CV Hazırlamaq üçün Ödənişsiz Sayt və Proqramlar, Hazır CV Forması və Nümunə Şablonlar

İndiki dövrün tələbərinə cavab verən CV-yə sahib olmaq həmişəkindən daha vacibdir. 2023-cü ildə getdikcə güclənən rəqabətdə iş axtarışı zamanı sizi digərlərindən fərqləndirən ilk amil CV-nizdir. Əvvəllər internetdən hazır CV Forması yükləyib redaktə edirdik.

CV Hazırlamaq üçün Ödənişsiz Sayt və Proqramlar

İnkişaf edən texnologiya CV Hazırlamaq prosesini sürətli və praktiki şəkildə həyata keçirmək üçün veb saytlar və mobil proqramlar ilə təmin edə bilir. Artıq, CV hazırlamaq daha asandır və əlavə vaxt itkisinin qarşısı alınır.

CV Hazırlamaq Üçün Nələrə Diqqət Etməliyik?

CV hazırlamaq üçün diqqət etməli olduğunuz bəzi məlumatlar var. Bu məlumatları yazarkən özünüzü yaxşı izah etməli və aydın olmalısınız, xüsusən də öz bacarıqlarınızı (liderlik, sosial həyatınız və s.) təsvir edərkən bunu şişirtmədən daha aydın yazmalısınız. Yalan məlumatlar qeyd etməyin. Bilmədiyiniz heç nəyi CV-də qeyd etməyin. Yalan məlumatlar iş müsahibəsi zamanı və ya işə qəbul olunduqdan sonra gec-tez üzə çıxacaq.

CV-də qeyd edilməli olan ən əsas məlumatlar:

  • Şəxsi məlumatlarınız (Ad və Soyad, Əlaqə məlumatları, hərbi status və s.)
  • Təhsiliniz
  • Əvvəlki iş təcrübələriniz
  • Şəxsi bacarıqlarınız
  • Sertifikatlarınız (əasən, Qlobal səviyyədə tanınan)
  • Proqram Bilikləriniz (Excel, Photoshop və s.)
  • Dil bilikləriniz

Hazır CV Forması Necə Seçilməlidir?

Müxtəlif iş sektorları olduğu üçün internetdən asanlıqla əldə edilən bütün növ CV formalarından istifadə etmək heç də doğru deyil. Yuxarıda qeyd etdiyimiz əsas məlumatları daha səliqəli şəkildə hansı CV forması üçün yerləşdirə biləcəyinizi düşünün və istifadə edin. Həmçinin, elə CV forması seçilməlidir ki, gələcəkdə rahatlıqla düzəlişlərinizi edə biləsiniz. 2023-cü ildə istifadə edə biləcəyiniz müasir CV Formalarını həm şəkilli, həm də şəkilsiz istifadə edə biləcəyiniz növlərdə 6 fərqli tipdə bu linkə keçid edərək yükləyə bilərsiniz. Microsoft Word ilə asanlıqla öz məlumatlarınızı bu CV Formalarına daxil edərək düzəlişlər edə biləcəksiniz.

📃 CV NövləriXronoloji, Performans, Funksional və Məqsədli
👁️ Nələr Göstərilməlidir?Şəxsi və Təhsil Məlumatları, İş Təcrübəsi, Bacarıqlar, Sertifikatlar
🔢 Səhifə Sayı Olmaldır1 və ya 2 Səhifə
💽 Tövsiyə Olunan FormatPDF Versiya Məqsədəuyğundur

Onlayn CV Hazırlamaq üçün Nələrdən İstifadə Edə Bilərik?

CV Hazırlamaq üçün kifayət qədər veb sayt və mobil proqramlar (tətbiqetmə) mövcuddur. İstifadəçilər üçün ən önəmli nüanslar olan: interfeysləri; ödənişsiz və ya pullu olması; funksionallığı və s. nəzərə alaraq bir neçəsini sıraladım. İlk baxışda cəlbedici CV yaratmaq üçün aşağıda sıraladığımız veb saytlar və mobil tətbiqetmələrdən istifadə edə bilərsiniz.

CV Hazırlamaq üçün Veb Saytlar

Peşəkar və pulsuz CV hazırlamaq imkanı verəcək bu saytlarla iş elanlarında daha effektiv olacaqsınız. İşə müraciət etdikdən sonra hazırladığınız CV-lərlə siz işə qəbul şansınızı xeyli artıra bilərsiniz. Unutmayın ki, yaxşı CV aydın və qısa olmalıdır. Bu saytlar sizə müxtəlif dizaynlar təqdim etməklə CV Hazırlamaq üçün imkan yaradır. Siyahıda demək olar ki, hər bir saytın pulsuz və ya ödənişli üzvlük versiyaları var. Pulsuz üzvlüklərdə adətən daha az hazır CV forması olur. Ödənişli üzvlüklər isə geniş imkanlara malikdir.

1. VisualCV

Onlayn CV Hazırlama Saytları : Visual CV

VisualCV’də ilk olaraq xoşladığınız dizaynını seçəcirsiniz, sonra isə fərdiləşdirirsiniz və son addım olaraq tamamladığınızda PDF olaraq kompüterinizə yükləyə bilirsiniz.

2. Resume.com

Onlayn CV Hazırlama Saytları : Resume.com

Resume.com sizin məlumatlarınızı Facebook və LinkedIn-dən əldə etməyə imkan verir, beləliklə tez və asanlıqla CV-nizi hazırlaya bilirsiniz. Müxtəlif şablonlar ilə istədiyiniz formada CV yarada və CV’nizin birdən çox versiyasını hazırlaya bilərsiniz.

3. CVMaker

Onlayn CV Hazırlama Saytları : CVMaker

CVMaker hazırladığınız CV-nizi öz saytınıza yerləşdirməyə imkan verir. Əlavə olaraq, PDF, HTML və ya TXT formatında CV-nizi dənişsiz şəkildə kompüterinizə yükləyə bilərsiniz.

4. DoYouBuzz

Onlayn CV Hazırlama Saytları : DoYouBuzz

DoYouBuzz, web və mobil formatda CV yaratmağı təmin edir. Form hissələrinə əlavə etmək istədiyiniz məzmunu seçib CV-nizi hazırlaya bilərsiniz. Əlavə olaraq başqa istifadəçilərin də fikrlərini öyrənə bilərsiniz.

5. Resumonk

Onlayn CV Hazırlama Saytları : Resumonk

Resumonk CV-lərinizi *PDF və *DOCX formatlarında hazırlamağa imkan verir. Bu alətlə, geniş CV şablonlarından istifadə edə bilərsiniz. Sadəcə, məlumatlarınızı doldurun və CV-nizi asanlıqla yaradın. Resumonk limitsiz CV hazırlamaq imkanı verir, lakin pulsuz versiyası ilə məhdud sayda şablondan istifadə edə bilərsiniz.

6. LiveCareer

Onlayn CV Hazırlama Saytları : LiveCareer

Live Career Resume Buider ödənişsiz güclü CV yaratmaq imkanı verir. Cv hazırlayanlara kömək etmək üçün mütəxəssislərin əvvəlcədən hazırladığı nümunələrdən istifadə edə bilərsiniz. CV’nizi təkminləşdirmək üçün, geniş şablon çeşidindən istifadə edə bilərsiniz.

Hazırki dövrün və Gələcəyin Sahəsi üzrə Peşəkar Mütəxəssis olmaq üçün Rəqəmsal Marketinq Kursuna vaxt itirmədən Qeydiyyatdan Keçin!

CV Hazırlamaq üçün Mobil Proqramlar

Ən yaxşı CV hazırlamaq tətbiqlərini tapmaq üçün istifadəçi gözündən baxaraq: Daha çox dizaynlara sahib olan; Hazırlanan CV-ləri asan paylaşım imkanı olan; İstəyə uyğun olaraq düzəlişləri etmək imkanı olanları bir araya gətirdim. Sıralamadakı bütün proqramların ödənişsiz və ödənişli versiyaları mövcuddur. Ödənişli versiyalarda daha çox şablon çeşidi, daha çox fərdiləşdirmə variantları, iş axtarışı alətləri və digər əlavə funksiyalar da mövcud olur.

1. VisualCV

CV Yaratmaq üçün Proqramlar : VisualCV

VisualCV bir neçə səbəbə görə ən yaxşı CV hazırlamaq üçün proqramlar siyahısından seçilməsinə imkan yaradıb: 20-dən çox CV şablonu, Limitsiz PDF yükləmə, asan paylaşım üçün onlayn CV linkləri və CV-nizin performans analitikasını özündə birləşdirir.

Yükləyin: Android | IOS

2. Resume.com

CV Yaratmaq üçün Proqramlar : Resume.com

Resume.com tamamilə pulsuz CV hazırlamaq üçün proqramdır. Heç bir ödəniş məbləği, tətbiq daxili ödəniş və ya abunə planlı yoxdur. 24 hazır şablondan birini seçə, CV nümunələrini redaktə edə və ya redaktə etmək üçün mövcud CV-nizi yükləyə bilərsiniz. CV-lərini redaktə edərkən real rejimində ilkin görünüşü də görə bilərsiniz.

Yükləyin: Android | IOS

3. Canva

CV Yaratmaq üçün Proqramlar : Canva

Bu siyahıdakı digər proqramlardan fərqli olaraq, Canva sadəcə CV hazırlamaq ilə yanaşı, Vizit kartlar, flayerlər, infoqrafik dizaynlar, SMM üçün postlar və daha çox dizayn yaratmağa imkan verir. Saysız-hesabsız pulsuz şablonlar və düzəlişlər üçün alətlər təqdim edir ki, bu da fərqli dizaynlarda CV hazırlamaq istəyənlər üçün ideal proqramdır. Pulsuz olaraq CV yaratmaq və digər sənədlər üçün 250.000-dən çox hazır dizayn, 5 GB onlayn disk təklif edir.

Yükləyin: Android | IOS

4. CV Engineer

CV Yaratmaq üçün Proqramlar : CV Engineer

CV Engineer istifadəçilərə öz CV-lərini təkmilləşdirmək üçün tövsiyələr verməkdə daha üstündür. Bu siyahıdakı digər proqramlarda tapılmayan xüsusiyyət, “CV-ni skan et” funksiyası sizə CV-nizi yükləməyə imkan verir və sürətli təhlildən sonra proqram ümumi səhvlər üçün düzəlişlər tövsiyə edəcək və təkmilləşdirmələr üçün təkliflər verəcək. Tətbiqetmə həmçinin hazır şablonlar, niyət məktubu və tərcümeyi-hal yaratmaq alətlərini özündə cəmləşdirir.

Yükləyin: Android | IOS

5. Go2Job

Go2Job

Go2Job peşəkar CV yaratmaq üçün lazım olan alətləri özündə birləşdirir. Pulsuz versiyaya üç şablona istifadə etmək mümkündür. Bu proqramı digərlərindən fərqləndirən, CV-ləri birbaşa proqramdan e-poçtla göndərmək və Indeed vasitəsilə işlərə müraciət etmək imkanıdır.

Yükləyin: Android | IOS

 

Elvin Paşa

Rəqəmsal Marketinq üzrə Ekspert, Həvəskar Bloqer və İqtisadiyyat üzrə Fəlsəfə Doktorluğuna Namizəd. Unutma: "Sırf rəqəmsal alətləri bilməklə uğurlu ola bilməzsən, emosional yanaşma tərzin olmalıdır"

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button