s. üçün daha uyğundur. Telegram qrupları maksimum 200.000 üzvü dəstəkləyə bilir. Həmçinin belə qrupların köməyi ilə siz digər üzvlərə admin səlahiyyəti verə bilərsiniz və üzvlərə qoşularkən əvvəlki mesajları oxumağa icazə verilib-verilməməsinə qərar verə bilərsiniz. Önəmli məlumatları hər bir qrup üzvünün görməsi üçün ən üst hissədə göstərə bilərsiniz. Qrup üzvləri ilə qarşılıqlı əlaqəni yüksəltmək üçün müxtəlif sorğular keçirə bilərsiniz.

Telegram Qrupları və Telegram Kanalları

Telegram kanalları qruplardan fərqli olsa da, siz birbaşa olaraq daha qısa vaxt ərzində limitsiz sayda insanla məlumatları paylaşa bilərsiniz. Həmçinin, onlar sizin Telegram profilinizin adını deyil, yalnız telegram kanalının adını görəcəklər. Əlavə olaraq, telegram kanalları istənilən vaxta qədər paylaşımların neçə nəfərin oxuduğunu görməyə imkan verir. Əgər məlumatlarınızı paylaşmaq üçün daha böyük bir auditoriya qrupunu əhatə etmək istəyirsinizsə, telegram kanalları telegram qruplarından daha münasibdir.

Teleqram kanalları həm gizli, həm də açıq şəkildə istifadə oluna bilir. İstifadəçilər istənilən açıq telegram kanalını axtarış yolu ilə tapa bilər, lakin kanal gizlidirsə, mütləq kanalın linkinə keçid etməklə qoşulmaq mümkündür.

Telegram Kanalları Hansı Məqsədlə İstifadə Olunur?

Telegram Kanalları çox unikal olduğundan, xüsusi istifadə hallarını düşünmək çətin olur. Telegram Kanalları haqqında düşünəndə onları qısa formada blog və ya canlı bloq kimi göz önünə gətirə bilərsiniz. Telegram Kanalları ən son xəbərlər, maraqlı məlumatlar, arvix fayllar, e-kitab satışı kimi xidmətlər və hətta düşüncələriniz haqqında məlumatları təqdim etmək üçün asan platformadır.

Bloq yazısı yazmaq, şəkillər əlavə etmək və saytınızda paylaşım etmək əvəzinə, sadəcə telefonunuzu götürüb ən son yenilikləri izah edən məlumatı asan şəkildə kanalınıza göndərmək kifayətdir. Bu yalnız bir neçə saniyənizi alacaq. Telegram Kanalları canlı bloq kimi də çox yaxşı işləyir. Şəhərdə bir hadisə baş verirsə və siz onu bir neçə dostunuzla bölüşmək istəyirsinizsə, real vaxt rejimində baş verənlər haqqında cəld fikirlər, şəkillər və videolar göndərmək üçün Telegram Kanalı yaradıb istifadə edə bilərsiniz. Üstəlik, Telegram bu yaxınlarda istifadəçilərə böyük həcmli videolar göndərməyə imkan verən fayl ölçüsü limitini 2 GB-a qədər genişləndirib.

Ən Yaxşı Telegram Kanalları

Ən yaxşı telegram kanallarına qoşulmağı düşünürsünüzsə, lakin hansıların ən yaxşı telegram kanalları olduğuna əmin deyilsinizsə, aşağıdakı siyahını nəzərdən keçirə bilərsiniz. Burada sizin üçün qoşulmağa dəyər ola biləcək ən yaxşı telegram kanallarından bəzilərini bir araya gətirdim.

Ən Yaxşı Telegram Kanalları

1. International Geographic

Tez-tez xaricə səyahət edə bilmirik, amma həmişə International Geographic Telegram Kanalı ilə səyahət edə bilərik. Bu Telegram Kanalında siz Rodos adasından Niaqara şəlaləsinə qədər dünyanın ən gözəl yerlərinin heyrətamiz şəkillərini və videolarını tapa bilərsiniz. Dünyanın görməli yerlərini tapmaq və virtul olsa da görmək üçün bu Telegram Kanalına qoşulun!

2. Wallpapers Central

Bu telegram kanalı əsasən istifadəçilərə maraqlı və göz oxşayan müxtəlif divar kağızı şəkilləri və videoları paylaşır. Tez-tez fon şəkillərini dəyişdirmək istəyirik və ən yaxşı şəkilləri əldə etmək üçün bu kanal faydalı ola bilər. Bütün paylaşılan divar kağızları Komüter, IOS və Android cihazları üçün mövcuddur.

3. Private art

Bu telegram kanalı dünyanın hər yerindən gözəl rəsmləri, heykəlləri, fotoşəkilləri paylaşır. Bu kanalın bir hissəsi olmaq, şübhəsiz ki, hər gün gözəl sənətlərlə əlavə bir hisslər qazanır. Əgər rəsm və heykəllərə baxmağı sevirsinizsə, bu kanala qoşulmağa dəyər. Həmçinin, müəəliflərin Vikipediya səhifəsinə keçidlər də əlavə edilir ki, istifadəçilər daha çox məlumat əldə edə bilsinlər.

4. Science

Elm, öyrənmək üçün həqiqətən geniş mövhumdur və siz oxumağı və elm haqqında yeni şeylər kəşf etməyi sevən birisinizsə, bu telegram kanalı sizin üçündür. 140.000-dən çox üzvü var və siz hər gün elmlə bağlı əlavə biliklər əldə edəcəksiniz.

5. Medical Medium

Əgər tibbi araşdırmalarla bağlı faktları öyrənməyi sevirsinizsə, bu kanalı izləyin. Kanala paylaşılan faktlar lisenziyalı peşəkar həkimlər tərəfindən hazırlanıb. Kanalda paylaşılan maarifləndirici məlumatlar daha çox tibb xəbərləri, yeniliklər və araşdırmalarla bağlıdır.

6. Webtekno

Türkiyənin ən böyük texnologiya bloglarından biri olan Webtekno-nun telegram kanalı ilə gündəlik olaraq texnoloji yenilikləri, hər kəsə lazım ola biləcək maraqlı xəbərləri və s. əldə edəcəksiniz.

7. Dijital Kitap Arşivi

Kitab oxumaq, bəlkə də bir insanın tək başına edə biləcəyi ən məhsuldar fəaliyyətdir. Bununla belə, kitablar sizin sosiallaşmağınıza mane olmur. Bu telegram kitab kanalına qoşularaq, sizin kimi kitabsevərlərlə tanış ola, kitabları müzakirə edə, əvvəllər adını belə eşitmədiyiniz müəllif və kitablarla qarşılaşa bilərsiniz. Üstəlik, daimi olaraq paylaşılan kitabları yükləyərək telefon və ya kompütrinizdə oxuya bilərsiniz.

8. English Stories Moral Novels

Demək olar ki, hər kəs qısa hekayələri sevir. Hazırki dövr də qısa hekayələrə baxmağı və dinləməyi tələb edir (vaxt qıtlığına görə). Əslində isə qısa hekayələr ingilis dilini öyrənmək, yeni sözlər öyrənmək üçün effektiv üsuldur. Vaxtınıza qənaət edərək ingilis dilini maraqlı və qısa hekayələrlə bu kanaldan öyrənə biləcəksiniz.

9. Motivasyon

Bəzən hər hansı bir işə başlamaq üçün müxtəlif sahələrdə uğurlu olmuş şəxslərin həyat hekayələrini oxuyuruq və etdiklərini biz də tətbiq etmək istəyirik. Bu telegram kanalı da öz hədəflərinə çatmaq istəyən hər kəsə uğurlu iş adamlarının motivasiyalarından sitatları paylaşır.

9. The Devs

The Devs, developerlərə bir-biri ilə sərbəst və təhlükəsiz şəkildə əlaqə saxlamağa imkan verən Telegram-da kodlaşdırma və dizayn qrupları toplusudur. Gündəlik inkişaf resursları, dərsliklər və xəbərlər üçün telegram kanalına abunə ola bilərsiniz.

Telegram yüksək sürətlə inkişaf etdiyindən Marketinq Strategiyası hazırladığınız zaman kommunikasiya kanalı kimi əlavə edə bilərsiniz

Azərbaycan Telegram Kanalları

Təbii ki, Azərbaycan dilində olan keyfiyyətli Telegram Kanalları kifayət qədərdir. Demək olar ki, bir çox kateqoriyada maraqlı telegram kanalları mövcuddur. Təəssüflər olsun ki, daha öncədən xeyli aktiv olmuş bir neçə kanal mütəmadi olaraq paylaşım etmir. Ancaq, siyahıda davamlı olaraq maraqlı paylaşımlar edən, araşdırıb tapa bildiyim qədər şəxsi inkişafınıza təşviq edəcək ən yaxşı Azərbaycan Telegam Kanalları sıralamağa çalışdım.  

Azərbaycan Telegram Kanalları

1. IELTS with Elvira Malik

IELTS-ə hazırlaşan və hazırlaşmaq istəyən şəxslər üçün sınaqdan keçmiş tövsiyələrlə dolu, həmçinin kitablar, audio səslər, praktiki testlər və daha geniş məlumatlar bu kanalda yer alıb.

2. PASHA Bank Design

Bu kanalda PAŞA Bank dizayn komandası tərəfindən seçilmiş UX/UI dizayn haqqında faydalı kitablar, məqalələr, sitatlar, resurslar əldə edəcəksiniz.

3. Daha Yaxşı Sən

Həm psixoloji, həm də motivasiya dolu paylaşımlar edən, kitablardan faydalı ola biləcək sitatlar, maraqlı film tövsiyələri, şəxsi inkişaf üçün resurs və yönləndirmələr edən telegram kanalıdır.

4. Udemy Azərbaycan

Dünyanın ən böyük onlayn təhsil platformalarından biri olan Udemy-dəki kursların bir çoxunu tam ödənişsiz şəkildə bu kanalı izləməklə əldə edə bilərsiniz. Demək olar ki, hər gün ödənişsiz kurslar paylaşılır.

Həmçinin, Ödənişsiz Rəqəmsal Marketinq Kursları ilə başqa platformalar vasitəsilə özünüzü inkişaf etdirə bilərsiniz

5. İngilis Dili

İngilis dilini öyrənmək və təkmilləşdirmək istəyənlər üçün, davamlı olaraq testlər paylaşılan inkişafyönümlü bir kanalıdır.

6. Level Up

Əsasən, universitet tələbələri və yeni məzunlar üçün Layihələr, Təcrübə proqramları, Könüllülüklər, Ödənişsiz eventlər, Faydalı kurslar, və s. ilə əlaqəli məlumatların paylaşıldığı telegram kanalıdır.

7. Rusca Sözlər

Rus dilini öyrənməkdə çətinlik çəkirsinizsə, bu kanal sizə kömək göstərəcək. Kanalda: gündəlik danışıq ifadələri, Söz birləşmələri, Frazeoloji ifadələr, İdiomlar, Tərcümə postları, Anketlər, Pdf vəsaitlər paylaşılır.

8. ChessBorn TV

Şahmata həvəsiniz varsa və bu idman növü üzrə yenilikləri və xəbərləri doğma dilimizdə əldə etmək üçün bu telegram kanalınızı izləyə bilərsiniz.

9. Albert Eynişeydi

Müəyyən zaman keçdikdə əldə edə biləcəyimiz maraqlı faktlar tükənsə də bu kanalda tükənmək bilmir. İstər-istəməz insanı özünə çəkən və həqiqətən maraqlı olan faktlar və xəbərlər kanalda paylaşılır.

10. Təftiş

Sosial mediada 100-lərlə xəbər qarşımıza çıxır. Bu xəbərlərin doğru və ya yanlış olub-olmamasını bu kanalda sübutlarla və dəqiq mənbələrlə yoxlayırlar.

11. Kitabçı Gənc

Dərin mənaları olan və düşündürücü misraları kitablardan toplayaraq kanalda paylaşırlar. Sitat gətirilən hər bir misranın hansı kitabdan olduğu paylaşımlarda qeyd edilir.

Türk Dilində olan Populyar Telegram Kanalları və Qrupları

Qardaş ölkə olan Türkiyədə də yüksək dərəcədə Telegram istifadəçisi var. Bu da o deməkdir ki, türk dilində çox sayda telegram kanalı və telegram qrupu tapmaq mümkündür. Düzdür, həddindən artıq kanal və qrup mövcud olsa da, araşdırıb müxtəlif kateqoriyalar üzrə daha yaxşılarını tapmağa çalışdım. Elə aşağıda da kanal və qrupları kateqoriyalar şəklində sıraladım.

Türk Telegram Kanalları

1. Kriptovalyuta Kateqoriyası üzrə Maraqlı Telegram Kanalları

Bitcoin və digər kriptovalyutalar haqqında hər şeyi yaxından izləmək istəyirsinizsə, buradakı Telegram kanalları və qrupları sizə ən yaxşı şəkildə kömək edəcək. Bir tərəfdən türk kanallarından məlumat ala, digər tərəfdən kripto pul qruplarına qoşularaq başqaları ilə digər istifadəçilər ilə fikir mübadiləsi apara bilərsiniz.

Kriptovalyuta üzrə Telegram Kanalları:

Kriptovalyuta üzrə Telegram Qrupları:

2. Kino, Film və Serial Kateqoriyası üzrə Ən Yaxşı Telegram Kanalları

Filmlər və seriallar haqqında yeni məlumat əldə etmək və ya izləmək üçün başqa saytları araşdırmağa ehtiyac yoxdur. Çünki müxtəlif Telegram kanalları və qrupları filmləri və serialları birbaşa olaraq paylaşır. Ancaq onu da əvvəlcədən qeyd edim ki, bəzi hallarda kanallar müəllif hüquqlarını poza bilir.

3. Onlayn Alış-Veriş Kateqoriyası üzrə Ən Yaxşı Telegram Kanalları

Əgər siz onlayn alış-veriş etməyi sevən birisinizsə, tapa biləcəyiniz endirimlər və müxtəlif endirim kuponları sizi çox sevindirəcək. Bəzi Telegram kanalları bu mövzuda ekspertdir. Ən son endirimlər və kuponlar barədə sizi dərhal xəbərdar etməyi bacarırlar.

4. İdman Kateqoriyası üzrə Telegram Kanalları Tövsiyəsi

İdman xəbərləri və yeniliklər haqqında ən son məlumatları hər kəsdən tez öyrənmək istəyə bilərsiniz. Bu halda siz müxtəlif komanda tərəfdarları tərəfindən yaradılmış qruplara qoşula bilərsiniz. Beləliklə, çox çətinlik çəkmədən öz komandanızla bağlı yenilikləri daha tez əldə edə bilərsiniz.

5. NFT üzrə Maraqlı Telegram Qrupları

Son zamanların ən populyar rəqəmsal satış bazarı olaraq NFT, belə görünür ki, gələcəyi də dəyişdirəcək. NFT haqqında daha çox məlumat sahibi olmaq, NFT hazırlayan insanlarla tanış olmaq, gələcək üzərində məlumat sahibi olmaq və bu sistemin necə işlədiyini daha yaxşı anlamaq üçün NFT Telegram qruplarına qoşula bilərsiniz.

Ən Yaxşı Telegram Botları

Telegram tətbiqetməsində istifadə edə biləcəyiniz sonsuz sayda bot var. Hər biri yerinə yetirdikləri vəzifələrdə onları unikal edən müxtəlif funksiyalar təklif edir. Bəziləri faylları, musiqiləri və hətta filmləri yükləmək qabiliyyətinə malikdir, bəziləri isə redaktor və ya tərcüməçi kimi fəaliyyət göstərir. Bəlkə də indiyə qədər xəbəriniz olmadığı, bəlkə də daim istifadə edəcəyiniz maraqlı telegram botları aşağıda sıralanıb.

Ən Yaxşı Telegram Botları

1. Gamee

Gamee, insanlara oyun oynamaq, dostlarını oyuna dəvət etmək və topladıqları xalları müqayisə etmək imkanı verən ən yaxşı Telegram botlarından biridir. İstifadəçilər bot ilə birbaşa əlaqə quraraq və ya söhbətdə aktivləşdirərək oyuna başlaya bilərlər

2. Spotybot

Spotybot Telegramda musiqi dinləməyinizə imkan verən Telegram botlarından biridir. Dostlarınızla mahnı və sözlərini də paylaşa bilərsiniz. Buna oxşar çox bot var, ancaq bu bot musiqi ilə əlaqəli ən populyar botdur və istifadəsi rahatdır

3. Alert Bot

Alert Bot, Telegram hesabınızda, müəyyən bir Yazışmaya/Qrupa xəbərdarlıq və ya bildirişlər təyin etmək üçün botdur

4. Skeddy

Skeddy bot bildirişləri təyin etmək və qeydlərinizi mütəmadi qaydada saxlamaq üçün əla seçimdir. Bildirişlərin məqsədini göstərə bilərsiniz: məsələn, “15 dəqiqə sonra Asif-ə mesaj göndər”. Unutqan insanlar üçün bu bot hər zaman planladığı işləri tam vaxtında yerinə yetirməyə köməkçi olacaqdır

5. Tenor Gif

Tenor Gif botu, yazışmalara giflər əlavə etmək üçün inline metodundan istifadə etməyə imkan verir. Məsələn, “@gif istədiyiniz gifin adı” yazırsınız və yaradılan gif seçimlərindən birini seçirsiniz. Göndərmək istədiyiniz gifə tıklayırsınız və gif dərhal yazışmada görünür

6. Yandex Translate Bot

Yandex Translate botu, mesajları digər dillərə tərcümə etmək üçün ən yaxşı Telegram botlarından biridir. Müxtəlif ölkələrdən olan insanlarla söhbət edirsinizsə və onlarla ünsiyyət qurmağın çətin olduğunu düşünürsənsə, bunun əvəzinə Yandex Translate’dən rahatlıqla istifadə edə bilərsiniz. Əlbəttə ki, bot tərcümə keyfiyyəti həmişə üstün ola bilməz, amma uzun illər ərzində AI (artificial intelligence) tərcüməsi çox yaxşılaşmışdır

7. Movies Tracker Bot

Movies Tracker Botu birbaşa IMDB-dən filmlər haqqında məlumat tapmaq üçün yaradılmışdır. Sadəcə, filmin adını yazırıq və əlaqəli məzmun Telegram interfeysində bizə təqdim edilir

8. Voicy Bot

Voicy Bot səsi mətnə çevirən bir botdur. Buna görə yazması çox uzun çəkəcək mesajları asanlıqla səsləndirərək mətn şəklində göndərə bilərsiniz

Telegram Kanalları Haqqında Bəzi Maraqlı Məlumatlar

Telegram-ın sosial media şəbəkələri arasında bu qədər populyar olmasının ən böyük səbəblərindən biri onun təhlükəsizliyə xüsusi yanaşmasıdır. Xüsusilə avtoritar rejimlərin hökm sürdüyü ölkələrdə ən çox istifadə olunan anlıq ünsiyyət vasitələrindən biridir. 2019-cu ildə 400 milyon aktiv istifadəçi həddini keçən proqram xüsusilə İran və Özbəkistanda çox populyardır.

2019-cu ilin məlumatlarına görə, İran və Özbəkistanda çox populyar olan Telegram 2020-ci ildə Şərqi Avropa və Asiya regionlarında populyarlıq qazanmağa başlayıb. Bu populyarlıq tezliklə Cənubi Afrika, Şimali Amerika və Cənubi Amerikada öz təsirini göstərdi. 2021-ci ilə qədər Telegram haqqında maraqlı məlumatlar aşağıdakılardır:

👤 Aylıq Aktiv İstifadəçi Sayı500 Milyon
🗓️ Ən Çox Yüklənən Proqram (IOS və Android)2021-ci il Yanvar Ayı
📲 App Store-da Ən Çox Yüklənən ProqramYüklənmə Sayına Görə 4-cü Yerdədir
🕐 Gündəlik Aktiv İstifadəçi Sayı55.2 Milyon
♻️ Proqramdan Orta İstifadə MüddətiAylıq 3 Saat
🔝 Ən Çox İstifadə Olunan Sosial Şəbəkə11-ci Yerdə Qərarlaşıb
👨 İstifadəçi Nisbəti41,5%-ni Qadınlar, 58,5%-ni isə Kişilər Təşkil Edir
🌎 Populyar Olduğu ÖlkələrBraziliya, Malayziya və Rusiya 

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button